Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-378/2024 20.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6, iddiaçı: İddiaçı, cavabdehin nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” X2 X8 İdarəsi və Lənkəran Rayon Qaz İstimar İdarəsinin Masallı Rayon Şöbəsinə qarşı «işdən azad edilməyi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və işə bərpa» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran X8ı İdarəsinin xx.xx.2023-ci il tarixli əmrin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və sözügedən işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1 oktyabr 1960-cı ildə Masallı rayonunda doğulmuşdur. Orta təhsillidir, uzun illərdir ki, Masallı rayonu Qaz istismar idarəsində qaz avadanlıqlarını istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyir. İşlədiyi dövrdə heç bir iradı və töhməti olmamışdır. Lakin sonradan cavabdeh təşkilat Lənkəran Rayon Qaz İstismar İdarəsinin rəisi digər cavabdeh Masallı rayonu Qaz istismar idarəsinin səlahiyyəti şəxsin əsasız təqdim etdiyi sənədlər əsasında onu 03 iyul 2023-cü ildə işdən azad etmişlər. Halbuki o işinin öhdəsindən layiqincə gəlmiş onun barəsində heç bir şikayət və irad idarəyə son vaxtlara qədər daxil olmamışdır. Lakin cavabdeh təşkilat onu işdən çıxarılan vaxtı iddiaçı ilə söhbət aparmamış və əvvəlcədən planlı şəkildə onun hüquq və vəzifələrini izah etmədən onu işdən azad etmişdir. Bundan əlavə cavabdeh təşkilatın rəhbəri heç bir iclas çağırmadan onu işdən azad etməsinə qanunsuz olaraq nail olmuşdur. Ona görədə sözü gedən əmr ləğv edilməli, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqı tələbi təmin edilməsini, bundan başqa Əfqanıstan Müharibəsinin iştirakçısıdır və buna görə dövlət tərəfindən ona müavinət verilir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun işdən çıxarılması tamamilə qanunsuzdur, o, tam sağlamdır. 2004-cü il tarixdən Masallı rayonu Qaz istismar idarəsində çilingər vəzifəsində işləmiş və vəzifədə irəli də çəkilmişdir. İşdən çıxarıldığı 03 iyul 2023-cü il tarixədək rəsmi olaraq işdə olmuş və 2023-cü ilin iyun ayının əmək haqqını almışdır. Onun işdən çıxarılması tamamilə qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak eddən cavabdehin nümayəndəsi Nümayəndə iddianın əsassız olduğunu bildirib göstərdi ki, İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli 242 nömrəli müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirməməsinə görə Lənkəran RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-10/3-1K-152/2023 nömrəli əmri ilə xitam verilmişdir. İddiaçı işə qəbul olunarkən kağız üzərində müayinə aktı təqdim etmişdir. Həmin aktda əlilliyi olan şəxsin əmək qabiliyyətsiz olması ilə yanaşı onun müəyyən şəraitdə əmək funksiyalarını icra edə bilməsinin mümkünlüyü barədə qeydlər aparılmışdır. Bu o zaman həyata keçirilmişdir ki, həmin dövrdə www.egov.az E-hökümət portalı mövcud olmamışdır. Eyni zamanda həmin portal üzrə məsələləri də tənzimləyən normalar qanunvericiliyə daxil edilməmişdir. Bu səbəbdən işçinin əmək qabiliyyətsizliyi ilə bağlı kağız üzərindəki məlumatlar əsas götürülərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilməmişdir. Həmçinin www.e-gov.az Ehökümət portalı yaradılarkən oraya daxil edilməli olan çoxsaylı məlumatlar mərhələləri şəkildə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları adlı 74-cü maddəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən asılı olmayan hal kimi əmək müqaviləsinə xitam verilə bilər. Başqa sözlə, işçinin əmək qabiliyyətsizliyi və bununla əsaqədar əmək funksiyasını yerinə yetirə bilmədiyi ayrı-ayrılıqda araşdırılmalıdır. Bunu necə etmisiniz ki, bu qərarınız işçi ilə bağlanmış əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayan hal kimi xitam verməyə səbəb olmuşdur? -- Məgər işləyən əlilliyi olan şəxslərin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar barədə rəy verilməsi işəgötürən tərəfindənmi yoxlanılmalıdır? Əlbəttə ki, xeyr. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.12-ci hissəsinə əsasən işləyən əlilliyi olan şəxslərin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar barədə Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən rəy verilməsini təmin etmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.8.-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları“nın 2.1.7ci bəndinə əsasən əmək fəaliyyəti bacarığı insanın həyat fəaliyyətinin əsas kateqoriyalarına aiddir. Həmin meyarların 2.2.7- ci bəndinə əsasən isə əmək fəaliyyəti bacarığı işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığıdır: İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı; İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı; İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyası əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi halları müəyyən edərsə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”nun 21.3cü bəndin əsasən əlilliyi olan işçi ilə əmək müqaviləsinə xitam verilməsinə yol verilir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin müddəalarını rəhbər tutaraq İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış əmək kitabçasından görünür ki İddiaçı xx.xx.2004-cu il tarixdə X11 İdarəsinin qəza dispetçer xidmətində çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə X11 İdarəsinin QQX-nin qəza bərpa üzrə çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdə başqa işçəgötürənlə müqavilə bağlanması ilə bağlı işdən azad edilmiş, xx.xx.2015-ci il tarixdə X11 İdarəsinin təmir bərpa xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə sturuktur dəyişikliyi ilə əlaqədar X11 İdarəsinin qəza dispetçer xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzər çilingər peşəsinə keçirilmişdir. 03.07.202-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1ci hissəsinin “c” bəndinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirməməsinə görə işlədiyi peşədən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Azəriqaz” X2 X8 idarəsinin rəisi X4 imzaladığı 03 iyul 2023-cü il tarixli, 14-2-2-10/3-1K-152/2023 saylı Əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 16 dekabr 2003-cü il tarixdən İddiaçı xroniki aktiv hepatit sirroz əlaməti ilə Xr xolesistit tez-tez kəskinləşmə ilə Xr qastrit. Xr kolit. həzm funksiyasının pozulması ilə. Boyun və döş fəqərələrinin pstexondrozu kökcük ağrıları sindromu diaqnozu qoyulmuş, xərbi xidmət vəzifələrinin yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlil olmaqla əmək qabiliyyətsiz hesab edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənmin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəlləni 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 74-cü maddəsində isə əmək müqaviləsinin tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsin xitam verilməsinin əsasları qeyd olunmuşdur. Belə ki, həmin maddəyə əsasən a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. 1-2. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir.
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin maddənin Qeyd hissəssində göstərilir ki, Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iyirmi dörd ilə yaxın müddətdə eyni yerdə, yəni Lənkəran X8 İdarəsinin Masallı Rayon Qaz İstismar Sahəsində işləmiş, əmək kitabçasına əsasən müxtəlif vaxtalarda (xx.xx.2009, xx.xx.2010, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2021-ci il tarixlərdə) onunla əmək müqavilələri bağlanmaqla vəzifədə irəli çəkilmiş, vəzifəsi dəyişdirilmiş, başqa işəgötürənlə müqavilə bağlamışdır. Məhkəmə iclasında həmçinin o, da müəyyən edildi ki, iddiaçı son günə qədər, yəni xx.xx.2023-cü il tarixədək işdə olmaqla vəzifələrini icra etmiş, iyun ayının əmək haqqını almışdır. Eləcə də, bu hal məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının işdən çıxarılmasının əsası kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında qeyd edilmiş “əmək qabiliyyətsizdir” göstərilməsini qeyd etmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir ki, həmin maddədə konkret olaraq göstərilir ki, “qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə” əmək müqaviləsinə xitam verilir. Hazıkı halda isə iddiaçının əmək funksiyasının yerinə yetirilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı işlədiyi təşkilatda 24 ilə yaxın müddətdə demək olarki eyni vəzifəni yerinə yetirməkıə çilingər peşəsində çalışmış, əmək funksiyasıının yerinə yetirilməməsinə, düzgün yerinə yetirilməməsinə və bu kimi digər hallara görə əmək intizamı qaydasında hər hansı töhmət, irad almamışdır. Hətta ididaçı işlədiyi vəzifədən daha da irəli çəkilərək 5-ci dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir. Məhkəmə hesab edir ki, əmək funksiyaslarını son günədək yerinə yetirən bir şəxs barəsində Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassızdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatla bağlı qeyd edir ki, həmin məlumatda şəxsə qoyulmuş diaqnoz və əmək zəmanətinin tarixi xx.xx.2003-cü il tarixdir, yəni şəxs işə qəbul edilməmişdən əvvəl artıq bu diaqnoza malik idi və bu diaqnozla 24 ilə yaxın müddətdə vəzifələrini icra etmişdir. Bu qədər uzun müddətdən sonra şəxs barəsində 21 il əvvəl qoyulmuş diaqnoza əsaslanaraq artqı həmin vəzifədə kifayət qədər uzun müddət işləmiş şəxsin əmək müqaviləsinə xitam verilməsi tamamiləö ağlabatan olmamaqla yanaşı işçinin hüquqlarının kobud şəkildə pozulmasıdır. Məhkəmə, bu mövqeyə gələrkən qanunvericiliyin müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əksər hüquqlara münasibətdə olduğu kimi, əmək hüququ da mütləq və məhdudlaşdırılmaya məruz qala bilməyən hüquq kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair” 2005-ci il 21 oktyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətə sədd qoymaq məqsədinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən cavabdeh X3 Lənkəran X8 İdarəsi tərəfindən əmək qanunvericiliyinin tələbləri və şərtləri pozulmuş, iddiaçının işdən azad edilməsi qanunsuz və əsassız olmuşdur. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh Lənkəran X8ı İdarəsinin X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14- 2-2-10/3-1K-152/2023 saylı əmr etibarsız hesab edilsin, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən əmək haqqının ştat cədvəlinə əsasən hesablanıb İddiaçı ödənilməklə Məmmədov X5 X8ı İdarəsinin Masallı rayonu üzrə Qaz istismar idarəsində qaz avadanlıqlarını istismarı və təmiri üzrə çilingər vəzifəsiə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Murad Aslanov