Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3607/2025 21.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı7 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X3, Cavabdeh qarşı «əmlakın qanunsuz zəbt edilməsinin qarşısının alınması, şəhid adına hörmətin təmin edilməsi və kənd sakinlərinin hüquqlarının müdafiəsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və X5 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 bələdiyyəsinə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməsinə qanuni qiymət verilməsi, həmin sahənin zəbt olunmuş vəziyyətdən azad edilərək çəkdiyi hasarın geri çəkilməsi, zəbt olunmuş ərazidən keçən və əvvəl mövcud olan kanalın cavabdehin hesabına bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılması, qanunsuz doldurulmuş torpaq sahəsinin təmizlənməsi və hal-hazırda şəhid X4 adına olan küçədən keçən alternativ açıq kanalın tamamilə ləğv edilməsi və küçənin əvvəlki vəziyyətinə qaytarılaraq tam istifadəyə yararlı vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X5 məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh qarşı «əmlakın qanunsuz zəbt edilməsinin qarşısının alınması, şəhid adına hörmətin təmin edilməsi və kənd sakinlərinin hüquqlarının müdafiəsi» tələbinə dair iddiadan imtina etdiklərini bildirərək iş üzrə icraata xitam verilməsini və iddia tələbinin verilməsinə görə tərəflərindən ödənilmiş dövlət rüsumunun və iş üzrə sənədlərin geriq aytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı7 məhkəmə iclasında məhkəməyə təqdim edtikləri iddiaya xitam veriməsi barədə ərizələrinə uyğun məzmunlu izahat verərək iddiadan imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçılar İddiaçı4, İddiaçı6, X5, Cavabdeh və onun nümayəndəsi Nümayəndə qız məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185-ci maddəsinə əsasən işə məhkəmə iclasına gələməyən iddiaçıların və cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq, hesab edir ki, iddiaçının hazırki iddia tələbinə hüquqi marağı aradan qalxdığından qeyd olunan ərizəyə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin: 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İşdə olan qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ********** nömrəli mədaxil qəbzındən görünür ki, İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X3, Cavabdeh qarşı «əmlakın qanunsuz zəbt edilməsinin qarşısının alınması, şəhid adına hörmətin təmin edilməsi və kənd sakinlərinin hüquqlarının müdafiəsi» tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3607/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3607/2025
21.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver