Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4203/2023 13.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – İddiaçı cavabdeh Lənkəran Rayon İcra Hakimiyyəti və qeyrisinə qarşı xx.xx.1987-ci il tarixli qərarının icrasını öhdəlik olaraq cavabdehin üzərinə qoyulması və s. tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 13 noyabr 2023-cü il tarixdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Lənkəran Rayon İcra Hakimiyyəti və qeyrisinə qarşı xx.xx.1987-ci il tarixli qərarının icrasını öhdəlik olaraq cavabdehin üzərinə qoyulması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 20 aprel 2012-ci il tarixli 329-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək, Azərbaycan Respublikası MPM-nin ikinci bölməsinin ikinci yarımbölməsi qüvvədə olmuşdur. Həmin ikinci bölmənin ikinci yarımbölməsinin 24-cü fəslidəki 285.0.2-ci maddəsində müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə işlərə xüsusi iddia icraatı qaydasında baxılması göstərilmişdir. Lakin, 20 aprel 2012-ci il tarixli 329-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, № 05, maddə 411) ilə ikinci bölmənin ikinci yarımbölməsi bütövlükdə MPM-dən çıxarılmışdır. 20 aprel 2012-ci il tarixli 329-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək ümumi məhkəmələrin müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələrə baxmaq səlahiyyəti olmuşdur. Lakin, həmin Qanun qüvvəyə mindikdən sonra bu növ ərizələrə İnzibati Məhkəmələrədə baxılır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən isə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında məhkəmələrdə baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslərdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən isə Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avgust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanlarının təsnifatından görünür ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları inzibati orqan hesab olunur. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunan təsnifata görə Lənkəran şəhər İcra Hakimiyyəti də inzibati orqandır. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxıla bilməz. İddiaçıya izah olunmalıdır ki, onun Lənkəran Rayon İcra Hakimiyyəti və qeyrisinə qarşı xx.xx.1987-ci il tarixli qərarının icrasını öhdəlik olaraq cavabdehin üzərinə qoyulması və s. tələbinə dair ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 152, 263-264, 268-269-cu maddələrini və 20 aprel 2012-ci il tarixli 329-İVQD nömrəli Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Lənkəran Rayon İcra Hakimiyyəti və qeyrisinə qarşı xx.xx.1987-ci il tarixli qərarının icrasını öhdəlik olaraq cavabdehin üzərinə qoyulması və s. tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Həmin iddia ərizəsinə əlavə olunmuş sənədlər, eləcə də ödənilmiş 100 manat dövlət rüsumu isə qərardad qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılsın. İddiaçıya izah olunsun ki, onun Lənkəran Rayon İcra Hakimiyyəti və qeyrisinə qarşı xx.xx.1987-ci il tarixli qərarının icrasını öhdəlik olaraq cavabdehin üzərinə qoyulması və s. tələbinə dair ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(049)-4203/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4203/2023
13.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver