Məhkəmə qərarları › İş №2(049)-4474/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4474/2025

08.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4474/2025 08.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X2 - İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair çıxarışın etibarsız hesab edillməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 adına verilmiş 09 07.2020-ci il tarixli ********** saylı çıxarışın, aiqı-satqı müqaviləsinin və X1 adına verilmiş xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi üzrə məlumatlardan görünür ki, iş üzrə cavabdeh qismində işə cəlb edilmiş X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İddiaçı isə həmin vaxtdan 01 il 08 aydan da artıq müddət keçəndən sonra ölmüş şəxsə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iddia ərizəsinin qaytarılması əsaslarını müəyyən edən 152-ci və iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsaslarını müəyyən edən 153-cü maddələrində ölmüş şəxsə qarşı iddia verildikdə iddia ərizəsinin qaytarılması birbaşa nəzərdə tutulmasa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinin məzmunundan göründüyü kimi, ölmüş şəxsin vərəsəsinə qarşı deyil, bilavasitə özünə qarşı iddia verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır və bu növ iddiaların məhkəmə icraatının mümkünlüyü istisna edilir. İddiaçı isə ölmüş şəxsin (cavabdeh X1) vərəsələrinin dairəsini müəyyən etmədən ölmüş şəxsin bilavasitə özünə qarşı məhkəməyə iddia vermişdir. Bundan əlavə iddiaçının tələbi də qeyri dəqiq ifadə olunmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 adına verilmiş 09 07.2020-ci il tarixli ********** saylı çıxarışın, alqı-satqı müqaviləsinin və X1 adına verilmiş xx.xx.2014-cü ıl tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsini xahiş etsə də, həmin çıxarışların adlarını, alqı-satqı müqaviləsinin tarixini, nömrəsini, kimlə kim arasında bağlandığını iddia ərizəsinin tələb hissəsində dəqiq göstərməmişdir. Bundan da əlavə iddiaçı çıxarışın, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, onları vermiş orqanları 3-cü şəxs qismində iddia ərizəsində qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair çıxarışın etibarsız hesab edillməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Ona izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar