Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-493/2023 12.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan gediş-gəliş yolunun qanunsuz zəbtdən azad edilməsi və cavabdeh tərəfindən inşa edilmiş qanunsuz daş hasarın sökülməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş Lənkəran rayonu, Kosalar kəndində yerləşməklə onun və ailə üzvlərinin mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə gedən ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun zəbtdən azad edilməsi, cavabdeh tərəfindən həmin gediş-gəliş yolunda inşa edilmiş qanunsuz daş hasarın və gediş-gəliş yolunun başlanğıcında qoyduğu dəmir darvazanın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun məbləğinin iddiaçının qaytarılmasını, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 50 manat ekspertiza xərcinin iddiaçıdan tutulmasını qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan gediş-gəliş yolunun qanunsuz zəbtdən azad edilməsi və cavabdeh tərəfindən inşa edilmiş qanunsuz daş hasarın sökülməsi” tələbinə dair barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə, ona əlavə edilmiş sənədlər və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-493/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-493/2023
12.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver