Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-51/2025 16.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh «İnam Park” MMC-ə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında? açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh «İnam Park” MMC-ə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli, 09 nömrəli mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilə üzrə öhdəliklərin icra edilməsi:
1. Lənkəran şəhəri, X2 2 ünvanı yerində tikilmiş yeni çoxmərtəbəli binanın 3-cü mərtəbəsində, üz tərəfi Xəzər dənizinə, yan tərəfi isə Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində olan (layihə üzrə 2 a saylı mənzil) 3 otaqlı, içdən-içə 80 kv.m sahəsi olan və müqavilənin 4.3-cü bəndinə əsasən tam təmirli mənzili ona təhvil verilməsi (Təhvil-təslim zamanı ona 80 kvm sahədən az sahəli mənzil təhvil verildiyi halda, hər çatışmayan 01 kv.m sahəyə görə 1.000 manat məbləğində pul ödənilməsi),
2. Müqavilənin 4.6-cı bəndinə əsasən mənzilin ƏMDK yanında DƏDRX-nin Lənkəran Şəhər Ərazi İdarəsində adına rəsmiləşdirilməsi üçün qanuni hərəkətlərin edilməsi və zəruri xərcləri ödənilməsi,
3. xx.xx.2023-cü il tarixdən hesablanmaqla qətnamənin icra olunduğu vaxtadək aylıq 400 manat müvəqqəti yaşayış üçün kompensasiyanın ödənilməsi,
4. Məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 263 nömrəli müqaviləyə əsasən hesaba köçürdüyü 320 manat məbləğin cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı şifahi olaraq iddia tələbinin “xx.xx.2023-cü il tarixdən hesablanmaqla qətnamənin icra olunduğu vaxtadək aylıq 400 manat müvəqqəti yaşayış üçün kompensasiyanın ödənilməsi barədə” hissəsində tələbinin həcmini azaldaraq “xx.xx.2023-cü il tarixdən hesablanmaqla Lənkəran şəhəri, X2 2 ünvanı yerində tikilmiş yeni çoxmərtəbəli binanın 3-cü mərtəbəsində, üz tərəfi Xəzər dənizinə, yan tərəfi isə Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində olan 3 otaqlı mənzilə ona təhvil verilənədək aylıq 400 manat müvəqqəti yaşayış üçün kompensasiyanın ödənilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, 01,09.2022-ci il tarixdə onunla Cavabdeh MMCnın direktoru Qanuni nümayəndə oglu arasında mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında 09 nömrəli müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra həmin müqavilənin şərtlərinə tərəfindən əməl olunsa da, MMC tərəfindən əməl olunmamışdır. Belə ki, müqavilə bağlanan kimi müqavilənin şərtlərinə əsasən özünə məxsus köhnə mənzili tam olaraq boşaltmış və Cəmiyyətə təhvil vermişdir. Artıq həmin müqavilə bağlandığı tarixdən 18 ay müddət keçməsinə baxmayaraq yeni mənzil tam təmirli vəziyyətdə ona təhvil verilməyib. Belə ki, mənzilin istilik sistemləri quraşdırılmamışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdən başlayaraq müvəqqəti kirayədə qaldığı üçün aylıq ona ödənilməli olan 400 manat kompensasiya bu günə kimi ödənilməymişdir. Hazırkı mövcüd olan mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə üçün məktubla cavabdehə müraciət etsə də heç bir nəticə verməmiş və cavabdeh öhdəliklərin icra edilməsindən yayınmışdır. Bu günə kımı də sözügedən müqavilə üzrə cavabdeh tərəfindən üzərinə götürülən öhdəliklər icra edilməmiş və ona gorə də hazırkı iddia ərizəsi ik məhkəməyə müraciət edir. Qeyd edir ki, Müqavilənin 1.1-ci bəndinə əsasən "Cəmiyyət Lənkəran şəhəri, X2 ev 2 ünvanda yerləşən istismar müddəti başa çatmış yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. "Mülkiyyətçi” mülkiyyətində olan, Lənkəran şəhəri, X2 ev 2 ünvandakı ümumi sahəsi 71,27 kv.m olan mənzilinin sökülərək yerində yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə“Cəmiyyətə”ə təhvil verir. "Cəmiyyət” isə "Mülkiyyətçi" nin faktiki, umumi yaşayış sahəsinə 12 % əlavə etməklə yeni binada tikinti işləri başa çatdıqdan sonra Lənkəran şəhəri, X2 2 ünvanı yerində tikilmiş yeni çoxmərtəbəli mənzilli binanın 3-cü mərtəbəsində, üz tərəfi Xəzər dənizinə və yan tərəfi Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində (layihə üzrə 2 a saylı mənzil) olan 3 otaqlı, içdən-içə 80 kvm sahəsi olan, tam təmirlı mənzili “Mülkiyyətçi"-yə təhvil verir. Təhvil-təslim zamanı “Mülkiyyətçi”-yə 80 kvm sahədən az sahəli mənzil təhvil verdiyi halda, “Cəmiyyət” «Mülkiyyətçi»yə hər çatışmayan 01 kv.m. sahəyə görə 1.000 manat məbləğində pul ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən "Mülkiyyətçi”, hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi üçün “Cəmiyyət”in sərəncamına verir. Müqavilədə nəzərdə tutulan müddətdə və qaydada inşa ediləcək yeni, hündür mərtəbəli yaşayış binasında mənzili “Cəmiyyətdən təhvil alır. Müqavilənin 3.4.1-3.4.3-cü bəndlərinə əsasən müvəqqəti yaşayış üçün kompensasiyanın məbləği bir aylıq 400 manat təşkil edir. Müvəqqəti yaşayış üçün kompensasiyanın ödənilməsi ayda və ya rübdə bir dəfə, ayın 1də nəğd və ya köçürmə yolu ilə ödənilir. Müvəqqəti yaşayış üçün kompensasiyanın məbləğinin ödənilməsi ya nəğd şəkildə ödənilir, ya da ki, “Mülkıyyətçi”nin adına açılmış bank hesabına köçürülə bilər. Müqavilənin 4-cü bəndinin tələbləri aşağıdakı kimidir: 4.1.1 .“Mülkiyyətçiyə verilməli olan yeni mənzilin ümumi sahəsi, "Cəmiyyət” tərəfindən təhvil götürülən mənzilin ümumi sahəsindən az olmamalıdır; 4.1.2. Yeni inşa ediləcək binanın bünövrəsi qoyulduqdan sonra ’’Cəmiyyət" tikinti işlərini 18 ay ərzində başa çatdirmalıdır; 4.2. Yeni inşa ediləcək binada “Mülkıyyətçı”yə verilməsi planlaşdırılan mənzil, tikinti-layihə şərtlərinə tam uyğun, tam təmirli, təhvil-təslim aktı əsasında “Mülkiyyətçi”yə təhvil verilməli, imzalanmalı və rəsmiləşdırilməlidır; 4.3. "Cəmiyyət" tərəfindən inşa edilmiş yeni binada aşağıda qeyd olunanlar təmin edilməlidir: Mənzilin və binanin ümumi tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq başa çatdırilmali; Tikintinin xarici tərtibat və daxili arakəsmə işləri yekunlaşmalı; Mənzildə PVC tipli metaloplastık pəncərələr quraşdırılmalı və şüşələnmiş vəziyyətdə olmali; Mənzilin giriş qapısı qoyulmalı; Mənzil elektrik, su, istilik sistemi və kanalizasiya sistemlərinə qoşulmalı; Mənzildə su, elektrik və qaz sayğacları quraşdırılmalı; Sərnişin lifti quraşdırılmalı, texniki saz vəziyyətdə olmalıdır. 4.5. "Cəmiyyət” yeni mənzilin tikintisinin vəziyyəti barədə “Mülkiyyətçi”nin müraciəti əsasında onu daima məlumatlandırmalı, “Mülkiyyətçi”yə yeni mənzilin tikintisini və təmirini müşayiət etməsi üçün şərait yaratmali, yeni mənzil “Mülkiyyətçi”yə təhvil verildikdə, onun “Mülkiyyətçi”nin xüsusi mülkiyyətinə verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün sənədləri “Mülkiyyətçi”yə təqdim etməyi öz öhdəsinə götürür; 4.6. "Cəmiyyət" yeni mənzilin ƏMDK yanında DƏDRX-nın Lənkəran Şəhər Ərazi İdarəsində öz adina rəsmiləşdirilməsi üçün lazımi, qanuni hərəkətləri etməyi və zəruri xərcləri çəkməyi öz öhdəsinə götürür. Müqavilənin 5.1.2-ci bəndinə əsasən mülkiyyətçinin hüquqlarından biri də tikintisi planlaşdırılmış yeni, hündür mərtəbəli yaşayış binasının inşası tam başa çatanadək müvəqqəti yaşamaq məqsədi ilə aylıq 400 manat müvəqqəti yaşayış üçün kompensasiyanı tələb etmək hüququdur. Müqavilənin 5.4.2-ci bəndinə görə bu Müqavilənin müddəaları ilə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində yeni bina inşa edildikdən və istifadəyə verildikdən sonra bir aydan gec olmayaraq 80 kvm sahəsi olan tam təmirlı mənzili təhviltəslim aktı əsasında “Mülkiyyətçi”yə təhvil vermək. Cəmiyyət «Mülkiyyətçi»yə 80 kvm sahədən az sahəli mənzil təhvil verdiyi halda, «Mülkiyyətçi»yə hər çatışmayan bir kv.m. sahəyə görə 1.000 manat ödəməyi öhdəsinə götürür. 5.4.4.Hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə hazırki Müqavilənin 3.4.1. bəndində nəzərdə tutulmuş ödənişin müddətini tikinti başa çatanadək uzadılmasını təmin etmək. Müqavilənin 7.1-ci bəndinə görə "Tərəflər" bu Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin pozulmasına, vəzifələrin yerinə yetirilməməsınə və ya lazımınca yerinə yetirməməsinə gorə qüvvədə olan qanunyericiliyin tələbinə müvafiq qaydada məsuliyyət daşıyırlar və bu Müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş maddi ziyanı ödəməyə borcludurlar. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi ayrı-ayrılıqda ekspert rəyi ilə qismən razı olduqlarını bildirib iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi əlavə olaraq göstərmişdir ki, Lənkəran şəhəri, X2 2 ünvanı yerində tikilmiş yeni çoxmərtəbəli binanın 3-cü mərtəbəsində, üz tərəfi Xəzər dənizinə, yan tərəfi isə Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində olan 3 otaqlı, içdən-içə 80 kv.m sahəsi olan mənzilə ekspertin iştirakı ilə birgə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin mənzilə istilik siteminin boruları çəkisə də, istilik sisteminin aksesuarları (radiatorlar və kombi) quraşdırılmamışdır. Bu barədə müvafiq akt tərtib etmişlər və həmin aktın surətini məhkəməyə təqdim edir. Mənzil qalan hissədə tam təmir edilmiş vəziyyətdədir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.
Tətqiq olunmuş sübutlar:
xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Cavabdeh MMC arasında “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” 09 nömrəli müqavilə imzalanmışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Lənkəra çəhəri, X2, ev 2, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 49.6 kv.m, o cümlədən yaşayış sahəsi 30.7 kv.m, yardımşı sahəsi 18.9 kv.m olan iki otaqlı mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2013-cü il tarixdə iddiaçının adına rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixli, 28192 və xx.xx.2024-cü il tarixli, 354 nömrəli qəbzlərdən görünür ki, iddiaçı iddia vermək üçün ümumilikdə 349 manat dövlət rüsumu ödəmişdir. Bildiriş və poçt qəbzindən görünür ki, iddiaçı pretenziya qaydasına riayət etmişdir. İddiaçının Lənkəran Vəkil bürosu ilə bağladığı 263 nömrəli müqavilə və ödəniş qəbzindən görünür ki, iddiaçı vəkilin yardımına görə hesaba 320 manat məbləğində pul köçürmüşdür. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli,10/9849 saylı ekspert rəyindən görünür ki, Lənkəran şəhəri X2, 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin tikintisi başa çatdırıldığı müəyyən edilmiş, tikilərln hansı tarixdə inşa edilməsini müəyyən etmək üçün metodika olmadığından, həmin binasının bünövrəsinin nə zaman qoyulmasını müəyyən etmək mümkün olmamış, həmin binanın 3-cü mərtəbəsində, üz tərəfi Xəzər dənizinə və yan tərəfi isə Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində olan 3 otaqlı mənzilin təmirli vəziyyətdə olduğu müəyyən edilmiş, layihə sənədləri təqdim olunmadığından mənzilin tikinti-quraşdırma işləri və tərtibatının layihəyə uyğun olaraq başa çatdırılıb - çatdırılmadığını müəyyən etmək mümkün olmamış, həmin çoxmərtəbəli yaşayış kompleksində təqdim olunan mənzilin xarici tərtibat və daxili arakəsmə işləri yekunlaşdığı, həmin mənzildə PVC tipli metaloplastık pəncərələr quraşdırıldığı və şüşələndiyi, mənzilin giriş qapısı qoyulduğu, mənzil elektrik, su, istilik sistemi və kanalizasiya sistemlərinə qoşulduğu, mənzildə su, elektrik və qaz sayğacları quraşdırıldığı müəyyən edilmiş, təqdim olunan mənzilə qalxmaq üçün sərnişin lifti quraşdırıldığı və liftin işlək vəziyyətdə olduğu müəyyən edilmiş, binanın 3-cü mərtəbəsində, üz tərəfi Xəzər dənizinə və yan tərəfi isə Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində olan 3 otaqlı mənzilin sahəsinin iç-içə 64 kv.m. olduğu müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil eləyir. Tədqiqat obyektinə baxışın nəticələrinə dair xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, ekspertin iştirakı ilə məzilə baxış zamanı mənzilə istilik sisteminin aksesuarlarının (radiatorlar və kombi) quraşdırılmadığı müəyyən edilmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının müqavilə üzrə öhdəliyin icra edilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə tələbi tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 09 saylı “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilədən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh tam olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış və yuxarıda qeyd edilmiş Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh binada tikinti işləri başa çatdıqdan sonra Lənkəran şəhəri, X2 2 ünvanı yerində tikilmiş yeni çoxmərtəbəli mənzilli binanın 3-cü mərtəbəsində, üz tərəfi Xəzər dənizinə və yan tərəfi Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində olan 3 otaqlı, içdən-içə 80 kvm sahəsi olan, tam təmirlı mənzili iddiaçıya təhvil verməyi, iddiaçıya 80 kvm sahədən az sahəli mənzil təhvil verdiyi halda, cavabdeh hər çatışmayan 01 kv.m. sahəyə görə 1.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüdür. Lakin, ekspert rəyində həmin mənzilin tam təmirli vəziyyətdə olduğu göstərilsə də, məhkəmə həmin mənzilə yerində baxış keçirtdiyi zaman müəyyən etmişdir ki, əsasən həmin mənzil tam təmirli vəziyyətdə olsa da, istilik sisteminin aksesuarları (radiatorlar və kombi) quraşdırılmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin üzərinə həmin mənzilə istilik sisteminin aksesuarları (radiatorlar və kombi) quraşdırılması vəzifəsi qoyulmalıdır. Bundan əlavə cavabdeh iddiaçıya içdən-içə 80 kvm sahəsi olan mənzili təhvil verməyi öhdəsinə götürsə də, ekspert rəyindən müəyyən olundu ki, həmin mənzilin içdəniçə 64 kvm-dir. Yəni cavabdeh 16 kvm. sahəsi az olan mənzili iddiaçıya təhvil verəcəkdir. Buna görə də, hər bir kv.m. üçün 1000 manat olmaqla, cavabdehdən ümumilikdə 16000 manat alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, Müqavilənin 3.4.1-3.4.3-cü bəndlərinə əsasən müvəqqəti yaşayış üçün kompensasiyanın məbləği bir aylıq 400 manat təşkil edir. Müvəqqəti yaşayış üçün kompensasiyanın ödənilməsi ayda və ya rübdə bir dəfə, ayın 1-də nəğd və ya köçürmə yolu ilə ödənilir. Müvəqqəti yaşayış üçün kompensasiyanın məbləğinin ödənilməsi ya nəğd şəkildə ödənilir, ya da ki, “Mülkıyyətçi”nin adına açılmış bank hesabına köçürülə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 09 nömrəli mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında Müqavilə imzalandıqdan sonra, iddiaçı köhnə yaşayış sahəsini tərk edərək cavabehə təhvil vermişdir. Buna görə də, qeyd olunan Müqavilənin 3.4.1- 3.4.3-cü bəndlərinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanmaqla Lənkəran şəhəri, X2 2 ünvanı yerində tikilmiş yeni çoxmərtəbəli binanın 3-cü mərtəbəsində, üz tərəfi Xəzər dənizinə, yan tərəfi isə Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində olan 3 otaqlı mənzil iddiaçıya təhvil verilənədək cavabdehdən hər ay üçün 400 manat kompensasiya alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilənin 4.6-cı bəndinə əsasən cavabdeh mənzilin ƏMDK yanında DƏDRX-nin Lənkəran Şəhər Ərazi İdarəsində iddiaçının adına rəsmiləşdirilməsi üçün qanuni hərəkətlərin edilməsini və zəruri xərcləri ödənilməsini öz öhdəsinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi ilə cavabdehin üzərinə yuxarıda qeyd olunmuş mənzilin ƏMDK yanında DƏDRX-nin Lənkəran Şəhər Ərazi İdarəsində iddiaçının adına rəsmiləşdirilməsi üçün qanuna uyğun hərəkətlər etmək və zəruri xərcləri ödəmək vəzifəsi qoyulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 320 manat xərc ağlabatandır və buna görə də, həmin xərc cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılması üçün ümumilikdə 349 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən ödənilmiş 349 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə eləcə də hesab ediur ki, iddia tam olaraq təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehə aid edilməli və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
NƏTİCƏ HİSSƏ:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdehin «İnam Park” MMC-nin üzərinə Lənkəran şəhəri, X2 2 ünvanı yerində tikilmiş yeni çoxmərtəbəli binanın 3-cü mərtəbəsində, üz tərəfi Xəzər dənizinə, yan tərəfi isə Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində olan 3 otaqlı mənzil tam təmirli vəziyyətə, istilik sisteminin aksesuarları olan radiatorlar və kombinin quraşdırılması, eləcə də iddiaçının tələbi ilə mənzilin ƏMDK yanında DƏDRX-nin Lənkəran Şəhər Ərazi İdarəsində iddiaçının adına rəsmiləşdirilməsi üçün qanuna uyğun hərəkətlər etmək və zəruri xərcləri ödəmək vəzifəsi qoyulsun. Hər bir kv.m. üçün 1000 manat olmaqla, cavabdehdən 16 kv.m sahəyə görə ümumilikdə 16000 manat alınaraq iddiaçıya verilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla Lənkəran şəhəri, X2 2 ünvanı yerində tikilmiş yeni çoxmərtəbəli binanın 3-cü mərtəbəsində, üz tərəfi Xəzər dənizinə, yan tərəfi isə Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində olan 3 otaqlı mənzil iddiaçıya təhvil verilənədək cavabdehdən hər ay üçün 400 manat kompensasiya alınaraq iddiaçıya verilsin. Cavabdeh «İnam Park” MMC-dən 320 (üç yüz iyirmi) manat vəkilin ödənişi alınaraq İddiaçı verilsin. İddiaçının ödədiyi 349 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. «İnam Park” MMC-dən 349 manat tutularaq İddiaçı verilsin. 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Muradağa Qasımov