Məhkəmə qərarları › İş №2(049)-3989/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3989/2023

23.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3989/2023 23.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı «mülkiyyətlərində olan torpaq sahəsinin boşadılması, özbaşına tikilmiş tikilinin və hasarın torpaq sahələrindən sökülməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, onun və mərhum həyat yoldaşı X1 mülkiyyətində olan JN156F KOD 80205018 saylı Torpaq şəhadətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 özbaşına tikdirdiyi maşın qaraj və hasarın sökülməsinə, Lənkəran rayon məhkəməsinə qaldırdığı iddia tələbi üçün 101 manat dövlət rüsumunun ona verilməsi eləcə də cavabdehin mülkiyyətinə qarşı etdikləri maneələr aradan qaldırılsın, həmçinin JN-368 KOD 80205005 torpağa mülkiyyət hüququna dair dövlət aktı o, İddiaçı2 və övladlarının mülkiyyətində olduğu üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 icazəsiz istifadələrindən alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd olunan hüquq norması hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, iddia istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsinin özündə göstərməmişdir. Halbuki, MPM-nin 149.2.3-cü maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperartiv şəkildə müəyyən olunmuşdur. Digər tərəfdən iddia ərizəsinin sonunda iddiaçı JN156F KOD 80205018 saylı Torpaq şəhadətnaməsinə istinad etsə də iddia ərizəsinə JN368 KOD 80205005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətini əlavə etmişdir. MPM-nin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbi baxımından hesab edirəm ki, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.2, 152.3, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı «mülkiyyətlərində olan torpaq sahəsinin boşadılması, özbaşına tikilmiş tikilinin və hasarın torpaq sahələrindən sökülməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat İddiaçı1 və İddiaçı2 geri qaytarılsın. İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar