Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3387/2023 21.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı İsmayilov Əsəd Atakı̇ şi oğlunun cavabdehlər X3 və İsmayilov Zakı̇ r Əsəd oğluna qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, müəyyən etdi̇ : İddiaçı İsmayilov Əsəd Atakı̇ şi oğlunun cavabdehlər X3 və İsmayilov Zakı̇ r Əsəd oğluna qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddia ərizəsinə əlavə eedilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 114, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı İsmayilov Əsəd Atakı̇ şi oğlunun cavabdehlər X3 və İsmayilov Zakı̇ r Əsəd oğluna qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, GPP ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3387/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3387/2023
21.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver