Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3972/2024 30.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - İddiaçı Cavabdeh qarşı qızının cehiz əmlakının tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 29 oktyabr 2024-cü il tarixdə baxaraq, müəyyən etdim : İddiaçı Cavabdeh qarşı qızının cehiz əmlakının tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində tələb etdiyi əmlakı ayrı-ayrılıqda, sonda isə cəm olaraq qiymətləndirməmişdir. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı qərarın 9.2-ci maddəsinə əsasən əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Əmlak qiymətyləndirilmədiyi üçün, ödənilməli dövlət rüsumunun məbləğini dəqiq müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin, yuxarıda qeyd edildiyi kimi iddiaçı iddia predmetinin qiymətini göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçının məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçı iddia predmetinin qiymətini göstərmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 496 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu ona qaytarılmalıdır. O da qeyd edilməlidir ki, iddiaçının mərhum qızının vərəsəsi kimi qızının əmlakının tələb etməsi üçün sübyektiv hüququnun olmasını təsdiqləyən vərəsəlik haqqında şəhadətnamənin iddia ərizəsinə əlavə edilməsi zəruridir. Çünki, onun qızının vərəsələri onunla bərabər varsa - əri, kürəkəni, varsa mərhum qızının uşaqları hesab edilirlər. Nöqsanları aradan qaldırıb yenidən iddia verdiyi təqdirdə, kürəkənini cavabdeh qismində göstərməklə bərabər, varsa öz ərini və mərhum qızının uşaqlarının qanuni nümayəndələrini də müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində iddia ərizəsində göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçınin Cavabdeh qarşı qızının cehiz əmlakının tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün xx.xx.2024-cü il tarixli 496 nömrəli qəbzlə ödədiyi 50 manat dövlət rüsumu ona qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(049)-3972/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3972/2024
30.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver