Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-51/2023 07.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, cavabeh Cavabdeh, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinin naturada paylı bölünməsi və həmin evə avtomobil yolu giriş-çıxışının təmin edilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hazırlıq iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan ünvan 1ünvanında yerləşən fərdi yaşayış evinin naturada ½ hissəyə bölünməsi, həmin evə avtomobil yolu ilə giriş çıxış təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı Nalə Hüseynova məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı məhkəmənin icraatında olan 2(049)-51/2023 saylı mülki iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, nümayəndəsi və vəkili Nümayəndə işə mahiyyəti üzrə baxılaraq, mülki işin məhkəmə baxışına verilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini, habelə cavabdeh və onun nümayəndəsi və vəkilinin ərizəyə münasibətini öyrənib aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının ərizəsi qəbul edilməli, idda ərizə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2011-ci il tarixli 3 №-li Qərərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə, məhkəmə xərcləri ilə əlaqədar aşağıdakıları qeyd edir: İddiaçının vəsatəti əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadları ilə iş üzrə müvafiq olaraq tikinti-texniki və təkrar tikinti-texniki ekspertizaları təyin edilmişdir. Həmin qərardadlar əsasında müvafiq ekspertiza tədqiqatı aparılmış və təqdim edilmiş ekspertiza tədqiqatının aparılmasına dair bildirişə əsasən bir qərardad üzrə keçirilmi ekspertiza tədqiqatının dəyəri 100 manat olmaqla, ümumilikdə 200 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddianı geri götürdüyündən ekspertiza tədqiqatının dəyəri olan 200 manat da iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməldir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinin naturada paylı bölünməsi və həmin evə avtomobil yolu giriş-çıxışının təmin edilməsi» tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 200(iki yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-51/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-51/2023
07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver