Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3889/2024 02.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalzadə Gülnar Şakir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2840 manat məbləğində pulun 198,80 manat məbləğində icra ödənişinin və 50,40 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Rabitəbank” ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış 26.10.201-ci il tarixli, RBLF-10773_RES1 saylı kredit müqaviləsinə əsasən illik 24% dərəcəsi ilə olmaqla, 36 ay müddətinə 2370 manat məbləğində cavabdehə kredit verilmişdir. Bundan başqa, “Rabitəbank ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış 26.10.201-ci ıl tarixli RBLF-10773_RES1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə onunla "xxxx" ASC-nin Lənkəran filialı arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Onunla "xxxx" ASC nin Lənkəran filialı arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış 26.10.201-ci il tarixli. RBLF-10773_RES1 saylı kredit müqaviləsinə görə birfə məsuliyyət daşıyır. "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh oglı, arasında bağlanmış 26.10.201-ci il tarixli, RBLF-10773_RES1 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit müqaviləsi üzrə borcunu tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Buna görə də "xxxx" ASC Lənkəran rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh və ondan 2230,56 manat əsas, 329,44 manat faiz, 356,40 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdiyindən, Lənkəran rayon məhkəməsinin xx.xx.2016-cı ıl tarixli, 2(049)-12150/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilərək. Cavabdeh və məndən 2230,56 manat əsas, 329,44 manat faiz, 250 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "Rabitəbank ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Lənkəran rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-12150/2016 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Lənkəran rayon icra və Probasiya şöbəsinə göndərilmiş Lənkəran rayon icra və Probasiya şöbəsi tərəfindən görülmüş məcburi icra tədbirlər həyata keçirilsə də, Cavabdeh borcu ödəməkdən boyun qaçırmış və icra sənədini icra etməmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsi Cavabdeh ilə birgə onunda barəmdə məcburi icra tədbirləri gördüyündən məcbur qalıb Lənkəran rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-12150/2016 saylı qətnaməsi üzrə qalıq 2230,56 manat əsas, 329,44 manat faiz. 250 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu borcu olmaqla, ümumikdə 2840 manat borcu tam olaraq ödəniş etmiş. Bundan başqa, Lənkəran rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-12150/2016 saylı qətnaməsi tam icra olunduğundan “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən qətnamə uzrə tutulmalı olan pul məbləğinin 7 faizi həcmində, yəni 198,80 manat məbləğində icra ödənişini də Lənkəran rayon İcra və Probasiya şöbəsinin hesabına ödəmiş, həmçinin məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən tərəfimdən dövlət hesabına 50,40 manat məbləğində məhkəmə rüsumu da ödəmiş. Odur ki, "xxxx" ASC-nin Lənkəran filialına ödədiyi 2840 manat məbləğində kredit borcunun 198. 80 manat məbləğində icra ödənişinin və 50,40 manat məbləğində məhkəmə rusumunun Cavabdeh tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin 2(049-12150/2016 nömrəli 19 dekabr 2016-ci il tarixli məhkəmə əmrindən görünür ki, həmin məhkəmə əmri ilə borclular Cavabdchlər Cavabdeh və İddiaçı müştərək qaydada 26 oktyabr 2015-ci il tarixli RBLF-1O773_RES1 №-li kredit müqaviləsi üzrə əsas borc üzrə 2230,56 manat, faiz borcu üzrə 329,44 manat və cərimə borcu üzrə 250 manat, cəmi 2810,00 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-n xeyrinə ödənilməsi qərara alınmışdır. NR 08102401 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh əvəzinə "xxxx" ASC-nə 2.840 manat məbləğində kredit ödənişi etmişdir. 19526 nömrəli xx.xx.2024-cü il yatixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən “KapitalBank” vasitəsilə Lənkəran rayon İcra və Probasiya Şöbəsinin bank hesabına 198,80 manat məbləğində icra ödənişi etmişdir. 17945 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən “KapitalBank” vasitəsilə hazırki iddia tələbi üzrə 50 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır Həmin Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 3.038,8 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,40 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3.038,8 (üç min otuz səkkiz manat səksən qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,40 (əlli manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3889/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3889/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver