Məhkəmə qərarları › İş №2(049)-3254/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3254/2023

29.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3254/2023 29.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlu, İddiaçı cavabdehlər Lənkəran rayon İcra Hakiyyətinə, Cavabdeh2 və maraqlı şəxs DƏDRX-nin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan sxemin arxiv sənədlərinə əsasən qismən 0,03 ha hissədə məcburi azaldılması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdehlər Lənkəran rayon İcra Hakiyyətinə, Cavabdeh2 və maraqlı şəxs DƏDRX-nin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhər X1 İcra İ c r a i y y ə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 №-li iclas protokolu ilə və Lənkəran şəhər X1 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına, cavabdehin nənəsi R.X.Rzayevanın satdığı 0,03 ha hissədə azaltmadan mərhum R.X.Rzayevaya maraqlı şəxs tərəfindən RX 0148 132 saylı verilmiş çixarışın və plan sxemin 0.03 ha hissədə, mərhumənin ölümündən sonra qanunsuz olaraq Cavabdeh2 nənəsinin satdığı sahə 0,03 ha hissədə azaldılmadan 0,06 ha tam göstərilməklə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış və həmin sahəyə çəkilmiş plan sxemin 0,03 ha hissədə məcburi azaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edimiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdehlərə qarşı yönələn tələb dəqiq olaraq qeyd edilməmiş və iddiaçı öz tələbini əsaslandırdığı halları iddia tələbində qeyd etməmişdir və iddia tələbində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir və 149.2.3-cü maddəyə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunverciliyə görə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun icraatı mümkündür. Hazırkı iddia ərizəsinin qanunvericilik ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Buna görə də, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müarciət etməyə mane olmaması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152,263,264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Lənkəran rayon İcra Hakiyyətinə, Cavabdeh2 və maraqlı şəxs DƏDRX-nin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan sxemin arxiv sənədlərinə əsasən qismən 0,03 ha hissədə məcburi azaldılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar