Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3414/2025 03.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehə məxsus olan əşyaları fərdi yaşayış evindən çıxarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia Cavabdeh məxsus cehiz əşyalarının ona məxsus xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 65 saylı mənzildən və Lənkəran rayonun Şağlaser kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu X1, 2022-ci ildə Cavabdeh ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Onların birgə nikahından Əli İsmayılzadə adlı övladları dünyaya gəlmiş və uşaq hal-hazırda salamat olmaqla yaşayır. X7 İsmayılzadə bir-biri ilə yola getmədiyindən, Günel 2023-cü ilin yayında evi tərk edib Lənkəran rayonunun Separadi kəndinə valideynlərinin yanına getmişdir. Ailə münasibətlərini qorumaq mümkün olmadığından, onun oğlu nikahlarının pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-579/2025 saylı qərarı ilə tərəflər boşanmışdır. Hal-hazırda da Cavabdeh Lənkəran rayonunun Separadi kəndində valideynlərinin yanında yaşayır. Cavabdeh gəlin gələrkən həm Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ünvanında yerləşən 65 saylı mənzillərinə, həm də Lənkəran rayonunun Şaqlağer kəndində yerləşən fərdi yaşayış evlərinə müəyyən cehizlər gətirmişdir. Lakin, cavabdeh evdən ayrılandan və boşanma baş verəndən sonra, oğlunun dəfələrlə tələb etməsinə baxmayaraq, ona məxsus olan mənzillərindən cehiz əşyalarını çıxarıb aparmaqdan imtina etmişdir. Buna görə də, mülkiyyətlərindən Cavabdeh məxsus cehiz əşyalarının məhkəmə qaydasında çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh gəlinlik cehizləri, Bakı şəhərindəki mənzillərinin bir otağını və Lənkəran rayonunun Şağlaser kəndindəki fərdi evlərinin də bir otağını tutmaqla, onun xüsusi mülkiyyət hüququnu pozaraq mülkiyyətindən sərbəst istifadə etməyə mane olmuş və mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq da göstərmişdir ki, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ünvanında yerləşən 65 saylı mənzilində yerləşən cehizləri çıxarmışdır. Məhkəmə iclasında İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbi həcmi azaldılmaqla dəyişdirilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsində göstərilənlərə uyğun iddia həcminin azaldılması barədə ərizəni mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə göstərilmiş qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-579/2025 nömrəli 21 may 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 ilə Cavabdeh arasında xx.xx.2022-ci ildə bağlanmış nikah qeydinin pozulması müəyyən olunur. DƏDRX-dan daşınmaz əmlakın çıxarışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 65 saylı mənzilin tam hüquqlu mülkiyyətçisi olduğu görünür. Lənkəran Şəhər İcra Hakimiyyətinin Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Lənkəran rayonunun Şağlaser kəndində fərdi yaşayış evinin olduğu təsdiq edilir. Foto-şəkillərdən görünür ki, Lənkəran rayonu Şağlaser kəndində yerləşən fərdi yaşayış evində ərizədə bəhs edilən məişət texnikası və cehizlərin olduğu görünür. Şəkillərdə "Samsung" paltaryuyan maşını, qapqacaq dəstləri, yataq əşyaları, "LG" soyuducu və.s olması aydın görünür. Ödəniş qəbzindən görünür ki, İddiaçı X3 məhkəmə xərci (dövlət rüsumu) kimi 100 AZN məbləğində ödəniş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4 Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Göründüyü kimi, Lənkəran rayonu, Veravul kəndində yerləşən 0,14 ha torpaq sahəsinin hüquqi sahibləri İddiaçı, X2 və X6, 156.20 kv/metr fərdi yaşayış evi isə İddiaçı mülkiyyətindədir. Belə olan halda iddiaçı qanunun yuxarıda göstərilən tələblərinə əsasən qeyd edilən evdə yerləşən cavabdehə məxsus əşyaların evdən çıxarılmasını tələb etməyə subyektiv hüququ vardır. Bu mülkiyyətçinin hüquqlarının müdafiəsindən irəli gəlir. Lakin işin hallarından da göründüyü kimi cavabdeh öz cehiz əmlaklarını ilk nikahında gəlin köçdüyü iddiaçıya məxsus evdən çıxarmadığına görə iddiaçı tərəfindən məhkəməyə mürciət edilmişdir. Bu hal işin məhkəməyə hazırlanması zamanı cavabdeh tərəfindən də etiraf olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lənkəran rayonun Şağlaser kəndində yerləşən İddiaçı məxsus xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus olan cehiz əşyaları çıxarılsın. İddia ərizəsilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-3414/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3414/2025
03.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver