Məhkəmə qərarları › İş №2(049)-3690/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3690/2025

26.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3690/2025 26.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X3, İddiaçı: İddiaçı nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə verilmiş **********19-10301 reyestr nömrəli, qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 187.2 kv\m, yaşayış sahəsi 51.1kv\m, yardımçı sahəsi 136.1kv\m olan 3 otaqlı fərdi yaşayış evindən və 0.0463 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, qanuna zidd hərəkətlərə son qoyulmasını, dövlət rusumu 100 manat pulu, hüquqi yardıma görə ödədiyi 320 manat pulu tutulub iddiaçıya ödənilməsi barədə, qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, İddiaçı Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisində 12 sentyabr 2024-cü il tarixdə Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 187.2 kv\m, yaşayış sahəsi 51.1kv\m, yardımçı sahəsi 136.1kv\m olan 3 otaqlı fərdi yaşayış evini və torpaq sahəsi 0.0463 ha (ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə Cavabdeh verilmiş **********19-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış) tam olaraq daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 75 000 manat qiymətinə almışdır. Pulu Kapital bank ASC Lənkəran şöbəsindəki depozit hesabı vasitəs ilə ödəmişdir. Müqavilənin şərtlərində biri satıcı Cavabdeh xx.xx.2024-cü il tarixinədək evin qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Lakin bü günə kimi cavabdeh nə evi təhvil verir, nə də evdən qeydiyyatdan çıxmır. Cavabdehə dəfələrlə etdiyi qanuna zidd hərəkətlərinə son qoyulmasını tələb etmişdir. Lakin Cavabdeh etdiyi müraciətlərə əhəmiyyət verməmişdir. Qanuna zidd hərəkətlərini davam etdirmiş və hal-hazırda da davam etdirir. Cavabdeh ona məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 187.2 kv\m, yaşayış sahəsi 51.1kv\m, yardımçı sahəsi 136.1kv\m olan 3 otaqlı fərdi yaşayış evini və 0.0463 ha torpaq sahəsində çıxmır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi Cavabdeh çatdırılmasına baxmayarq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehi məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək işə cavabdehin iştirakı olmadan baxmağı mümkün saymışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 02 sentyabr 2024-cü il tarixli Daşınmaz əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh alıcı İddiaçı əvəzinə X2 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 187.2 kv\m, yaşayış sahəsi 51.1kv\m, yardımçı sahəsi 136.1kv\m olan 3 otaqlı fərdi yaşayış evini 75000 manat satmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran şəhəri,İsmət Qayıbov küçəsi,ev 42 ünvanda yerləşən 187.20 ha torpaq sahəsində olan0.0463 kvm sahəsi olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixıi qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün isə 100 manat dövlət rüsumu, ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixıi ödəniş qəbzindən görünür ki, hüquqi yardımın göstərilməsinə görə hesaba 320 manat ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışında müəyyən edilmişdir ki, 02 sentyabr 2024-cü il tarixli Daşınmaz əmlakın Alqı-Satqı Müqaviləyə əsasən satıcı Cavabdeh alıcı İddiaçın 75000 manata mübahisə predmeti olan evi satmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın çıxarışına əsasən ünvan 3 ünvanda yerləşən 187.20 ha torpaq sahəsində olan0.0463 kvm sahəsi olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. Göründüyü kimi, hazırda mübahisə mövzusu olan mənzil iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə görə, Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə, yuxardıa göstərilən normalara, habelə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, eləcə də cavabdehlə iddiaçı arasında hər hansı razılaşmanın (Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə nəzərdə tutulmuş razılaşma) olmamasnı hesab edir ki, iddia ərizəsi tam təmin edilərək cavabdeh mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda (İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİİ hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması təsbit edilmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 100 manat dövlət rüsumu, hüquqi yarıdıma görə ödənilmiş 350 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Bayraməli qızının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 187.2 kv\m, yaşayış sahəsi 51.1kv\m, yardımçı sahəsi 136.1kv\m olan 3 otaqlı fərdi yaşayış evindən və 0.0463 ha torpaq sahəsindən çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu, hüquqi yarıdıma görə ödənilmiş 350 manat Cavabdeh tutularaq İddiaçı Həəsn qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar