Məhkəmə qərarları › İş №2(049)-4059/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4059/2025

31.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4059/2025 31.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – MN Salyan rayon Mənzil-İstismar hissəsinin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: MN Salyan rayon Mənzil-İstismar hissəsi məhkəməyə iddia ərizəsi verərək Cavabdeh Liman-2 hərbi şəhərciyində yerləşən 13 nömrəli mənzildən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun buna imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MN Salyan rayon Mənzil-İstismar hissəsinin məhkəməyə daxil olmuş iddia ərizəsi qanuna uyğun qaydada Mənzil-İstismar hissəsinin möhürü ilə təsdiqlənməmişdir. Beləliklə, MN Salyan rayon Mənzil-İstismar hissəsinin iddia ərizəsi möhürü ilə təsdiqlənmədiyindən, bu hal iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmadığı kimi qəbul edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, MN Salyan rayon Mənzil-İstismar hissəsinə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: MN Salyan rayon Mənzil-İstismar hissəsinin Cavabdeh qarşı verdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar