Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3277/2022 17.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Ağazadə Nı̇ gar Nı̇ cat qızının iştirakı ilə iddiaçı Ağazadə Nı̇ gar Nı̇ cat qızının Cavabdeh1, Cavabdeh2, Məhərrəmova Ülvı̇ yyə Ağacəfər qızı, Məhərrəmlı̇ Məsumə Taleh qızı, Cavabdeh5 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Ağazadə Nı̇ gar Nı̇ cat qızı Cavabdeh1, Cavabdeh2, Məhərrəmova Ülvı̇ yyə Ağacəfər qızı, Məhərrəmlı̇ Məsumə Taleh qızı, Cavabdeh5 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı izahatında göstərdi ki, 30 mart 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən bir otaqlı mənzili hazırda cavabdeh olan Cavabdeh1 alğı-satqı müqaviləsinə əsasən almışdır. Həmin əmlakı almasına dair müvafiq çıxarış da onun adına qeydiyyata alınmışdır. Mənzilin əvvəlki mülkiyyətçisi ailə üzvləri ilə birlikdə 1 ay müddətində həmin mənzildən qeydiyyatdan çıxmalarını bildirsələr də, hazırkı vaxtadək çıxamışlar. Bununla bağlı cavabdehlərlə əlaqə saxlasa da, həmin ailənin boşandığını və başqa ünvanda yaşadığını müəyyən etmişdir. Bununla bağlı polisə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmədən adları qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, iddia ərizəsində cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş etsə də, tələbi cavabdehlərin qeyd olunan mənzildə olan qeydiyyatdan çıxarılmasıdır. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını və ərizəyə əlavə edilmiş sənədləri araşdırıaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi adı ilə yazılsa da, iddianın məzmunundan aydın olur ki, əsas tələb cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmalarıdır. Bundan başqa, iddiaçı da məhkəmə iclası zamanı izahatında göstərdi ki, tələbi evinin əvvəlki mülkiyyətçiləri və hazırda cavabdeh olan şəxslərin qeydiyyatdan çıxarılmasıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 2 tam pay olmaqla İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 03 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçıdan başqa heç kim yaşamır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı ilə yanaşı digər şəxslər- Cavabdeh1, Cavabdeh2, Məhərrəmova Ülvı̇ yyə Ağacəfər qızı, Məhərrəmlı̇ Məsumə Taleh qızı, Cavabdeh5 da qeydiyyatdadır. İş materiallarında olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin 11 iyun 2022-ci il tarixli, 154-17418A-1222 nömrəli məktubundan görünür ki, İddiaçınən mülkiyyətində olan mənzildən digər şəxsləri qeydiyyatdan çıxarmaq barədə müraciətinə baxılmış və ona məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-yə məxsus qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 101 manat dövlət rüsumu ödəmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və MPM-nin 170, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı Ağazadə Nı̇ gar Nı̇ cat qızının Cavabdeh1, Cavabdeh2, Məhərrəmova Ülvı̇ yyə Ağacəfər qızı, Məhərrəmlı̇ Məsumə Taleh qızı, Cavabdeh5 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Kapital Bank ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 101 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3277/2022
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3277/2022
17.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver