Məhkəmə qərarları › İş №2(049)-3505/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3505/2024

18.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3505/2024 18.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədazdə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehi mülkiyyətində olan torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh uşaqları - X1 və X2 ilə birlikdə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* №-li Çıxarışla özünə məxsus Lənkəran rayonun Şilavar kəndində yerləşən 0.06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı və bir dəhlizli fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti əsasında evlənmişəm və valideynlərinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Nikahları Lənkəran rayon Qeydiyyat şöbəsində, xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişdir. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014-cü ildə X1 və xx.xx.2017-ci ildə isə X2 dünyaya gəlmişlər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)- 1628/2020 nömrəli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, uşaqların cavabdehin yanında qalması müəyyən edilmiş və hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimentin qət edilmişdir. Cavabdehlə ailə qurmamışdan əvvəl, 2010-cu ildə özünə ev tikmək üçün Lənkəran rayonunun Şiləvar kəndinə 0.06 ha həyətyanı torpaq sahəsi almış, daha sonra həmin torpaq sahəsində 2 otaqlı və bir dəhlizli fərdi yaşayış evi inşa etdirmişdir. İkinci uşaqları doğulandan sonra valideynlərinin evi darısqal olduğu üçün həmin evə köçmüşlər. Ailə münasibətləri korlandıqdan sonra cavabdeh ona qarşı «yaşamaq hüququnun tanınması və yaşadığı evdə yaşamasının təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-1394/2021 nömrəli qətnaməsi ilə cavabdehin iddiası təmin edilərək Cavabdeh uşaqları - X1 və X2 ilə birlikdə Lənkəran rayonu Şilavar kəndindəki 2 otaqlı və bir dəhlizli fərdi yaşayış evində yaşamaq hüququ tanınmışdır. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2881/2021 nömrəli qətnaməsi ilə onun şikayəti təmin edilərək qətnaməsi ləğv edilmiş, Cavabdeh iddiası qismən təmin edilərək Cavabdeh həmin evdə 2 il müddətinə istifadə hüququ müəyyən edilməsi qərara alınmışdır. Ali Məhkəmənin xx.xx.2022-ei il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiva Məhkəməsinin qətnaməsi çoxdan qanuni qüvvəsini almış və həmin qətnamədə göstərilmiş müddət artıq bitmişdir. Cavabdeh onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxmaq istəmir. Dəfələrlə cavabdehə evindən çıxmağı bildirsə də, onun dediklərinə məhəl qoymur, özünün inşa etdirdiyi evinin həyətinə belə onu buraxmır, nə vaxt ora getsə onu polislərlə hədələyir. Yuxanda qeyd etdiyi kimi, valideynlərinin evində şərait yoxdur, onun da başqa qalacaq yeri yoxdur. Odur ki, məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz göndərərək etirazını onunla əsaslandırmışdır ki, MA seryilaı ******* saylı çıxarışa əsasən iddiaçıya məxsus olan 0.06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən onun iki il müddətinə istifadə hüququ tanınsa da, həmin vaxtdan üç il müddət keçməsinə baxmayaraq bu günə kimi onun yaşayışında və durumunda heç bir müsbət dəyişiklik olmamışdır. Əksinə maddi durumu daha da ağırlaşmışdır. İldən-ilə qiymətlərin artımı, ailə qayğıları, uşaqlarının təkbaşına böyütməyinə çətinlik yaradır. Hətta illər öncə məhkəmə tərəfindən övladlarının saxlanması üçün təyin edilən aliment məbləği belə övladlarının yaşayışına və s. xərclərinə kifayət etmir. O, özünə və uşaqlarına yaşayış sahəsi tapa bilmir. Bu azmış kimi onun gəlin köçdüyü və yaşadığı, övladlarının doğulduğu evdən çıxarılmağı heç bir halda ədalətli ola bilməz. İddiaçı tərəfindən sübut kimi təqdim edilən hər üç qətnamədə onun əmlakdan istifadə hüququm tanınıb. Əslində bu qətnamələrin hazırkı mübahisəyə heç bir aidiyyəti ola bilməz. Bu günədək o, Lənkəran rayonu Şiləvar kəndində yaşayır. Əlavə olaraq qeyd edir ki, iddia ərizəsinə mötəbər subut kimi əlavə edilmiş, Lənkəran rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qətnaməsinə əsasən onun iddiası tam həcmdə təmin edilmişdir. Habelə qeyd edir ki, onun evdən çıxarılması himayəsində yaşayan azyaşlı uşaqların evdən küçəyə atılmasıdır ki, bununla bağlı da, iddiaçı heç bir sübüt təqdim etməmişdir. Yəni gələcəkdə bu uşaqlarımızın psixoloji durumuna necə təsir edə bilər Azyaşlı uşaqlar doğulduqları evildən çıxarıldığı zaman harada yaşayarlar və s. kimi hallar. O, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etirazını müdafiə edərək etirazında yazılanlara uyğun izahat vermişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan və qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2881/2021 nömrəli qətnaməsindən görünür ki, cavabeh Cavabdeh iddiaçıya məxsus Lənkəran rayonu Şiləvar kəndində yerləşən evinə 2 il müddətinə istifadə hüququ müəyyən edilmişdir. Həmin iki il müddət xx.xx.2023-cü il tarixdə bitmiş və həmin tarixdən sonra Cavabdeh həmin evdən istifadə hüququna xitam verilmişdir. Buna görə də iddia əsaslı olduğundan təmin edilməli, cavabeh uşaqları ilə birlikdə iddiaçıya məxsus Lənkəran rayonu Şiləvar kəndində yerləşən torpaq sahəsi və evindən çıxarılmalıdırlar. Belə ki, iş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* №-li Çıxarışdan müəyyən olundu ki, Lənkəran rayonu Şiləvar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi tərəflərin rəsmi nikahlarından əvvəl iddiaçının adına xüsuysiu mülkiyyət hüququ əsasında rəsmiləşdirilmişdir. Tərəflər arasında isə nikah xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş və xx.xx.2020-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin azyaşlı uşaqları analarının yanında saxlanılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə tərəflərin azyaşlı uşaqları cavabdehin himayəsində saxlanıldığından, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən onlar da cavabdehlə bərabər iddiaçıya məxsus evdən çıxarılmalıdırlar. Məhkəmə onu da qeyd edir ki, iddiaçı evin mövcudluğu barəsində iddia ərizəsinə hər hansı bir sübutunu əlavə etməsə də, həmin evin mövcudluğu, onun iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edildiyini tərəflərin izahatları və iddia ərizəsinə əlavə edilmiş və qanuni qüvvəsini almış qətnamə və qərarlarlarla təsdiq olunur. Cavabdeh iddiaçının evinə 2013-cü ildən sonra köçdüyündən hazırki mübahisə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin aşağıda qeyd olunan normalarına əsasən həll edilməlidir: 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş evə köçürüb onunla bir təsərrüfat aparmaqla 2020-ci ilin sonlarınadək iddiaçının ailə üzvü olmuş, ondan sonra onların təsərrüfatları ayrılmış, cavabdehlə iddiaçının ailə münasibətlərinə xitam verilmiş, 2020-ci ildən təsərrüfatlarını ayırmaqla onun keçmiş ailə üzvü statusunu əldə etmişdir. Belə olan halda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən onun iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqları saxlanmır. X3 Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2881/2021 nömrəli qətnaməsi ilə onun Lənkəran rayonu Şiləvar kəndində yerləşən evinə 2 il müddətinə istifadə hüququ saxlanmışdır. Həmin iki il müddət xx.xx.2023-cü il tarixdə bitmiş və həmin tarixdən sonra Cavabdeh həmin evdən istifadə hüququna xitam verilmişdir.Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh uşaqları - X1 və X2 ilə birlikdə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* №-li Çıxarışla iddiaçının mülkiyyətində olan Lənkəran rayonun Şilavar kəndində yerləşən 0.06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi ona təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiası təmin edilsin. Cavabdeh uşaqları - X1 və X2 ilə birlikdə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* №-li Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonun Şilavar kəndində yerləşən 0.06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi o İddiaçı təhvil verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar