Məhkəmə qərarları › İş №2(049)-3816/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3816/2024

21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3816/2024 21.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - Ərizəçi hüquqi faktın müəyyən edilməsinə tələbinə dair ərizəsinə Lənkəran şəhərində baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon İnkubator Stansiyasında və xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon Heyvandarlıq Kompleksində işlədiyi illərin fakt kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinın ərizəsini nəzərdən keçirərək müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsi ilə müəyyən olunmuş qaydalara riayət edilmədən verilmişdir. Belə ki, MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən isə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçinin ərizəsinə əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, ərizəcixx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran rayon İnkubator Stansiyasında baş zootexnik vəzifəsində işləmişdir. Lakin işə girmə ayına düzəliş edildiyi üçün maraqlı şəxs ona pensiya təyin etməkdən imtina etmişdir. Göründüyü kimi, pensiyanın təyin edilməməsi üçün səbəblərdən bir məhz əmək kitabçasında qeyd olunmuş işə girmə ayına düzəliş edilməsidir. Belə olan halda ilk əvvəl, ərizəçi Lənkəran rayon İnkubator Stansiyasına müraciət etməli (Lənkəran rayon İnkubator Stansiyası fəaliyyət göstərmədiyi halda isə, onun hüquqi varisinə müraciət etməli), onlardan əmək kitabşasına “düzəlişə inanmalı” yazısını yazdırmaqla onu möhürlə təsdiqləməli, bundan sonra əmək kitabçasını maraqlı şəxsə təqdim etməlidir. Lənkəran rayon İnkubator Stansiyası və ya onun hüquqi varisi bunu etməkdən imtina etdikdə, bu barədə yazılı şəkildə əsaslandırımış imtina alınmalı, həmin imtina əsassızdırsa, ondan Şirvan İnzibati Məhkəməsinə şikayət verilməlidir. Yox əyər imtina əsaslıdırsa, həmin imtinanı ərizəsinə əlavə etməklə indiki kimi, ümumi məhkəməyə ərizə ilə müraciət etməlidir. Ola bilər ki, İnkubator Stansiyasın fəaliyyətini dayandırmış və onun hüquqi varisi yoxdur. Belə olan halda ərizəçi İnkubator Stansiyasın və onun hüquqi varisinin olmamasını təqsdiq edən arayışı ərizəsinə əlavə etməlidir. Göründüyü kimi, ərizəçi qanunla nəzərdə tutulmuş bütün tədbirləri görməmişdir. Hesab edirəm ki, Ərizəçi qanunla nəzərdə tutulmuş bütün tədbirləri gördüyünü təsdiq edən sübutunu ərizəsinə əlavə etmədiyindən, bu hal ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş və onun qaytarılmasının son günü - xx.xx.2024-cü il tarix qeyri-iş gününə düşdüyündən, ərizə ondan sonrakı iş günüxx.xx.2024-cü il tarixdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 15413 nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizəsi qaytarıldığına görə onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Ərizəçinın hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər qərardad qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılsın. Ərizəçi izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli 15413 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadan rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar