Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3551/2023 25.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1-Ərizəçi hüquqi faktın müəyyən edilməsinə tələbinə dair ərizəsinə 25 sentyabr 2023-cü il tarixində Lənkəran şəhərində baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2008-ci il tarixdə Lənkəran rayonu, Şixəkəran kəndində X2 doğulması və özünün onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini nəzərdən keçirərək müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsi ilə müəyyən olunmuş qaydalara riayət edilmədən verilmişdir. Belə ki, MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən isə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi ərizəsində qeyd olunan faktın ona nə məqsəd üçün lazım olduğunu göstərməmiş, Qeydiyyat orqanına müraciət etdiyini və ona oradan doğum haqqında şəhadətnamənin verilməsindən imtina etdiyini təsdiqləyən sənədi ərizəsinə əlavə etsə də, uşağın tibb müəssisəsindən kənarda doğulmasını (tibb müəssisəsinin, feldşer məntəqəsinin qeyd olunan uşağın həmin müəssisədə doğulmaması barədə arayışı) təsdiq edən sübutunu ərizəsinə əlavə etməmişdir. Halbuki, məhkəməyə ərizəçi o halda müraciət etməlidir ki, o, əvvəl tibb müəssisəsinə müraciət etmiş olsun, həmin tibb müəssisəsi uşağın tibb müəssisəsindən kənar doğulduğunu təsdiq edən arayışı təqdim etsin və həmin sənəd ərizəsinə əlavə edilsin. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Hesab edirəm ki, Ərizəçi uşağın tibb müəssisəsindən kənarda doğulmasını (tibb müəssisəsinin, feldşer məntəqəsinin qeyd olunan uşağın həmin müəssisədə doğulmaması barədə arayışı) təsdiq edən sübutunu ərizəsinə əlavə etmədiyindən, eləcə də həmin faktın ona nə məqsəd üçün lazım olduğunu göstərmədiyindən bu hal ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizəsi qaytarıldığına görə onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Ərizəçi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər qərardad qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılsın. Ərizəçi izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadan rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(049)-3551/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3551/2023
25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver