Məhkəmə qərarları › İş №2(049)-3286/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3286/2024

09.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3286/2024 09.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması» tələbinə dair ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 149.2.2-ci maddəsinin tələbinə görə isə iddiaçı iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərməlidir. Hazırkı iş məhkəmə tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, iş üzrə iki nəfər cavabdeh cəlb edilmiş, lakin həmin cavabdehlərin məlumatları düzgün qeyd edilməmişdir. Belə ki, Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 rəsmi qeydiyyat yeri Bakı şəhəri, Suraxanı rayonudur. Bundan başqa, iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 adında şəxs isə Elektron Məhkəmə Sistemində yoxdur. İddia ərizəsində Cavabdeh2 şəxsiyyət vəsiqəsinin nömrəsi yazılsa da, həmin vəsiqənin X3 adlı şəxsə aid olduğu müəyyən edilir. Göstərilənlərdən başqa, MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iddia ərizəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə əlavə edilmiş 31 may 2024-cü il tarixli etibarnamədə İddiaçı tərəfindən X1 məhkəməyə müraciət etmək, əvəzindən iddia ərizəsi imzalamaq, məhkəmdə təmsil olunmaq, ümumiyyətlə məhkəmədə iddiaçının adından hər hansı prosessual hərəkət etmək səlahiyyəti verilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, yenidən, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar