Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-39/2025 04.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas karibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan ev və torpaq sahəsinin naturada bölünməsi və ödədiyi dövlət rüsumu tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : TƏSVİRİ HİSSƏ: İddiaçı, Cavabdeh qarşı iddia verərək qeydiyyat tarixi xx.xx.2024, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********19-10301 olan, daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində dövlət qeydiyyatına alınmış Çıxarış və Texniki Pasport əsasında onun, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,18 ha torpaq sahəsinin 5/12 hissəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 186.7 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsinin naturada ayrılıb bölgüsünün aparılması və ödədiyim 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələblərini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,18 ha. torpaq sahəsinin 5/12 - hissəsi və həmin torpaq sahəsinin üzərindəki, iki mərtəbəli, üç otaqlı, ümumi yaşayış sahəsi 186,70 kv.m., yaşayış sahəsi 60,50 kv.m., köməkçi sahəsi 126,20 kv.m. olan olan fərdi yaşayış evinin 1/3 - hissəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publilc hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi (Bundan sonra DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) tərəfindən müvafiq Çıxarış və Texniki pasport əsasında xüsusi mülkiyyətinə verilmişdir. Lakin, mülkiyyətində olan torpaq sahəsinin 5/12 - hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin 1/3 - hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Yəni evin yerləşdiyi torpaq sahəsi üzərində də, tərəflər arasında mübahisə mövcuddur. Belə ki, evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsi ümumi paylı mülkiyyətdə olmaqla onun, cavabdehin və digər şəxsin mülkiyyəıtindədir. Odur ki, fərdi yaşayış evinin 2/3 hissəsi və torpaq sahəsinin 4/12 hissəsi açıq saxlanılmışdır. Hazırda evin yerləşdiyi həyətyanı torpaq sahəsinin o, iddiaçıya məxsus olan 5/12 hissəsinin natura qaydasında bölgüsü aparılımalı və natura qaydasında ayrılan torpaq sahəsini təcrid edən daş hasarın inşa edilməsi barədə də iddia qaldırmaq məcburiyyətindədir. Cavabdeh hal hazırda həmin mübahisələndirilən Lənkəran rayonu, Bürcəli kəndi ünvamndakı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş evdə yaşamaqda davam edir. Zəbt etdiyi yaşayış və torpaq sahəsinin boşaldılmasından ötrü etdiyi xahiş və tələblərinin heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını təkid etmişdir. Məhkəmə iddiaçının gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, ekspert rəyi ilə razılaşaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində müstəqil tələb irəli süməyən 3-cü şəxs X2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin 18 sentyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında izahat verərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh atadan doğma, anadan ögey bacı və qardaşdırlar. O, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,18 ha torpaq sahəsindəki və həmin torpaq sahəsində yerləşən evdəki paylarından qardaşı Nizaminin xeyrinə imtina edir. Özü faktiki olaraq həmin torpaq sahəsi və evdən istifadə etmir. Bundan sonra məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar tərəflərin paylı mülkiyyətlərində olan evin naturada bölünməsinin mümkün olub-olmaması barədə məhkəməyə ekspert rəyi verilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10/8061 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə olaraq, tərtib edilmə tarixi xx.xx.2024-cü il olan “Fərdi yaşayış evi”nin Texniki Pasportunda və sonuncu qeydiyyat tarixi xx.xx.2024- cü il tarix olan ƏMDX DƏDK və RPHŞ-n “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışda göstərilmiş, tərəflərin paylı mülkiyyətlərində olan, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin İddiaçı münasibətdə, müvafiq olaraq 1/3 və 5/12, Cavabdeh münasibətdə müvafiq olaraq 1/3 və 5/12 və X2 münasibətdə, müvafiq olaraq 1/3 və 2/12 hissədə olmaqla təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). Məhkəmə araşdırması zamanı işdə iştirak edən cavabdehin izahatı, həmçinin iş materiallarına əlavə edilmiş qeydiyyat tarixləri xx.xx.2024 və xx.xx.2024-cü il olan ƏMDX DƏDK və RPHŞ-n “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış, xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********19-10301 olan “Texniki Pasportu” ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin, müvafiq olaraq 1/3 və 5/12 hissəsi İddiaçı, müvafiq olaraq 1/3 və 5/12 hissəsi Cavabdehb və müvafiq olaraq 1/3 və 2/12 hissəsi isə X1 olmaqla, həmin şəxslərin paylı mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair müvafiq orqan tərəfindən mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. Hazırda iddiaçı həmin evin və torpaq sahəsinin onun payına düşən hissəsinin natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi paylı mülkiyyətdə olan evin 1/3, torpaq sahəsinin isə 5/12 hissəsinin hazırki vəziyyətdə onun özünün xüsusi mülkiyyətində olduğunu bildirir, bununla bağlı onun, cavabdehin və 3-cü şəxsin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və evlə torpaq sahəsinin natura qaydasında bölünməsi ilə razı olmadıqlarını bildirir. 3-cü şəxs X3 isə 0,18 ha torpaq sahəsindəki və həmin torpaq sahəsində yerləşən evdəki paylarından cavabdehin xeyrinə imtina etdiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehin izahatını dinləyib, ekspertiza rəyini nəzərə alaraq mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçiləri arasında paylarının ayrılması barədə razılaşma əldə olunmamış, həmin ev və torpaq sahəsinin tərəflər arasında paylarına uyğun şəklində bölünməsi texniki cəhətdən mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ekspert rəyi verilməsi zərurətinin mübahisə predmetinə aid olan ev və torpoaq sahəsinin naturada bölünərək ayrılmasının mümkünlüyü ilə əlaqədar yarandığını, iddia tələbinin təmin edilmədiyini, habelə işin digər faktiki hallarını nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərcinin iddiaçıya aid edilməsini və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilməsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(049)-39/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-39/2025
04.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver