Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4442/2025 27.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlaklarının çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 məxsus cehiz əmlaklarının ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh X1 gəlinləri, qardaşı Nümayəndə2 keçmiş həyat yoldaşıdır. Cavabdeh X3 qardaşı Nümayəndə2 ilə 03 iyun 2013-cü il tarixdə ailə qurmuş və nikahlarını Lənkəran rayon, Haftoni qəsəbə icra nümayəndəliyində 06 nömrəli aktla qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 adlı bir azyaşlı uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğundan Lənkəran Rayon Məhəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3066/2025 nömrəli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Cavabdeh, qardaşıla ailə qurub onun (İddiaçı) valideynlərinin evinə gəlin gəlmiş və cehiz əmlaklarını da valideynlərinin evinə gətirmişdir. Lakin, ikinci qardaşının ailə qurması ilə əlaqədar olaraq, onlar belə razılaşmışlar ki, cavabdehə məxsus cehiz əmlaklar müvəqqəti olaraq onun adına olan və Lənkəran rayonu Haftoni qəsəbəsində yerləşən fərdi yaşayış evinə yerləşdirilsin, ondan sonra onlar özləri üçün ev aldıqdan və ya ev inşa etdirdikdən sonra cehiz əmlaklarını evindən çıxaracaqdılar. Lakin, cavabdeh faktiki olaraq 3 ildir ki, anası evində yaşamasına baxmayaraq özünə məxsus olan cehiz əmlaklarını ona məxsus olan evdən çıxarmır. Cavabdeh tərəfə əmlaklarını evdən çıxarmasını bildirsələr də, o, əmlaklarını götürmək istəmir. Həmin cehiz əmlakları evində qalıb artıq yer tutur. Həm də ki, həmin əmlaklar zamanla xarab ola bilər. Məhz bu səbəbdən o, cavabdehə məxsusu əmlakların evindən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun çıxış edib tələbin təmin olunmasını xahiş etdi. xx.xx.2026-cı il tarixdə iddia ərizəsinə etiraz versə də, məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməsi barədə ərizə təqdim etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ : Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib, onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın verilməsi üçün iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakların evdən çıxarılması tələbinə dair iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus əşyalar çıxarılsın. İddiaçı məxsus fərdi yaşayış evində yerləşən Cavabdeh məxsus əşyaların siyahısı: Elektrik ətçəkən maşın (Gepas marakalı) - 1 ədəd, Tefal – 1 ədəd, Qəhvədan - 2 ədəd, Dəmir qazan dəsti – 1 ədəd (içində 3 ədəd), Dəmir qazan dəsti - 1 ədəd (içində 5 ədəd), Dəmir qazan dəsti – 1 ədəd (içində 5 ədəd), Tava - 2 ədəd, Meyvə qabı – 2 ədəd (şüşə), Böyük kasa (piyalə) - 12 ədəd, Balaca kasa (maskor) - 12 ədəd, Boşqab - 12 ədəd, Aş (Plov) üçün boşqab – 24 ədəd, Salat üçün boşqab – 18 ədəd, Bulud (dəst) - 4 ədəd (12 ədəd aş boşqabı), Boşqab (nabor) – 6 ədəd, Boşqab dəsti -12 ədəd, Çaydan (böyük) – 1 ədəd, Çaydan (balaca) - 1 ədəd, Qənd qabı (şüşə) – 3 ədəd, Güldan - 1 ədəd, Fincan (nabor) - 2 ədəd, Banka (nabor) - 6 + 1 ədəd, Şiş - 4 ədəd, Çuqun vedrə 1- ədəd, Çaydan - 3 ədəd, Çuqun çaydan -1 ədəd, Çərəz qabı - 4 ədəd, Duz qabı - 6 ədəd, Salfet qabı (şüşə) - 2 ədəd, Tum qabı (şüşə) - 5 ədəd, Gül qabı – 1 ədəd, Nəlbəki (böyük) - 12 ədəd, Nəlbəki (balaca) - 12 ədəd, Stəkan (böyük) - 12 ədəd, Stəkan (balaca) - 12 ədəd, Qənd qabı (şüşədən böyük) - 4 ədəd, Qənd qabı (şüşədən balaca) - 2 ədəd, Limon qabı (şüşədən) – 6 ədəd, Qaşıq (böyük) - 12 ədəd, Qaşıq (kiçik) - 12 ədəd, Çəngəl -12 ədəd, Bıçaq - 4 ədəd, Bulud qaşığı - 3 ədəd, Çömçə - 2 ədəd, Kəfkir (nabor) - 5 ədəd, Fındıq sındıran – 1 ədəd, Ət kəsən qayçı - 1 ədəd, Ət doğrayan - 1 ədəd, Sürtkəc (tyorka) - 1 ədəd, Şampan rumkası - 6 ədəd, Bakal stəkan - 12 ədəd, Çörək peçi (İtimat markalı) - 1 ədəd, Qazan dəsti (böyük) - 1 ədəd, Padnus (böyük) - 2 ədəd, Aş süzən (Plovsüzən) - 1 ədəd, Teşt - 1 ədəd, Tabaq -1 ədəd, Ütü stolu - 1 ədəd, Karniz - 5 ədəd, Ləyən (plastik) - 1 ədəd, Çörək qabı - 11 ədəd, Padnos (plastik, dəmir) - 2 ədəd, Taxt üçün döşək - 1 ədəd, Tək döşək - 2 ədəd, Adyal - 1 ədəd, Tək yorğan - 3 ədəd, Taxt üçün yorğan - 1 ədəd, Balış - 6 ədəd, Nimdar - 6 ədəd, Taxt örtüyü - 1 ədəd, Xalça - 3 ədəd, Stol – 1 ədəd, Stul – 6 ədəd, Lüstur (çilçıraq) - 4 ədəd, Tək çarpayı – 1 ədəd, Divan - 1 ədəd, Zibil qabı - 1 ədəd, Ayaqqabı qoyan - 1 ədəd, Taxt -1 ədəd, Termo mebel – 1 ədəd, Paltar dolabı (şifoner) - 1 ədəd, Şkaf – 2 ədəd, Divan 1 ədəd, Kreslo – 2 ədəd, Mətbəx mebeli - 1 ədəd. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-4442/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4442/2025
27.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver