Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3688/2024 03.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X9, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «xx.xx.2023-cü il tarixli 01/158 saylı əmrin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova tərəfindən imzalanmış 03 iyul 2023-ci il tarixli 01/158 № -li əmri ilə qanunsuz hesab edilərək ləğv olunması, "Gənclərin çağırışaqədərki hazır və fiziki tərbiyə rəhbəri" vəzifəsinə və müəllim kimi bərpa edilməklə məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub onun xeyrinə verilməsi və cavabdehdən 3000 manat məbləğində mənəvi ziyan pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdə Lənkəran rayonu, Türkəkəran kəndində ziyalı ailəsində anadan olmuşdur. 20 sentyabr 2007-ci il tarixdə onunla X7 Kolleci arasında əmək müqaviləsi bağlanaraq o, Hərbi rəhbər və ixtisası üzrə müəllimlik işinə təyin edilmişdir. Bununla bağlı X7 Kollecinin direktoru C.İbrahimov xx.xx.2007-ci il tarixli 198 nömrəli əmr imzalamışdır. Həmin vaxtdan xx.xx.2011-ci il tarixə kimi həmin işdə fasiləsiz işləmiş və həmin tarixdə onuna X7 Kolleci arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə Kollecin direktoru C.İbrahimovun əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra Kollecin direktoru C.İbrahimovun xx.xx.2011ci il tarixli 72 nömrəli əmri ilə onunla müddətsiz əmək müqaviləsi bağlanılmış və o, daimi ixtisası üzrə müəllim və Hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən xx.xx.2018-ci il tarixə kimi təyin edildiyim vəzifələrdə qüsursuz işləmişdir. Kollecin direktorunun xx.xx.2018-ci il tarixli 01/86 nömrəli əmri ilə guya o, əmək funksiyamı düzgün yerinə yetirmədiyinə görə qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən 02 iyul 2018-ci il tarixində Q/39 saylı əmrlə qanunsuz xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilərək işdən azad edildiyi üçün o, Kollecə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə onun iddia tələbim təmin edilmişdir. Kollec rəhbərliyi məhkəmənin qətnaməsindən apellyasiya və kassasiya şikayətləri versələr də, onların şikayətləri təmin edilməmiş və bununla da o, yenidən tutduğum vəzifələrə bərpa edilmişdir. Kollecin direktorunun 29 iyul 2019-cu il tarixli 01/111 saylı əmri ilə məhkəmənin qətnaməsinə əsasən yenidən həmin vəzifələrdə işləməyə başlamışdır. Kollecin direktoru R.Həmidovun 10 iyun 2021-ci il tarixli 01/97 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən 14 iyun 2021-ci il tarixindən xitam verilmişdir. Səbəb kimi də qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə X7 Kollleci Cavabdeh nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevirilmə yolu ilə yenidən təşkil edilmişdir. Yeni təşkil edilmiş kollecin ştat cədvəlində "Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri" və "Fiziki tərbiyə rəhbəri" ştatları ixtisar edilərək "Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri" ştatı yaradılmışdır. Bu səbəbdən "Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri" olan o, bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi məsələsi yaranmışdır. Bu zaman kollec rəhbərliyi tərəfindən guya o, yəni İddiaçı qanunvericiliyə uyğun olaraq əmək haqqı azalmamaqla digər vəzifəyə keçmək təklif ediləsə də, o, etiraz etmişdir. Əslində belə bir təklif almamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkərlıq səviyyəsinin işəgötürən müəyyən edir. Ona görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı 10 mart 2021-ci il tarixli M- 0321/83 saylı məktubla onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq X5 Komitəsinə bu məsələ ilə əlaqədar qərar bildirmək xahişi ilə 20 may 2021-ci il tarixli M-0521/149 saylı məktub göndərilmişdir. X8 Komitəsi Məclis heyət üzvlərinin 09 iyun 2021-ci il tarixli iclasının (protokol № 11) qərarı ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi qanuna uyğun hesab edilmişdir. Baxmayaraq ki, işlədiyi 14 ilə yaxın dövr ərzində o, həmişə işdə olmuş və heç vaxt xəbərdarlıq belə almamışdır. Ona tapşırılan işləri layiqincə və vicdanla yerinə yetirmiş, işində heç vaxt heç bir qüsur olmamışdır. Ona görə də o, qeyd olunan iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmiş və Lənkəran rayon məhkəməsində işə baxılarkən məhkəmə ona bildirmiş ki, siz öncə ilkin mediasiya prossesini keçməlisiniz, ondan sonra ümumi qaydada məhkəmə müraciət edə bilərsiniz. Ona görə də o, ərizə verib, işə baxılmamış saxlamaq şərti ilə razılaşıb iddia ərizəsini geri götürmuşdur. Bundan sonra o, mediasiyaya müraciət etmişdir. Mediasiya prossesini keçəndən sonra hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, işlədiyi dövrdə əsassız olaraq ondan hər ay 50 manat məbləğində pul tutulmaqla ümumilikdə 846 manat məbləğində pul tutulmuşdur. Bundan əlavə onunla qanunsuz əmək müqaviləsi bağlanmışdır, kadrlar şöbəsinin rəhbəri Ali təhsilli olmadığı üçün onların onunla bağladığı əmək müqaviləsini qanunsuz sayır. Çünki, həmin əmək müqaviləsində onun adının qarşısında və onun adından imza edilən imza ona məxsus deyildir. Həmçinin cavabdehin qeyd olunan hərəkətləri ondan Əsəb və stres yaratmış və o, xəstəlik tapmışdır. Buna görə də müalicə almış. Bununla da cavabdeh öz hərəkətləri ilə ona mənəvi ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə X7 Kolleci Cavabdeh nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevirmə yolu ilə yenidən təşkil edilmişdir. Yeni təşkil edilmiş kollecin ştat cədvəlində bir neçə ştat, o cümlədən "Gənclərin şağırışaqədər hazırlıq rəhbəri" ştatı ixtisar edilmişdir. Lakin qeyd olunan qərarla həmin ştat ixtisar edilməmişdir, bunu ona Universisetinin rəhbəri rektor Natiq İbrahimov məni qəbul edərək görüş zamanı bildirmişdir. Ona görə də hesab edir ki, qeyd olunan əmr əsassızdır və ləğv edilməlidir. GÇH-nin rəhbəri vəzifəsi gizlədilmişdir. Necə ola bilər ki, hərbi dərslər keçirilir amma hərbi rəhbərlik vəzifəsi isə yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 izahatında göstərdi ki, iddiaçı ilə müddətli müqavilə bağlanmış və müddət başa çatdıqdan sonra müddət uzadılmamışdır. İddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli MŞL-00051 saylı mediasiya arayışından görünür ki, İddiaçı tətəfindən 55 manat mediasiya xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli, ərizədən görünür ki, İddiaçı, X1 Nəznində Sosial və X3 direktoru Leyla İbrahimova ilə bağlanmış əmək müqaviləsinin vaxtı bitdiynə görə yenidən cari tədris ilinə qədər yenidən müqavilə bağlanmağını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli, 02/47 saylı əmrdən görünür ki, X1 Nəznində Sosial və X3 direktoru Leyla İbrahimova ilə İddiaçı ərizəsinə əsasən arlarında bağlanmış müqavillədə dəyişiklik edilərək cari tədris ilinin sonuna olan müddətə yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli, 01/158 saylı əmrdən görünür ki, X1 Nəznində Sosial və X3 direktoru Leyla İbrahimova ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 30 iyun 2023-cü il tarixdə bitmişdir. Onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin b bəndinə əsasən xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilərək ona son haqq-hesab ödənilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli,”Ciayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı şikayəti üzrə (müqavilələrdə imzaların ona məxsus olmaması ilə bağlı) cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X1 Nəznində Sosial və X4 müddəti əmək müqavilə ilə işləmiş, müqavilə müddəti bitdikdən sonra onunla yeni müqavilə bağlanmamış və əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsi: Əmək Müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin mək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilir. Məhkəmə hesab edir ki, İddiaçıla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin norması tətbiq olunub. Göründüyü kimi İddiaçı ilə Cavabdeh nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollec arasında müddətli əmək müqaviləsinin bağlanılması tam qanuna uyğun formada aparılmış, həmçinin iddiaçının işdən azad olunması prosesində Əmək Məcəlləsinin hər hansı normasının pozulmasına yol verilməmişdir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı iddiası rədd edilsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Murad Aslanov