Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-337/2023 03.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: iddiaçılar İddiaçı1, X10, cavabdehin nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, X10 və İddiaçı3 Cavabdeh qızına qarşı « Evə köçürülmə və cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və Bağırova (Səmədova) Gülnar Vəliəhəd qızı məhkəməyə ərizə ilə müraciət edərək Lənkəran şəhəri, B.O.Abbasov küçəsi ev 78/16 mənzil 18-ə (Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 78/16 mənzil 18) köçürülməyi, həmin mənzilə köçürülməyə və yaşamağa Cavabdeh qızı tərəfindən törədilən maneənin aradan qaldırılmısı və Cavabdeh qızından 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçılardan İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Xalq Məhkəməsinin 04 fevral 1987-ci il tarixli İŞ № 2-29/87 saylı qətnaməsinə əsasən İddiaçı1, onun həyat yoldaşı Bağırova (Səmədova) Şərafət Xəlil qızı və uşaq Səmədova (Bağırova) X8 şəhəri, B.O.Abbasov küçəsi ev 78/16 mənzil 18-ə (Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 78/16 mənzil 18) köçürülmələri qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Lənkəran rayon Xalq Məhkəməsinin icraçıları tərəfindən 16 fevral 1987-ci il tarixdə icra olunmuş və onlar həmin mənzilə köçürülmüşlər. Həmin mənzil onun, yəni İddiaçı1 mərhum anası X3 məxsus olduğundan qətnamə qəbul olunan vaxt cavabdeh qismində Validə Abdullayeva tanınmışdır. Hazırda anası X6 vəfat etdiyindən həmin evdə yaşayan və faktiki olaraq evə sahibliyi həyata keçirən bacısının Cavabdeh qızı onları həmin evdə yaşamağa imkan vermir və məlikəmə qətnaməsində də borclu kimi onun adı qeyd olunmadığından onun barəsində hər hansı qanuni tədbir görülməsi mümkün olmadığından onun qanunsuz hərəkətləri barədə Lənkəran ŞRPŞ-yə rəsmi qaydada şikayət etdim lakin polis şöbəsi tərərfmdən aralarında olan mübahisə mülki xarakter daşıdığı üçün şikayətimə mətubla cavab verilərək cavabdehin barəsində mülki qaydada iddia qaldırmaq hüququm izah edilmişdir. Belə olan halda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı3 məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirib işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızının nümayəndəsi və vəkili Vəkil iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran rayon xalq məhkəməsinin 2-29/87-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 onun həyat yoldaşı X9 azyaşlı uşağı X1 şəhəri B.O.Abbasov küşəsi 78/16 ev 18 nömrəli binanın X2 mülkiyyərində olan evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 16 fevral 1987-ci il tarixli aktdan görünür ki, İddiaçı1 onun həyat yoldaşı X9 azyaşlı uşağı X1 şəhəri B.O.Abbasov küşəsi 78/16 ev 18 nömrəli binanın X2 mülkiyyərində olan evə köçürülməsi barədə akt tərtib edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Xalq Məhkəməsinin 28 may 1990-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 onun həyat yoldaşı X4 Lənkəran şəhəri B.O.Abbasov küşəsi 78/16 ev 18 nömrəli binanın X2 mülkiyyərində olan evə köçürülməsi barədə iddiası iddia müddəti keçdiyindən rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 21 oktyabr 2022-ci il traixli, 3411 nömrəli arayışdabn görünür ki, X6 31 mart 1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli Lənkəran Şəhər rayon polis şöbəsinin məktubundan görünür ki, İddiaçı1 yaranmış maneələrlə bağlı mülki qaydada məhkəməyə müraciət olunmasını xahiş etmişdir. Məhkəmə iş mnateriallarını və tərəflərin izahatını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Lənkəran rayon xalq məhkəməsinin 2-29/87-ci il tarixli qətnaməsi ilə iddiaçıların mübahisəli olan evə köçürülmələri təmin edilmiş və bu barədə akt da tərtib edilmişdir. Göründüyü kimi iddiaçıların evə köçürülmə iddiası artıq həllini tapmış və qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Lakin həmin evin mülkiyyətçisi öldükdən sonra iddiaçıların həmin evdə yaşamalarına maneələr yaradılmışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş evə köçürülməyə maneə aradan qaldırılmalıdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehin iddianı qəbul etməsini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanı Lənkəran rayon, Z.Əliyeva küçəsi 78 bina 16, mənzil 18) iddiaçılar İddiaçı1, İddiaçı2 və Səmədova (Bağırova) Gülnarə Vəliəhəd qızının yaşaması üçün Cavabdeh qızı tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh qızından tutularaq İddiaçı1 Xəlil oğluna ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-337/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-337/2023
03.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver