Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3999/2023 27.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh X3 qarşı mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında 27 oktyabr 2023-cü il tarixdə nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı cavabdeh X3 qarşı mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi vermişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. 1.Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir. İddiaçı cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən FİN kodunu göstərməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 2.İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Belə ki, iddiaçı ya iddia ərizəsində məhkəməyə təqdim edəcəyi sübutlarının olmadığını göstərməli və ya iddia ərizəsinin əsaslandırıcı hissəsində (içərisində) göstərməlidir ki, “mən iddia tələbimi aşağıdakı sübutlarla sübuta yetirirəm: (məsələn)
1. Filan qəbzlə, filan şəhadətnamə, qətnamə ilə;
2. Filan aktla və s.
3. Məhkəməyə dəvət edəcəyim filan şahidlə və s.” Həmin sübutların siyahısının göstərilməsində məqsəd, cavabdehlər tərəfindən iddia etiraf edildiyi təqdirdə, qısa bir zaman kəsiyində iddiaya yekun vurmaqdır. Çünki, cavabdeh sübutların siyahını gördüyü halda, ona qarşı qoyulmuş suallara cavab olaraq iddiaya etiraz etməyib onu qəbul edə bilər. Bu hal öz əksini MPM-nin 154-cü maddəsində tapmışdır. Belə ki, MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2. İddiaya etirazda aşağıdakılar göstərilməlidir:... 154.2.3. iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə; 154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; 154.2.5. istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı. 3.Onu da qeyd edim ki, İddiaçı iddia ərizəsində ona qoşulan sənədlərin siyahısını da göstərməmişdir. Halbuki, MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-nin 149.2.5-ci maddəsindən fərqli olaraq MPM-nin 149.2.3-cü maddəsinin tələbi ondan ibarətdir ki, iddia ərizəsinin özündə (mətnində, əsaslandırılcı hissəsində) iddiaçının istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməlidir. İddia ərizəsinə bir sıra sənədlər əlavə edilə bilər. Lakin, iddiaçı öz iddia ərizəsində konkret olaraq həmin sənədlərdən hansıların sübut olduğunu göstərməlidir. Onu da qeyd edim ki, MPM-nin 149.2.3-cü maddəsi də imperativ normadır və həmin maddənin tələblərinin də tam icrası mütləqdir.
4. İddiaçı iddia ərizəsində dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır.
5. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb tələb göstərilməlidir. İddiaçı ərizəsində tələbi konkret deyildir. Yəni, konkret olaraq nə tələb etdiyini müəyyən etmək olmur. Məsələn, “Babayev Fərhad və onun ailə üzvlərinə verilmiş pay torpağı ona tanıdılsın” tələbini qoymaqla iddiaçının nə istədiyini müəyyən etmək olmur. Bundan əlavə onun cümlə qurulaşlarında da qüsurlar vardır. Belə ki, o, “qanunzuz”??? zəbt olunmuş torpaq sahəsinin azad edilməsini xahiş edir. “Qanuni” zəbt olmur. Zəbt həmişə qanunsuz olur. Buna görə də “qanunsuz” sözünü xüsusi vurğulamağa ehtiyac yoxdur. İddia ərizəsi sadə və tələb konkret olmalıdır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən əsaslara görə hazırki vəziyyətdə iddia ərizəsinin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması mümkün deyildir. Ona görə də iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa tam şəkildə riayət edilmədiyindən hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qərardadın təsviri hissəsində göstərilənlər həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh X3 qarşı mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qərardad qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.
X4