Məhkəmə qərarları › İş №2(049)-3394/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3394/2023

25.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3394/2023 25.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, iddiaçının nümayəndəsi: Nümayəndə, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlaklarının evdən çıxarılması tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus dolab 1 ədəd, servant 1 ədəd, televizor 1 ədəd, soyuducu 1 ədəd, televizor altı 1 ədəd, stol 1 ədəd, divan və 2 kreslo 1 dəst,stul 6 ədəd. Qaz piltəsi 1 ədəd, çilçıraq 1 ədəd, ləyən 2 ədəd, xalça kaşmir 3ədədd, xalça sadə 1 ədəd, toz soran 1 ədəd,Güldan böyük 1 ədəd, uşaq kravatı 1 ədəd, taxt 1 ədəd,komot 1 ədəd, taxt tumbası 2 ədəd, meyvə qabı 6 ədəd, taxt döşəyi 2 ədəd, çırıx qabı 3 ədəd, qənd qabı 3 ədəd, stəkan 25 ədəd , qədəh 6 ədəd, güldan balaca 4 ədəd, tort qabı 1 dəst, qazan dəstil dəst, qəhvədan 1 ədəd, çaynik 1 ədəd,aftafa -ləyən dəsti 1 ədəd, kastorka naboru 5 ədəd,tava 2 ədəd, ləyən 2 ədəd, Padnos böyük 1 ədəd, padnos kiçik 1 ədəd, uşaq ləyəni 1 ədəd plasmas, vedrə 1 ədəd, aş qazanı 1 ədəd, çörək qabı plasmas 1 ədəd, iri tava 1 ədəd, adyal 2 ədəd, nalça 10 ədəd, uşaq döşəyi və balış 1 dəst, termos 1 ədəd, samovar elektrik 1 ədəd, fincan 6 ədəd, çaynik dəst 1 dəst, lampa (neft) 1 ədəd, kompot stakanı 6 ədəd, ət çəkən maşın 1 ədəd, armudu stəkan 10 ədəd, dolça 1 ədəd, fincan 10 əəd, nəlbəki 10 ədəd,yemək qaşığı 10 ədəd, çay qqaşığı 10 ədəd, çəngəl 10 ədəd,duz qabı 5 ədəd, bulud 5 ədəd, çərəz qabı 1 ədəd, salfet qabı 2 ədəd, armudu stəkan 22 ədəd, xrustal stəkan 10 ədəd, padnos dairəvi 3 ədəd, tort nimçəsi 4 ədəd, kasa böyük 18 ədəd, kasa kiçik 10 ədəd, dərin boşqab 6 ədəd, ütüstolu 1 ədəd, nəlbəki 24 ədəd, armudu stəkan üçün nəlbəki 24 ədəd, çərəz qabı 1 ədəd, qənd qabı, 8 ədəd, kül qabı 4 ədəd, mürəbbə qabı 6 ədəd, salaq qabı 25 ədəd olmaqla cavabdehə məxsus olan ceehizlərin mənə məxsus Lənkəran rayon Gərmətük qəsəbəsindəki fərdi yaşayış evimdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, İddiaçı xx.xx.1963-cü ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub. Hazırda ailə üzvlərimlə birlikdə Gərmətük qəsəbəsində yaşayır. Hal-hazırda iş üzrə cavabdeh olanLənkəran rayonunun Mamusta kənd sakini Cavabdeh, oğlu Nümayəndə ilə 2014-cü ildə qeyri-rəsmi nigaha daxil olmuşlar. Onların birgə nigahından 15 iyul 2015-ci ildə X4 doğulmuşdur. Uşaq hal-hazırda salamat olmaqla anasının yanında yaşayır. Oğlum Vüqar ailəsi ilə münasibətləri əvvəllər yaxşı olsa da, bəzən aralarında söz-söhbət olurdu. Son vaxtlar-onlar arasında olan söz-söhbətlər o qədər kəskinləşirdi ki, ağır söyüş və təhqirlərlə nəticələnirdi. Cavabdeh ailədə bizi saymırdı, bizə evin ağsaqqalı və ağbirçəyi kimi hörmət qoymurdu. O, icazəsiz evi tərk edir aylarla valideynlərinin yanında yaşayırdı. Demək olar ki, həyat yoldaşını saymır və onu eşitmirdi. Oğlu Rusiya Federasiyasına müvəqqəti olaraq qazanc məqsədi ilə getdi. Ondan sonra aralarındakı münasibət daha da pisləşdi. Oğluna bildirmişlər ki, arvadın sənə xəyanət edir. Onun xəyanətini sübut edən fotoşəkil də vardır. Cavaddeh artıq 1 il 6 aydır ki, valideynlərinə məxsus evdə yaşayır. Bəzən evə gələrək onlara şər və böhtan ataraq onun cehizlərini guya biz oğurlamışıq. Halbuki, o cehizlərini bir otağa yığmış və otağın qapısını da açarlamışdır. Uşaq anasının yanında qalsa da, onlar cavabdehə uşağa görə maddi yardım edir. Cavabdeh Əlizadə X2 rayonu Gərmətük qəsəbəsinə evimizə gəlin gələndə özü ilə cehiz əmlakı gətirmişdir. Cavabdeh 1 il 6 aydır ki, valideynləri ilə yaşayır, ancaq cehiz əmlakı isə onun evimdə yerləşir. O, dəfələrlə cavabdehin valideynlərinə və cavabdehə əmlakın evdən çıxarılmasını desələr də, onlar əmakı götürmək istəmrlər. Cehizlər evində artıq yer tutur Ona görədə cavabdehə məxsus cehizlərin evdən çıxarılmasına görə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən 0ddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək iddia tələbini təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, Nümayəndə ilə 2014-cü ildə qeyri-rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 15 iyul 2015-ci ildə X4 doğulmuşdur. Uşaq hal-hazırda onun yanında yaşayır. Vüqar ailəsi ilə münasibətləri əvvəllər yaxşı olsa da, bəzən aralarında söz-söhbət olurdu. Vüqar Rusiya Federasiyasına müvəqqəti olaraq qazanc məqsədi ilə getdikdən sonra aralarındakı münasibət daha da pisləşmiş və o, evinə qayıtmışdır. Hazırda cehizləri qaynatası İddiaçı məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən evdədir, lakin onun həmin cehizləri qoymağa yeri yoxdur və buna görə də, yəni evi olmadığına görə iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, habelə cavabdehin mahiyyət üzrə iddianı qəbul etməsi hesab edir ki, Cavabdeh məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən evdə olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia ərizəsi tam təmin edilərək, qeyd edilən əşyalar mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda (İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİİ hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması təsbit edilmişdir. MPM-nin 222.1-ci maddəsinə əsasən-məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə, onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehizlər dolab 1 ədəd, servant 1 ədəd, televizor 1 ədəd, soyuducu 1 ədəd, televizor altı 1 ədəd, stol 1 ədəd, divan və 2 kreslo 1 dəst,stul 6 ədəd. Qaz piltəsi 1 ədəd, çilçıraq 1 ədəd, ləyən 2 ədəd, xalça kaşmir 3ədədd, xalça sadə 1 ədəd, toz soran 1 ədəd,Güldan böyük 1 ədəd, uşaq kravatı 1 ədəd, taxt 1 ədəd,komot 1 ədəd, taxt tumbası 2 ədəd, meyvə qabı 6 ədəd, taxt döşəyi 2 ədəd, çırıx qabı 3 ədəd, qənd qabı 3 ədəd, stəkan 25 ədəd , qədəh 6 ədəd, güldan balaca 4 ədəd, tort qabı 1 dəst, qazan dəstil dəst, qəhvədan 1 ədəd, çaynik 1 ədəd,aftafa -ləyən dəsti 1 ədəd, kastorka naboru 5 ədəd,tava 2 ədəd, ləyən 2 ədəd, Padnos böyük 1 ədəd, padnos kiçik 1 ədəd, uşaq ləyəni 1 ədəd plasmas, vedrə 1 ədəd, aş qazanı 1 ədəd, çörək qabı plasmas 1 ədəd, iri tava 1 ədəd, adyal 2 ədəd, nalça 10 ədəd, uşaq döşəyi və balış 1 dəst, termos 1 ədəd, samovar elektrik 1 ədəd, fincan 6 ədəd, çaynik dəst 1 dəst, lampa (neft) 1 ədəd, kompot stakanı 6 ədəd, ət çəkən maşın 1 ədəd, armudu stəkan 10 ədəd, dolça 1 ədəd, fincan 10 əəd, nəlbəki 10 ədəd,yemək qaşığı 10 ədəd, çay qqaşığı 10 ədəd, çəngəl 10 ədəd,duz qabı 5 ədəd, bulud 5 ədəd, çərəz qabı 1 ədəd, salfet qabı 2 ədəd, armudu stəkan 22 ədəd, xrustal stəkan 10 ədəd, padnos dairəvi 3 ədəd, tort nimçəsi 4 ədəd, kasa böyük 18 ədəd, kasa kiçik 10 ədəd, dərin boşqab 6 ədəd, ütü stolu 1 ədəd, nəlbəki 24 ədəd, armudu stəkan üçün nəlbəki 24 ədəd, çərəz qabı 1 ədəd, qənd qabı, 8 ədəd, kül qabı 4 ədəd, mürəbbə qabı 6 ədəd, salaq qabı 25 ədəd olmaqla Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar