Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3530/2024 25.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh, üçüncü şəxslər X4 və X1 qarşı Lənkəran rayonu Sütəmurdov kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarlarının, alğı-satqı müqavilələrinin və eləcə də həmin torpaqlarla əlaqədar Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastr kitabında qeydə alınmış kadastr sənədlərinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh, üçüncü şəxslər X4 və X1 qarşı Lənkəran rayonu Sütəmurdov kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarlarının, alğı-satqı müqavilələrinin və eləcə də həmin torpaqlarla əlaqədar Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastr kitabında qeydə alınmış kadastr sənədlərinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Lənkəran rayonu Sütəmurdov kənd bələdiyyəsinin 0.03 ha torpaq sahəsinin X1 ayrılması barədə xx.xx.2007-ci tarixli qərarının, həmin torpaq sahəsinin alqı-satqı ilə satılması barədə xx.xx.2007-ci il tarixli alqısatqı müqaviləsinin, o cümlədən həmin torpaqla əlaqədar Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastr kitabında qeydə alınmış kadastr sənədlərinin, eləcə də 0.05 ha torpaq sahəsinin Lənkəran rayonu Sütəmurdov kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə X2 ayrılmasına dair qərarının və alqı-satqı müqaviləsinin, həmçinin həmin 0.05 ha torpaq sahəsinin Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadast Kitabında 11 may 2010-cu il tarixli, A№ 489394 saylı 182 nömrə ilə qeydə alınmış kadastr sənədlərinin etibarsız hesab eidlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürmüş, eyni zamanda “o cümlədən həmin torpaqla əlaqədar Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastr kitabında qeydə alınmış kadastr sənədlərinin” etibarsız hesab edilməsi kimi qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, etibarsızlığı tələb edilən Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastr kitabında qeydə alınmış kadastr sənədlərinin nələrdən ibarət olması konkret olaraq iddia tələbində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, eləcə də 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığına, habelə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada, həmçinin, ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh, üçüncü şəxslər X4 və X1 qarşı Lənkəran rayonu Sütəmurdov kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarlarının, alğı-satqı müqavilələrinin və eləcə də həmin torpaqlarla əlaqədar Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastr kitabında qeydə alınmış kadastr sənədlərinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3530/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3530/2024
25.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver