Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-389/2025 30.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “xx.xx.2024-cü il tarixli bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və 72-ci maddəsinə əsasən xitam verilməsi barədə 411 saylı əmrinin ləğv olunması, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxış iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “xx.xx.2024-cü il tarixli bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və 72-ci maddəsinə əsasən xitam verilməsi barədə 411 saylı əmrinin ləğv olunması, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda qeyd edilən mülki işə Ləkəran Rayon Məhkəməsində baxılan zaman İddiaçı işə bərpadan və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbindən imtina etmiş və xahiş etmişdir ki, xx.xx.2024-cü il tarixli onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və 72-ci maddəsinə əsasən xitam verilməsi barədə 411 saylı əmrinin ləğv olunsun və bu barədə cavabdehin nümayəndəsi ilə razılığa gəlmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 ilə razılığa gəldiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə yazılı ərizə təqdim edərək razılıq əldə olunduğundan iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.3 və 260.6cı maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə və MPM-nin 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “xx.xx.2024-cü il tarixli bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və 72-ci maddəsinə əsasən xitam verilməsi barədə 411 saylı əmrinin ləğv olunması, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-389/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-389/2025
30.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver