Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-58/2024 31.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh, həmçinin Cavabdeh1 X8 İnkişaf Mərkəzinin direktoru Cavabdeh2 Teyyub oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh2 Teyyub oğluna və Cavabdeh1 Lənkəran X2rşı «qanunsuz zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi, həmin torpaq sahəsində sonradan əkilmiş şam ağaclarının çıxarılaraq başqa yerdə əkilməsi, çəkilmiş dəmir məhəccərin cavabdehin öz hesabına sökülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Teyyub oğlu və X8 İnkişaf Mərkəzi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17 fevral 2015-ci il tarixli Çıxarışa əsasən Lənkəran şəhəri, Ləvəngi dairəsində yerləşməklə sahibkarlıq məqsədi ilə ona verilmiş 0,0107 ha ölçüdə torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsində sonradan əkilmiş şam ağaclarının çıxarılaraq başqa yerdə əkilməsi, çəkilmiş dəmir məhəccərin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhər bələdiyyəsi alqı-satqı yolu ilə Lənkəran şəhəri, Ləvəngi dairəsində ona yaşayış məntəqələri torpağından sahibkarlıq məqsədi ilə 0,0107 ha ölçüdə torpaq sahəsi verilmişdir. Daha sonra isə həmin torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən 17 fevral 2015-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin X9 Mərkəzinin yerləşdiyi ərazi ilə həmsərhəddir. Təqribən 2019-cu ildə canab Prezidentin Lənkəran şəhərinə gəlişi gözlənilirdi. Həmin vaxt X9 Mərkəzinin rəhbəri vəzifəsində işləyən Cavabdeh2 və orada işləyən əməkdaşlar ondan xahiş etdilər ki, müvəqqəti olaraq orada aparacağı tikintini dayandırsın və cənab Prezident gəlib gedəndən sonra işlər davam etdirilsin. O da dövlət tədbiri olduğundan heç bir etiraz etmədi və Cavabdeh2 və işçiləri ona məxsus olan həmin torpaq sahəsində əvvəlcədən əkilmiş ağaclardan əlavə olaraq 8-ə yaxın ağac dibçəklərini qoydular ki, tədbirdən sonra götürüləcək. Ancaq daha sonra gördü ki, onlar həmin ağacları artıq dibçəklərdən çıxararaq orada əkmiş və ona məxsus olan torpaq sahəsini dəmir məhəccərlə hasara almışlar. O bütün bunları gördükdən sonra gedib Cavabdeh2 əkdikləri ağacların çıxarılmasını, ona məxsus torpaq sahəsinin zəbtdən azad edilməsi, eləcə də dəmir məhəccərin sökülməsini xahiş etdim. Ancaq o, qəti olaraq etiraz edərək həmin torpaq sahəsinin onlara məxsus olduğunu bildirdi. Sonrakı dövr ərzində də dəfələrlə torpağının zəbtdən azad edilməsini xahiş etsə də cavabdeh rayon rəhbərliyinin belə göstərişinə əməl etməyərək torpağımı zəbtdən azad etmədi. Daha sonra o qeyd edilən torpaqla əlaqədar ona sözügedən çıxarışı vermiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etdi və həmin idarə tərəfindən Ləvəngi dairəsi ünvanında yerləşən 0,0107 ha ölçüdə torpaq sahəsinin naturada yerinin yenidən ona tanıdılması təmin edildi. Cavabdeh2 Teyyub oğlu iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, o X8 İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışır. Mərkəzin əvvəlki adı «Lənkəran Şəhər Kənd Təsərrüfatı İdarəsi» olmuş və rayonun Şürük kəndi ərazisində yerləşmişdir. Həmin idarə 2018-ci ildə Kənd Təsərrüfat Nazirliyinin balansında olan, Lənkəran şəhəri Şəhidlər Xiyabanı 178 ünvanında tikilən yeni binaya köçürülmüşdür. Sonradan idarənin adı dəyişdirilərək «X8 İnkişaf Mərkəzi» olmuşdur. 2018-ci ildən, idarə yeni inzibati binaya köçürüldükdən bu tarixə kimi binanın həyətində və ya həyətətrafı sahədə heç bir əlavə tikinti, quraşdırma işləri aparılmamış indiki faktiki infrastruktur idarə bura köçürülənədək qurulmuşdur. Bu ərazidə Kənd Təsərrüfat Nazirliyinin X8 İnkişaf Mərkəzindən əlavə X6 X7 Laboratoriya binası da yerləşir. 2023-cü ilin mart ayının 31-ə kimi bina və binanın yerləşdiyi həyətyanı sahə, o cümlədən həyətyanı sahələrdə yerləşən köməkçi bina, tikili və qurğular Kənd Təsərrüfatı Nazirliyinin balansında olmuşdur və 31 mart 2023-cü ildə onun rəhbərlik etdiyi X8 İnkişaf Mərkəzinin balansına verilmişdir. İddiaçı iddia etdiyi ərazi X8 İnkişaf Mərkəzinin inzibati binasının yerləşdiyi ərazinin hasarı ilə Lənkəran şəhərindən Girdəni kəndinə gedən magistral yol arasında olan, tarixən müxtəlif ağacların olduğu yaşıllıq zonasıdır. Bu sahənin ona məxsus olması barədə onun heç bir məlumatı olmamışdır. Təxminən 2023- cü ilin fevral-mart aylarında Mərkəzin həyətinə girişdə həmin ərazini əhatə edən məhəccərlərin üzərinə “Torpaq sahəsi satılır” sözləri yazıldığını gördükdən sonra ona məlum olmuşdur ki, İddiaçı Bilal oğlu bu ərazinin ona məxsus olması barədə iddia edir. şəxsən onunla İddiaçı bu barədə heç bir söhbət etməmişdir. Sadəcə olaraq İddiaçı başqaları vasitəsi ilə ona həmin ərazidə yerləşən ağacları kəsərək oradan götürməyini və məhəccərləri sökməyini xəbər göndərmiş, o da məhz buna etiraz etməyib. Əgər qanuni olaraq torpaq sahəsi İddiaçı məxsusdursa orada hər hansı bir işin görülməsi hüququ qanun çərçivəsində ona məxsusdur. O sadəcə bu idarədə rəhbər vəzifəsini icra edir. Sabah o burada rəhbər olmaya da bilər, o zaman İddiaçı kimə qarşı iddia qaldıracağı onun üçün maraqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, iddiada göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Teyyub oğlu iddiaya qarşı yazılı etirazında göstərilənlərə uyğun izahat vermiş, şəxsin qarşı verilmiş iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞİHB-nın Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Lənkəran rayonunun Viravul kəndində yaşayır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışdan, həmçinin AA005812 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, Lənkəran şəhəri Ləvəngi dairəsində yerləşən 0,0107 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Lənkəran Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ləvəngi dairəsində 0,0107 ha torpaq sahəsinin müəyyən şəxslər tərəfindən zəbt olunması ilə bağlı müraciətə cavab olaraq bildirilib ki, həmin torpaq sahəsi bələdiyyə tərəfindən xx.xx.2004cü il tarixli qərarla ona ayrılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat №-li Çıxarışla İddiaçı mülkiyyətində olan Ləvəngi dairəsi ünvanında yerləşən 0,0107 ha torpaq sahəsinin bütölükdə X8 İnkişaf Mərkəzinin istifadəsində olması müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan sözügedən 0,0107 ha torpaq sahəsi üzərində ağacların mövcud olması və həmin torpaq sahəsinin X8 İnkişaf Mərkəzi tərəfindən dəmir barmaqlıqla (reşotka ilə) hasara alınmış torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9811 saylı rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3494/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışla İddiaçı mülkiyyətində olan Ləvəngi dairəsi ünvanında yerləşən 0,0107 ha torpaq sahəsinin bütölükdə X8 İnkişaf Mərkəzinin istifadəsində olması, sözügedən 0,0107 ha torpaq sahəsi üzərində ağacların mövcud olması və həmin torpaq sahəsinin X8 İnkişaf Mərkəzi tərəfindən dəmir barmaqlıqla (reşotka ilə) hasara alınmış torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur . Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbindən müəyyən olunur ki, iddiaçı Lənkəran şəhəri Ləvəngi dairəsində yerləşən özünə məxsus 0,0107 ha torpaq sahəsinin Cavabdeh2 qanunsuz istifadəsindən geri qaytarılmasını, bunula bağlı cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmasını tələb edirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur:
1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən mübahisəli torpaq sahəsi Lənkəran şəhəri Ləvəngi dairəsində yerləşən 0,0107 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/9811 saylı rəylə müəyyən olunur ki, İddiaçı məxsus yuxarıda qeyd olunan mübahisəli torpaq sahəsi bütölükdə X8 İnkişaf Mərkəzinin istifadəsindədir.
3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9811 saylı rəylə müəyyən olunur ki, İddiaçı məxsus yuxarıda qeyd olunan mübahisəli torpaq sahəsi bütölükdə cavabdeh X8 İnkişaf Mərkəzinin sahibliyindədir.
4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – İddiaçı məxsus yuxarıda qeyd olunan mübahisəli torpaq sahəsinin qanuni sahibliyində olmasına dair X8 İnkişaf Mərkəzi tərəfindən hər hansı hüquqi sənəd təqdim etməmiş, bu da onu deməyə əsas verir ki, cavabdeh X8 İnkişaf Mərkəzi iddiaçıya məxsus 0,0107 ha torpaq sahəsinə qanunsuz sahibliyi həyata keçirir.
5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.
6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur.
7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən X8 İnkişaf Mərkəzinə münasibətdə mövcud olduğundan iddia sonuncunun iddiaçıya məxsus Lənkəran şəhəri Ləvəngi dairəsində yerləşən 0,0107 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində sonradan əkilmiş şam ağaclarının çıxarılaraq başqa yerdə əkilməsi, çəkilmiş dəmir məhəccərin cavabdehin öz hesabına sökülməsi hissəsində əsaslı, Cavabdeh2 Teyyub oğlunun şəxsinə münasibətdə isə əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 Teyyub oğlu tərfindən deyil, cavabdeh X8 İnkişaf Mərkəzi tərəfindən istifadə olunur. Qeyd olunan hal qeyd olunan Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9811 saylı ekspert rəyi ilə öz təsdiqini tapır. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışla İddiaçı mülkiyyətində olan Ləvəngi dairəsi ünvanında yerləşən 0,0107 ha torpaq sahəsi Lənkəran X1suz sahibliyindən azad edilərək İddiaçı təhvil verilməli, həmin torpaq sahəsində sonradan əkilmiş şam ağacları çıxarılmalı, çəkilmiş dəmir məhəccəri isə cavabdeh X8 İnkişaf Mərkəzinin hesabına sökülməli, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat cavabdeh X8 İnkişaf Mərkəzinə aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə, yəni Cavabdeh2 Teyyub oğlunun şəxsinə aid hissədə rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışla İddiaçı mülkiyyətində olan Ləvəngi dairəsi ünvanında yerləşən 0,0107 ha torpaq sahəsi Lənkəran X1suz sahibliyindən azad edilsin. Həmin torpaq sahəsində sonradan əkilmiş şam ağacları çıxarılsın və çəkilmiş dəmir barmaqlıqlar cavabdeh X8 İnkişaf Mərkəzinin hesabına sökülsün. İş üzrə ekspertiza xərci təşkil edən 50 manat cavabdeh X8 İnkişaf Mərkəzinə aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə, yəni Cavabdeh2 Teyyub oğlunun şəxsinə aid hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Rəşad Məmmədov