Məhkəmə qərarları › İş №2(049)-4753/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4753/2025

30.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4753/2025 30.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdeh Lənkəran rayonu X2 adına Göyşaban kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cavabdeh qarşı “işə bərpa, ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı “işə bərpa, ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu X2 adına Göyşaban kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cavabdeh Müqəddəs oğlu tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli 91 saylı əmri qanunsuz hesab edərək ləğv olunması, işlədiyi Göyşaban kənd tam orta ümumtəhsil məktəbinə kiçik xidmətedici işinə bərpa edilməklə məcburi işburaxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin ata adı “Müqəddəs” olaraq qeyd edilsə də, iddia ərizəsinə əlavə edilmiş əmrdən çıxarışdan görünür ki, cavabdehin ata adı “Müqərrib”dir. İddia ərizəsində cavabdehin ünvanı olaraq ünvan 1stemi üzrə verilmiş sorğuya cavabdan görünür ki, cavabdeh Nuriyev X1 rayonu, Qodman kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki tələb ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyinə görə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Lənkəran rayonu X2 adına Göyşaban kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cavabdeh qarşı “işə bərpa, ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar