Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-43/2025 25.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh və 3-cü şəxs X5 iştirakı ilə, X8 işə üçüncü şəxs qismində cəlb edilməklə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətdə olan ev və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh qarşı birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş Çıxarışa əsasən X3, İddiaçı1 və İddiaçı2 ümimi birgə mülkiyyətinə verilmiş 0.021380 ha torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 2/3 hissədə paylarının naturada ayıraraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 10 oktyabr 2024-cü il tarixdə, məhkəmə hazırlıq iclasında İddiaçı1 iddianın həcmini artıraraq torpaq sahəsi ilə bərabər, həmin torpaq sahəsində olan evin də naturada bölgüsünü xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində iddiaçılara lazımi qaydada məlumat verilməsinə baхmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat vеrməmişlər. Məhkəmə оnların gəlməmələrinin səbəbini üzürsüz sayaraq işə оnların iştirakı оlmadan baхılmasını mümkün saymışdır. Məhkəmə iclsında iştirak edən Cavabdeh və 3-cü şəxs X8 ayrı-ayrılıqda iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını istəmədiklərini bildirib iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə cavabdehi və 3-cü şəxsi dinləyib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlıanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığına görə İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, mülki işin məhkəmə araşdırılması ilə əlaqədar tərəflərin paylı mülkiyyətlərində olan evin, eləcə də iddiaçılarla mərhumə X1 paylı mülkiyyətlərində olan toprpaq sahəsinin naturada bölünməsinin mümkün olub-olmaması barədə məhkəməyə ekspert rəyi verilməsi üçün ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinini xx.xx.2025-ci il tarixli 10/9580 nömrəli ekspert rəyi ilə X4 və digərlərinin payli mülkiyyətlərində olan və ünvan 2 ünvanında evinin və torpaq sahəsinin X2 münasibətdə-müvafiq olaraq 1/7 və 1/3, İddiaçı2 münasibətdə-müvafiq olaraq 1/7 və 1/3, İddiaçı1 münasibətdə-müvafiq olaraq 1/7 və 1/3 və Cavabdeh yalnız evin 4/7 hissədə olmaqla təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə iş üzrə ekspert rəyi verilməsi zərurətinin mübahisə predmetinə aid olan ev və torpaq sahəsinin naturada bölünərək ayrılmasının mümkünlüyü ilə əlaqədar yarandığını, iddiaçılar məhkəmə iclasına gəlmədiklərinə görə iddia ərizəsinin baxılmamış saxlanıldığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərcinin iddiaçılara aid edilməli və onlardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: X8 işə üçüncü şəxs qismində cəlb edilməklə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətdə olan ev və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin və onlardan müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(049)-43/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-43/2025
25.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver