Məhkəmə qərarları › İş №2(049)-3445/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3445/2025

07.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3445/2025 07.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mükliyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbi barədə mülki işin materiallarını Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında nəzərdən keçirərək məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və X1 paylı mükliyyətinə verilmiş fərdi yaşayış evlərinin və torpaq sahəsinin açıq hərracda satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, paylı mükliyyətdə olan əmlakın naturada bölünməsi mümkün olmadığından payın dəyəri digər mülkiyyətçilər tərəfindən ödənilməklə paylı mülkiyyətdə olan paydakı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair 2(049)-1868/2024 nömrəli mülki iş də hazırda məhkəmənin icraatındadır. Həmin iş üzrə İddiaçı onun və X1 paylı mükliyyətinə verilmiş fərdi yaşayış evlərindən onun mülkiyyətində olan payın naturada bölünməsi mümkün olmadığından payın dəyəri cavabdehlərə ödənilməklə onların (onlara miras qoyan şəxsin) paylı mülkiyyətdə olan payındakı mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından görünür ki, qeyd olunan mülki işlər bir-biri ilə əlaqəli və eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla, hər iki iş üzrə eyni daşınmaz əmlaklar mübahisə predmetinə aid olmaqla, bir işdə qeyd olunan əmlaklarda olan paydakı mülkiyyət hüququna payın dəyəri ödənilməklə xitam verilməsi, digər işdə isə həmin əmlakların açıq hərracda satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsi tələb edilir. Eyni zamanda, paylı mükliyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbi barədə mülki işlə bağlı mahiyyəti üzrə qəbul ediləcək yekun məhkəmə qərarının hazırki mülki iş üzrə qəbul ediləcək qərara da təsiri olacaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, həmin mülki işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən şəxslər mülki işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə hər iki mülki işin materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin fikrini dinləyərək qərara gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mükliyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbi barədə 2(049)-3445/2025 nömrəli və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, paylı mükliyyətdə olan əmlakın naturada bölünməsi mümkün olmadığından payın dəyəri digər mülkiyyətçilər tərəfindən ödənilməklə paylı mülkiyyətdə olan paydakı mülkiyyət hüququna xitam verilməsi tələbi barədə 2(049)-1868/2025 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mükliyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbi barədə 2(049)-3445/2025 nömrəli və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, paylı mükliyyətdə olan əmlakın naturada bölünməsi mümkün olmadığından payın dəyəri digər mülkiyyətçilər tərəfindən ödənilməklə paylı mülkiyyətdə olan paydakı mülkiyyət hüququna xitam verilməsi tələbi barədə 2(049)- 1868/2025 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(049)-1868/2025 nömrəsi verilsin. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar