Məhkəmə qərarları › İş №2(049)-397/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-397/2025

13.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-397/2025 13.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı birgə mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat tarixi: xx.xx.2024, Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********98-10301) əsasən Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşməklə ümumi birgə mülkiyyətdə olan 0,11 ha torpaq sahəsinə paylı mülkiyyətin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, (İddiaçı1) digər iddiaçı Həsənova (Nəhmətova) Fərxəndə Güləli qızı onun həyat yoldaşı, Cavabdeh isə xx.xx.2016-cı il tarixdə vəfat etmiş oğlu X2 həyat yoldaşıdır. Vüsal Həsənovun vəfatından sonra 2020-ci ildən etibarən cavabdehlə aralarında bir neçə dəfə fərqli mübahisələrlə (cehiz əmlakının evdən çıxarılması, çıxarışın etibarsızlığı və s.) bağlı məhkəmə çəkişmələri olmuşdur. Azərbaycan Respublikası ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat tarixi: xx.xx.2024, Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********98-10301) əsasən Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi (təyinatı yaşayış məntəqələrinin torpaqları) ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehin məhrum həyat yoldaş (xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4) və onalarla birlikdə 3 şəxsə məxsusdur. Hal-hazırda həmin 0,11 ha torpaq sahəsi ilə bağlı mərhum X2 həyat yoldaşı, yəni onun vərəsəsi iş üzrə Cavabdeh ilə aralarında mübahisə vardır. Belə ki, iddiaçılar mülkiyyətçi olaraq sözügedən torpaq sahəsini nə sata, nə də ki, istədikləri kimi təyinatına uyğun istifadə edə bilirlər. Bu səbəbdən də həmin mübahisəyə son qoymaq məqsədilə ümumi birgə mülkiyyətdə olan 0,11 ha torpaq sahəsinə paylı mülkiyyətin müəyyənləşdirilməsi zərurəti yarandığından müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar İddiaçı1 və X5 iddia tələbini müdafiə etdiklərini bildirdilər və məhkəmə iclasında ayrı-ayrılıqda həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş sənədlər: 28 noyabr 2024-cü il tarixli 3594 nömrəli arayışdan görünür ki, X4 31 mart 2016-cı il tarixdə ölmüşdür. Əmlak Məsələlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən verilmiş xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi (Təyinatı: yaşayış məntəqələrinin torpaqları) ümumi birgə mülkiyyət hüququ üzrə X4, İddiaçı1 və Nəhmətova (hazırki iddiaçı Həsənova) Fərxəndə Güləli qızına məxsusdur. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib izahatları dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə hazırki iddia tələbinin əsasları ilə əlaqədar qeyd edir ki, 0,11 hektar həyətyanı torpaq sahəsinə dair hazırki vəziyyətdə cavabdehin adına hələ mülkiyyət sənədinin olması müəyyən edilməsə də, qeyd olunan torpaq sahəsi iddiaçılar və cavadehin mərhum həyat yoldaşının birgə mülkiyyətindədir. Cavabdehin istənilən vaxt həmin torpaq sahəsinə dair öz adına qanun üzrə vərəsə kimi mülkiyyət sənədi əldə etmək imkanları vardır və bu baxımdan hesab edilir ki, onun 0,11 hektar həyətyanı torpaq sahəsinə münasibətdə gözlənilən mülkiyyət hüquqları mövcuddur. Hazırki vəziyyətdə 0,11 hektar həyətyanı torpaq sahəsində tələrəflərin payının məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Paylı mülkiyyət 3 nəfərə məxsus olduğundan həmin torpaq sahəsində iddiaçıların və mərhum X2 hər birinin 1/3 hissədə olmaqla, 0,036 hektardan ibarət payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. Lənkəran rayonunun, Aşağı Nüvədi qəsəbəsində yerləşən, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən verilmiş xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli, ümumi birgə mülkiyyətdə olan 0,11 hektar həyətyanı torpaq sahəsində iddiaçılar İddiaçı1 və Nəhmətova (hazırki iddiaçı Həsənova) Fərxəndə Güləli qızı və mərhum X2 hər birinin 1/3 hissə - 0,036 hektardan ibarət payı müəyyən edilsin. İddiaçı1 məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat məbləğdə dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar