Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3473/2024 15.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlak və ya onun dəyərinin tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında 15 noyabr 2024-cü il tarixdə, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı cehiz əmlak və ya onun dəyərinin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının xahişini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı ümumilikdə 57.50 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin olunsun. İddiaçı Cavabdeh qarşı cehiz əmlak və ya onun dəyərinin tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 40 manat və xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 17.50 manat, cəmi 57.50 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(049)-3473/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3473/2024
15.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver