Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-439/2023 10.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqı» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hazırlıq iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «işə bərpa və məcburi işə buraxma müddətinə görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsində göstərilmişdir ki, «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qeyd olunan hüquq normalarının tələbi baxmından qarşılıqlı şəkildə araşdırdıqda müəyyən edilir ki, hazırki iddia tələbi əmək münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədardır. Əmək hüquq münabətləri üzrə mübahisələrin həlli zamanı tərəflər məhkəməyə müraciət etməzdən əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasından keçməlidir. Mübahisənin mediator tərəfindən həll edilməsi mümkün olmadıqdan bu barədə müvafiq sənəd iddia ərizəsinə əlavə edilməklə tərəflərin məhkəməyə müraciət etmək hüququ saxlanılır, yəni mübahisə tərəfləri bu qəbildən olan işlər üzrə əvvəlcə mediatora müraciət etməli, mediator tərəfindən mübahisə həll edilmədikdə yalnız bundan sonra mediasiya prosesində iştirak etməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etməlidirlər. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, iddiaçının Lənkəran Rayon Məhkəməsinə müraciət etdiyi vaxt iddia ərizəsinə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənədi əlavə etməli olmasına dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsi qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iclasında İddiaçı hazırki mühabisə ilə əlaqədar ilkin mediasiya sessiyasında keçməsini təsdiq edən sənədi təqdim etməsi təklif edilsə də, sonun ilkin mediasiya sessiyasında keçmədiyini bildirmiş və bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21.9.1-maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinə mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilmədiyindən İddiaçı Cavabdehnə qarşı «işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqı» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4.-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə və MPM-nin 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqı» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-439/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-439/2023
10.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver