Məhkəmə qərarları › İş №2(049)-37/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-37/2023

12.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-37/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qızına qarşı «birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qızına qarşı «birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi» tələbi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qızı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 qızına qarşı «birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar