Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-356/2025 12.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X2, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonunun Separadi kəndində yerləşən 0,13 ha torpaq sahəsinin azad olunaraq ona təhvil verilməsi və torpaq sahəsinin üzərində olan dəmir darvazanın, yarımçıq tikilinin və mişar daşı hasarının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, iddiaçı Lənkəran rayonunun Separadi kəndində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Lənkəran rayonunun Separadi kəndində **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyətimə 0,13 ha həyətyanı torpaq sahəsi yerilmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı Reyestr Xidmətinin çıxarışı və torpaq sahəsinin planı ölçüsü təqdim olunmuşdur. Heç bir səbəb olmadan Lənkəran rayonunun Separadi kənd sakini Cavabdeh disusi mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Hal hazırda da həmin torpaq sahəsindən stifadə edir. Qeyd olunan torpaq sahəsinin üzərində dəmir darvaza qoyaraq, torpağı daş hasarla çəpərə də almışdır. Bundan başqa torpağın üzərində yarımçıq tikili də inşa etmişdir. Cavabdeh torpaq sahəsinin boşaldılmasını və tikililərin sökülməsini dəfələrlə ələb etməyinə baxmayaraq, O tələbimi qəbul etməyərək tikinti işlərini genişləndirmişdir. Onu da qeyd etmək istəyir ki, tərəfindən torpaq sahəsinə çıxarış almaq və torpağın nüayinəsini həyata keçirən zaman Cavabdeh tərəfindən süni maneələr yaradılmış və yalnız Lənkəran rayon Məhkəməsinin müvafiq qətnaməsindən sonra müayinə aparılaraq həmin orpaq sahəsinə çıxarış verilmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, həmin torpaq sahəsini yüz ildir ki, onun ata və babasına məxsus olmuşdur. İddiaçı həmin torpaq sahəsini qeyri qanuni yolla əldə etmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Lənkəran rayonun Separadi kəndində yerləşən 0.13 ha torpaq sahəsi X1 tam mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 6346 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 05 iyun 2025-ci il tarixli, 10/3020 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-269A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) və xx.xx.2024-cü il tarixli, **********70 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi, konfiqurasiya fərqinin mövcud olmaması müəyyən olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-269A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) və xx.xx.2024-cü il tarixli, **********70 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 0,13 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədində gediş-gəliş yolunun hansı ərazidən olması öz əksini tapmamışdır. Elektron kadastr baza məlumatlarına və faktiki vəziyyətə əsasən araşdırma zamanı İddiaçı mülkiyyətində olan sözügedən 0,13 ha torpaq sahəsinə gediş-gəliş yolunun həmin torpaq sahəsinin cənub sərhəddindən olması müəyyən olunmuşdur. Həmin yolun Lənkəran-Boradigah yerli əhəmiyyətli (R) avtomobil yolu olması müəyyən olunmuşdur. Yolun yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid və hamının istifadəsi üçün açıq torpaq sahəsi olması müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-269A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) və xx.xx.2024-cü il tarixli, **********70 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin 0,12 ha hissəsinin faktiki vəziyyətdə Cavabdeh tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-269A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) və xx.xx.2024-cü il tarixli, **********70 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 0,13 ha torpaq sahəsi üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-269A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında) və xx.xx.2024-cü il tarixli, **********70 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,12 ha hissəsinin girişində Cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın, daş və məftil hasarın mövcud olması müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan sözügedən 0,13 ha torpaq sahəsinə əvvəl yaranmış hüquqlar əsasında tərtib olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının (əvvəlki “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının böyük hissəsinin cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuş) faktiki vəziyyətə uyğun dürüstləşdirilən zaman, yəni xx.xx.2024-cü il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunan zaman həmin 0,13 ha torpaq sahəsinin 0,0028 ha hissəsinin (İddiaçı mülkiyyətində olan 0,13 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,12 ha torpaq sahəsinin daxilində olan) koordinatları Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə qalmışdır.Həmin 0,0028 ha torpaq sahəsində (giriş hissəsində) Cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın və daş hasarın mövcud olması müəyyən olunmuşdur. Məhkəmə, izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırkı işin hallarından da görünür ki, iddiaçı ona məxsus olan mülkiyyətdən tam istifadə edə bilmir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edilir. Belə ki, iş materialları ilə sübuta yetirilir ki, iddiaçı özün məxsus 0.13 ha torpaq sahəsinin 0.12 ha hissəsindən istifadə edə bilmir və həmin hissə fatktiki vəziyyətə cavabdeh tərəfindən istifadə edilir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Lənkəran rayonu Separadi kəndində yerləşən İddiaçı tam mülkiyyətinə verilmiş 0,13 ha torpaq sahəsinin 0.12 ha hissəsi Cavabdeh Malik oğlunun qanunsuz sahibliyindən azad edilərək İddiaçı təhvil verilsin. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Lənkəran rayonu Separadi kəndində yerləşən İddiaçı tam mülkiyyətinə verilmiş 0,13 ha torpaq sahəsinin 0.12 ha hissəsində Cavabdeh Malik oğlu tərəfindən quraşdırılmış dəmir darvaza və daş hasar sökülsün. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat Cavabdeh Malik oğlundan alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh Malik oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-356/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-356/2025
12.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver