Məhkəmə qərarları › İş №2(049)-3390/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3390/2025

01.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3390/2025 01.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Astara Regional Təhsil İdarəsinə, cavabdeh Lənkəran rayonu Valid Süleymanov adına Türkəkəran kənd ümumi orta ümumtəhsil məktəbinə qarşı « işə bərpa, ödənilməmiş əmək haqqı » tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Astara Regional Təhsil İdarəsi və Lənkəran rayonu Valid Süleymanov adına Türkəkəran kənd ümumi orta ümumtəhsil məktəbinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 onun barəsində verilmiş AR ƏMnin 70-ci maddəsinin "e" bəndinə əsasən əmək müqaviləmə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli. 11 nömrəli əmrin ləğv edilməsi, onun yəni İddiaçı Cavabdeh1nə ingilis müəllimi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün 1 stavka (09 saat) əmək haqqı olan 290 manat aylıq əmək haqqı cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki iddia ərizəsinin xahiş edirəm hissəsində iddiaçının tələbi aydın deyildir. İddiaçı tələbində Cavabdeh1 onun barəsində verilmiş AR ƏM-nin 70-ci maddəsinin "e" bəndinə əsasən əmək müqaviləmə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli. 11 nömrəli əmrin ləğv edilməsi, onun yəni İddiaçı Cavabdeh1nə ingilis müəllimi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün 1 stavka (09 saat) əmək haqqı olan 290 manat aylıq əmək haqqının cavabdehlərdən tutulması xahiş olunsa da, tələblərdə qeyri-müəyyənlik mövcuddur. Belə ki, ilk növbədə məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasının orfoqrafik və orfoepik lüğətlərində “stavka” adlı anlayış yoxdur. Həmçinin tələbdə olan digər qeyri-müəyyənlik ondan ibarətdir ki, xahiş edirəm hissəsində yekun olaraq tələbin “hansı cavabdehlərin, yəni hər birindən yoxsa yalnız bir cavabdehdən alınması” dəqiqliklə göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. AR MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 9.1.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək üçün iddiaçılar əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.2, 152.3, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Astara Regional Təhsil İdarəsinə qarşı « işə bərpa, ödənilməmiş əmək haqqı» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar