Məhkəmə qərarları › İş №2(049)-4395/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4395/2025

15.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4395/2025 15.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı və cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X6 nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı işə bərpa olunmasına və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı işə bərpa olunmasına və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən qəbul edilmiş 8-1-58/3181-58/3-1255/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, əvvəllər işlədiyi cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X5 xadimə işinə bərpa olunmasına və məcburi iş buraxma müddəti üçün əmək haqqının alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Lənkəran rayonunun Seyidəkəran kəndində anadan olmuşdur. O, müxtəlif dövrlərdə ayrıayrı yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuş, sonuncu iş yeri isə "Lənkəran rayon Mərkəzi Xəstəxanası" X4muşdur. 28 dekabr 2020-ci il tarixdə həmin müəssisəyə xadimə vəzifəsinə işə qəbul edilmiş və 03 iyul 2025-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Lakin, 03 iyul 2025-ci il tarixdə cavabdeh tərəf onu məcbur edərək, guya yeni yaşayış yerinə köçməsi səbəbindən işdən azad olunması barədə ərizə almışdır. Belə ki, iddiaçı 06 may 2025-ci il tarixdə növbəti əmək məzuniyyətinə çıxmış, məzuniyyət müddəti iyul ayının əvvəlində bitdikdən sonra əlavə olaraq öz hesabına 15 gün məzuniyyət götürmüşdür. Həmin müddətdə o, səhhətindəki problemlərlə əlaqədar müalicə olunmaq üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmişdir. Rusiya Federasiyasında olduğu müddətdə bacısı Akifə Bağırova onun iş yerinə gedərək onun adından əlavə 15 gün məzuniyyət verilməsini xahiş etmişdir. Lakin rəhbərlik bununla razılaşmayaraq, əvvəlcə ərizə yazıb işdən çıxmasını, qayıtdıqdan sonra isə yenidən işə götürüləcəyini bildirmişdir. Məcburiyyət qarşısında qalaraq Rusiyadan işdən azad olunma barədə ərizə yazıb göndərmişdir. 27 sentyabr 2025-ci il tarixdə müalicəsini başa vurub ölkəyə qayıtdıqdan sonra "Lənkəran rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin yeni rəhbəri Nuridə xanımın qəbulunda olmuş və vəziyyəti izah etmişdir. Rəhbərlik ona gözləməyi tövsiyə etsə də, xeyli müddət keçməsinə baxmayaraq işsiz qalmışdır. Hazırda işsiz olduğu üçün maddi çətinlik çəkir vədərman vasitələrini ala bilmir. İşlədiyi 5 il ərzində heç bir qanun pozuntusuna yol verməmiş, daxili nizam-intizam qaydalarına daim riayət etmiş və barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. O, üzərinə düşən vəzifələri layiqincə və vicdanla yerinə yetirməsinə baxmayaraq, işə bərpa edilməmişdir. Məhz bu səbəbdən o, pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2025-ci il tarixdə cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X6 nümayəndəsi Nümayəndə elektron məhkəmə informasiya sistemi üzərində yaradılmış elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, Bağırova X2 Rayon Mərkəzi Xəstəxanası X6ə qarşı “İşə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı’’ tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə 2(049)-4395/2025 saylı iş Sizin icraata verilmişdir, iş üzrə şifahi icraat qaydasında hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 10:00-ə Lənkəran rayon Məhkəməsində təyin edilmişdir. 28 noyabr 2025-ci il tarixli, 2(049)-4395/2025 saylı məhkəmə bildirişi və bildirişə əlavə edilmiş 26 noyabr 2025-ci il tarixli iddia ərizəsi ilə elektron məhkəmə portalı vasitəsilə tanış olmuşdur. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulmuş 20 gün prosessual müddət bitmədən xx.xx.2025-ci il tarixli etirazla məhkəməyə müraciət edir. İlk növbədə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı özünün də iddia ərizəsində qeyd etdiyi kimi 03 iyul 2025-ci il tarixli ərizə ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanası X6 elektron poçtuna müraciət edərək yaşayış yerinin dəyişməsi ilə əlaqədar olaraq işdən azad olunmasını xahiş etmişdir. Qanunvericilik işdən çıxma barədə ərizənin mütləq kağız daşıyıcıda təqdim edilməsini tələb etmədiyinə görə İddiaçı Lənkəran Rayon Mərkəzi Xəstəxanası X6 elektron poçtuna daxil olan ərizəsi icraata götürülmüş və həmin ərizə əsasında Lənkəran Rayon Mərkəzi Xəstəxanası X6 03 iyul 2025-ci il tarixli, 18-1-58/3- 1255/2025 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq xx.xx.2025ci il tarixdən xitam verilmişdir. Hesab edir ki, onunla bağlanılmış Əmək müqaviləsinə xitam verilmə prosesi Əmək qanunvericiliyinin tələblərinə uyğun icra edilmişdir. İddiaçı yaşayış yerinin dəyişmə ilə əlaqədar olaraq işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli ərizəni tam öz iradəsi ilə, könüllü formada, təzyiq, hədə və ya aldadılma olmadan yazmışdır. Ərizənin Rusiya Federasiyasından göndərilməsi bir daha təsdiq edir ki, həmin ərizə yaşayış yerinin dəyişməsi ilə əlaqədar olaraq yazılıb. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Əmək qanunvericiliyinə əsasən aşağıdakı hallarda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşəgötürən iddiaçının yeni yaşayış yerinə köçməsi ilə əlaqədar olaraq işdən azad olunması barədə ərizəsində göstərdiyi tarixdə işdən azad olunma istəyini nəzərə alaraq, elə həmin gün qanunun tələbinə uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam vermişdir. İddiaçı iddia ərizəsində işə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqı ödənilməsini tələb edir. İşçinin yaşayış yeri dəyişdiyi üçün öz ərizəsi əsasında işdən çıxması və aylar sonra işdən çıxma barədə əmrin ləğv edilməsi barədə məhkəməyə müraciət etməsi qanunla tənzimlənən hüquq deyildir. İddiaçının iddia tələbinə diqqət yetirilən zaman görünür ki, o “İşə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı" tələbi barədə dəlilləri, faktları, sübutları məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, iddiaçının tələbi tam əsassızdır. Bu səbəbdən həmin iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Çünki İddiaçı Lənkəran Rayon Mərkəzi Xəstəxanası X6 03 iyul 2025-ci il tarixli, 18-1-58/3- 1255/2025 nömrəli əmrinin ləğv olunmasına dair məhkəməyə əsaslandırılmış, mötəbər, dayanıqlı, sübutları və faktları təqdim etmədiyi üçün onun tərəfindən tərtib “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı" tələbinə dair iddia ərizəsi mülahizələrdən - söz yığımından ibarət olduğundan iddia tələbinə etiraz edir. Yekun olaraq, İddiaçı Lənkəran Rayon Mərkəzi Xəstəxanası X6ə qarşı “İşə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı” tələbinə dair iddiasının əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun çıxış etmiş, işdən çıxma barədə ərizəni özünün yazdığını, ona sonradan işə götürəcəyi barədə bildirildiyini, ilk olaraq məzunuyyətə çıxdığını sonra məzuniyyət müddətinin uzadıldığını, bundan sonra isə işdən çıxması barədə ona bildirildikdən sonra bu məzmunda ərizə yazdığını qeyd edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X6 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək iddiaçını yaxşı işçi kimi müsbət xarakterizə edildiyini, uzun müddət işə çıxmadığını, işdən çıxmaq barədə ərizənin İddiaçı tərəfindən könüllü yazılıb Rusiya Federasiyasından göndərildiyini, İddiaçı işlədiyi xadimə ştatının işdən çıxarılma barədə PHŞ tərəfindən əmr verildikdən sonra ümumiyyətlə ləğv edildiyini, hazırda belə bir ştatın olmadığını, İddiaçı yerinə başqa işçi də götürülmədiyini bu halı iddiaçının özünün də bildiyini qeyd edərək iddia əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Azərbaycan Respublikası pasportundan görünür ki, həqiqətən də, o, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ölkə xaricində olmuşdur. X1 Mərkəzi & Poliklinikin xx.xx.2025-ci il tarixli labarotor müayinəyə dair sənədindən, İddiaçı analiz nəticələrinə dair məlumatları əks olunmuşdur. Həmçinin (Rusiya Federasiyasının) "Budu Klinika"-dan xx.xx.2025-ci il tarixli sənədindən, İddiaçı R.F, Sank-Peterburq şəhərində müalicə aldığı müəyyən olunur. İddiaçı əmək kitabçasından müxtəlif vaxtlarda müəssisələrdə işlədiyi müəyyən olunur. Həmçinin onun əmək kitabçasından "Lənkəran rayon Mərkəzi Xəstəxanası" X3 28 dekabr 2020-ci il tarixdə xadimə vəzifəsinə işə qəbul edildiyi və 03 iyul 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə PHŞ tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verildiyi müəyyən olunur. xx.xx.2025-ci il tarixdə hazırki iddia tələbi ilə eyni mübahisə predmeti üzrə Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsində və iddia ərizəsinə etirazda göstərilən halları, həmçinin iş materiallarını tam, obyektiv, qərəzsiz şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, Lənkəran Rayon Mərkəzi Xəstəxanası X3 xadimə işləmiş İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə yazaraq, həmin işdən azad olunmasını xahiş etmiş və həmin tarixdə qəbul edilmiş 8-1-58/3181-58/3-1255/2025 nömrəli, xx.xx.2025-ci il tarixli saylı əmr ilə (əmək kitabçasından göründüyü üzrə) onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Bununla da, əmək müqaviləsi işçi İddiaçı özü tərəfindən onun iradəsinə əsasən ləğv edilmiş və həmin vaxt işəgötürən Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən Əmək Məcəlləsinin hər hansı tələbləri, o cümlədən İddiaçı əmək hüquqları pozulmamışdır. İddiaçı həmin ərizəni təsir və təzyiq altında (inandırılaraq) yazdığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, İddiaçı işdən azad olunduqdan sonra hər hansı qanun pozuntuları ilə bağlı müvafiq səlahiyyətli orqanlara Azərbaycan Respublikasının Qanunvericiliyində və Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərilmiş qaydada və müddətdə yazılı müraciət etməmiş, habelə özünün işdən azad olunma barədə ərizəsinin geri götürülməsi və ya etibarsız hesab olunması barədə işəgötürənə yeni ərizə verməmiş, yalnız şifahi olaraq yenidən işə bərpa olunması üçün müraciət etmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bundan başqa, Əmək Məcəlləsində fərdi əmək mübahisələri üzrə 1 ay qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə tutduğu vəzifədən azad olunmasıla bağlı ərizə təqdim edərək, həmin gün əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul olunacağı və beləliklə, əmək hüquqlarının pozulduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 4 aydan (əmr xx.xx.2025-ci il tarixdə qəbul olunmuş, iddiaçı hazırki iddia ərizəsilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edib) artıq müddət keçdikdən sonra hazırkı iddia tələbini məhkəmə müstəvisində irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir və bununla bağlı tərəfin ərizə təqdim etməməsinə baxmayaraq, bu ona dəlalət gətirmir ki, iddia müddəti ötürülməmişdir. Onun iddia müddətini xəstəliyi ilə əlaqədar ötürməsi məsələsinə nəzər yetirildikdə, qeyd olunmalıdır ki, xəstəliyi iddia müddətinin ötürülməsinə əsas gətirmir, ondan ötrü ki, İddiaçı iddia ərizəsində xx.xx.2025-ci il tarixdə müalicəsini bitirib, ölkəyə qayıtdığını bildirmişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, o, müddətin sıxlığı nəzərə alınaraq, medasiya təşkilatına müraciət edə bilərdi. Ümumiyyətlə, İddiaçı yuxarıda göstərildiyi üzrə işdən azad olunduqdan sonra hər hansı qanun pozuntuları ilə bağlı müvafiq səlahiyyətli orqanlara Azərbaycan Respublikasının Qanunvericiliyində və Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərilmiş qaydada və müddətdə yazılı müraciət etməmiş, habelə özünün işdən azad olunma barədə ərizəsinin geri götürülməsi və ya etibarsız hesab olunması barədə işəgötürənə yeni ərizə verməmiş, yalnız şifahi olaraq yenidən işə bərpa olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı işə bərpa olunmasına və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddiası əsassız olduğundan və sübuta yetirilmədiyindən rədd edilməlidir. NƏTİCƏ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən qəbul edilmiş 8-1-58/3181-58/3- 1255/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, əvvəllər işlədiyi cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X5 xadimə işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının alınıb ona verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar