Məhkəmə qərarları › İş №2(049)-4368/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4368/2025

18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4368/2025 18.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladları X4 və X11 doğum akt qeydiyyatında qızı Məsməxanım adının “Məsməxanım” soyadını “Hüseynova”, ata qrafasında “X13” ana qrafasında Ərizəçi İsgəndər qızı, Milliyəti “Azərbaycanlı” , doğum yeri “Lənkəran”, doğum tarixi “xx.xx.1999”-cu il və oğlu ad qrafasında “Orxan”, soyadı “Hüseynov”, ata qrafasında “X13” ana qrafasında “Ərizəçi İsgəndər qızı”, milliyəti “Azərbaycanlı”, doğum yeri “Şirvan” doğum tarixi xx.xx.2000-ci il kimi göstərilməsi, doğum faktlarının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamənin verilməsinin Lənkəran və Şirvan rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o X13 ilə 1997-ci ildə qeyr-rəsmi nikaha daxil olub və birlikdə ailə kimi yaşayıblar. Bundan sonra qeyri-rəsmi nikahdan onun 2 övladı - X21 və X5 adında övladları dünyaya gəlmişdir. xx.xx.1999-cu il tarixdə X2 şəhərində dünyaya gəlmişdir. Daha sonra xx.xx.2000-ci il tarixdə oğlu X3 şəhərində dünyaya gəlmişdir. Bundan sonra qeyri rəsmi yoldaşı olan X13 ilə aralarında ciddi mübahisələr olduğunda və yoldaşı həbs olduğundan övladlarını saxlamağa maddi imkanım çatmadı. Ata nənəsi olan Hüseynova Xanımgül övladlarını nənəsi himayəyə götürüb saxlamışdır. Belə olduğu halda övladlarının heç birinə doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi götürülməmişdir. Odur ki, xahiş edir yuxanda qeyd olunanları nəzərə alaraq övladlarının doğum faktını müəyyən edilsin. Məhkəmə baxışında izahat verən Ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, X13 ilə qeyri rəsmi ailə münasibətindən iki övladı X1 rayonunda, X21 isə Şircan şəhərində doğulmuşdur. X20 münasibətləri pozulmuş, o Lənkəran rayonuna qayıtmış, uşaqlar isə Oktay və onun ailəsinin himayəsində olmuş, Oktay sonradan vəfat etmişdir. Özü isə yenidən ailə həyatı qurmuşdur. Bu müddətdə Orxan və Məsməxanım üçün şəxsiyyətlərini təsdiq edəcək hər hansı sənəd əldə edilməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizə göndərərək bildirmişdir ki, məhkəmə prosesləri üst-üstə düşdüyündən iclasda iştirak edə bilmir. Lakin iştirak etdiyi əvvəlki məhkəmə iclasında bütün sübutları məhkəməyə təqdim etdiklərini, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər, şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Şövqiyə Oktayla ailə həyatı qurmuş və onların iki övladı olmuşdur. Oktay vaxtında ailəsinə baxmamış və bu səbəbdən də Şövqiyyə tez-tez onların yaşadığı Lənkəran rayonuna gəlmişdir. 1999-cu il tarixdə Məsməxanım Lənkəran rayonu Cil kəndində qaynı arvadı Sevdagilin evində doğulmuşdur. Doğuşu o və Sevda etmişlər. Sonradan Şövqiyyətin ikinci övladı Orxan doğulmuşdur. Orxan isə Şirvan şəhərində doğulmuşdur. Oktay usta olmuş və onların evində də təmir işləri görmüşdür. Bildiyi qədər Oktay vəfat etmişdir. Məsməxanımı onlar Gülnar adı ilə tanımışlar. Orxan Hüseynovun 2000-ci il tarixdə Şirvan şəhərində doğulmaqla və Məsməxanım Hüseynovanın 1999-cu il tarixdə Lənkəran rayonunda doğulmaqla Şövqiyyə və Oktayın övladları olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, Ərizəçi onun qaynı arvadının bacısıdır. Məsməxanım Hüseynova 1999-cu il tarixdə onların yaşadığı Lənkəran rayonu Cil kəndində onların evində doğulmuşdur. Doğuşu Fikriyyə etmiş, o da həmin zaman evdə olmuşdur. Oktayı da tanıyır. Oktay və Şövqiyyə evli olmuş, Məsməxanım da onların övladıdır. Oktay onların evində təmir işləri görmüşdür. Oktay və Şövqiyyənin ayrılması (ailə münasibətlərinin pozulması), Məsməxanımdan başqa Orxan adlı övladları olmasını da bilmiş, lakin onu görməmişdir. Orxanı televiziya kanallarından birinə çıxıb anasını axtarmasını bilmiş, dayılarının adını çəkdikdə həmin şəxsin Şövqiyyənin oğlu olmasını başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, Orxan və Gülnar (Məsməxanım) onun əmisi uşaqlarıdılar. X22 kimi tanıyıb ona belə xitab etmişlər. Əslən Lənkəran rayonundandırlar. Sonradan valideyinləri Şirvan şəhərinə köçmüşdür. Orxan və Məsməxanım onunla bir yerdə Şirvan şəhərində böyüyüblər və əmisi Oktayın övladlarıdırlar. Əmisi Oktay 2018-ci il tarixdə vəfat etmişdir. Orxan Hüseynovun 2000-ci il tarixdə Şirvan şəhərində doğulmaqla və Məsməxanım Hüseynovanın 1999-cu il tarixdə Lənkəran rayonunda doğulmaqla Şövqiyyə və Oktayın övladları olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirmişdir ki, Ərizəçi dayısı Oktayın həyat yoldaşı olmuş, bu ailə münasibətindən Orxan və Gülnar (Məsməxanım) doğulmuşdur. X22 kimi tanıyıb ona belə xitab etmişlər. Məsməxanım onların baba nənəsidir və adıda ondan götürüb qoymuşlar. Oktay vəfat etmişdir. Orxan Hüseynovun 2000-ci il tarixdə Şirvan şəhərində doğulmaqla və Məsməxanım Hüseynovanın 1999-cu il tarixdə Lənkəran rayonunda doğulmaqla Şövqiyyə və Oktayın övladları olmasını təsdiq edir. Məhkəmə iclasında dindirilmiş X21 bildirmişdir ki, Oktay Hüseynov onun atası, Ərizəçi isə anasıdır. Atası Oktay xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Atası, əmisi və nənələrinin himayəsində Şirvan şəhərində böyümüşlər. Sonradan Bakı şəhərinə köçüb orada özlərini saxlamışlar. Anası Şövqiyyəni dəqiq xatırlamır. Uşaq vaxtı ansının ölməsi barədə ona bildirmişlər. Sonradan anasının sağ olmasını öyrənib televiziya verlişlərindən birinə çıxaraq anasını axtaran zaman onu tapmışdır. Özünün xx.xx.2000-ci il tarixdə Şirvan şəhərində doğulmaqla və bacısı Məsməxanım Hüseynovanın xx.xx.1999-cu il tarixdə Lənkəran rayonunda doğulmaqla Şövqiyyə və Oktayın övladları olmasını təsdiq edir. Məhkəmə iclasında dindirilmiş X8 bildirmişdir ki, Oktay Hüseynov onun atası, Ərizəçi isə anasıdır. Atası Oktay xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Atası, əmisi və nənələrinin himayəsində Şirvan şəhərində böyümüşlər. Sonradan Bakı şəhərinə köçüb orada özlərini saxlamışlar. Anası Şövqiyyəni xatırlayır. Atası anası Şövqiyyə ilə ayrıldıqdan sonra yenidən evlənmiş və həmin evlilikdən də 2007-ci il təvəllüdlü bir bacıları vardır. Uşaq vaxtı ansının ölməsi barədə qardaşına deyilsə də o, anasının sağ olmasını bilmişdir. Televiziya verlişlərindən birinə çıxaraq anasını axtaran zaman onu tapmışlar. X23 xx.xx.2000-ci il tarixdə Şirvan şəhərində doğulmaqla və özünün isə xx.xx.1999-cu il tarixdə Lənkəran rayonunda doğulmaqla Şövqiyyə və Oktayın övladları olmasını təsdiq edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlər: "Uşağın tibbi kartası"ndan (Forma 026) görünür ki, Məsməxanım Bəşirova xx.xx.1999-cu il təvəllüdlülüdür, digər müayinə xx.xx.2005-ci il tarixdə aparılmış, tibbi qeydiyyatda olmuş və müvafiq həkim müayinələrindən keçmişdir. Şirvan Şəhər Uşaq Məsləhətxanasının qeydlərindən və "Doğuş tarixçəsi"ndən (Forma № 096/u) görünür ki, xx.xx.2000-ci il tarixdə Ərizəçi xəstəxanaya doğuşla əlaqədar daxil olmuş, xəstəxana şəraitində doğuş baş tutmuşdur. Məhkəməyə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçini izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, X5 xx.xx.1999-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, atası X13, anası Ərizəçi İsgəndər qızıdır. X21 xx.xx.2000-ci il tarixdə Şirvan şəhərində doğulmuş, atası X13, anası Ərizəçi İsgəndər qızıdır. Övladlarının doğumu barədə qeydi başqa qaydada əldə edə bilmədiyindən ərizəçi göstərilən faktın müəyyən olunmasından ötrü məhkəməyə müraciət etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X4 xx.xx.1999-cu il tarixdə Lənkəran rayonunda doğulması, atası X13, anası Ərizəçi İsgəndər qızı olması, X11 xx.xx.2000-ci il tarixdə Şirvan şəhərində doğulması, atası X13, anası Ərizəçi İsgəndər qızı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.1999-cu il tarixdə Lənkəran rayonunda doğulması, atası X13, anası Ərizəçi İsgəndər qızı olması, X11 xx.xx.2000-ci il tarixdə Şirvan şəhərində doğulması, atası X13, anası Ərizəçi İsgəndər qızı olması faktı müəyyən edilsin. Qətnamə icra edilməsi üçün müvafiq qeydiyyat şöbəsinə göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar