Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-589/2024 12.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, iddiaçının nümayəndəsi: Nümayəndə, cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayon Seydəkəran kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********445-10301 reystr nömrəli. xx.xx.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitablnln 3 nömrəli vərəqində qeydə alınmış İddiaçı və X1 paylı mülkiyyətinə verilmiş ümumi sahəsi 273.3 kv.m olan fərdi yaşayış evlərindən və evlərin yerləşdiyi 0.23 ha torpaq sahəsindən İddiaçı torpaq sahəsinə münasibətdə 73/75 hissə, fərdi yaşayış evərinə münasibətdə 14/15 hissə payını naturada ayıraraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1961-cı il tarixdə Lənkəran rayonu, Seydəkəran kəndində anadan olmuşdur. Lənkəran rayonunun Seydəkəran kəndi ərazisində 0.23 ha torpaq sahəsi üzərində iki tərdi yaşayış evi olmuş, torpq sahəsi mərhum atası və onun, eləcə də digər bacı və qardaşının adına olmuş, fərdi yaşayış evləri isə atasının mülkiyyətində olmuşdur. Valideynləri vəfat etdiyindən həmin əmlaklar vərəsəlik qaydasında onun, sağ olan bacılarının adına keçmiş və onlar həm varis kimi, həm da mülkiyyətçi kimi öz paylarını ona bağışlamışlar. Mərhum qardaşı X2 vəfat etdiyinə görə onun varisləri hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hani qızı varisi olduqları X1 miras əmlakını nə qəbul, nə də paydan imtina etmədiklərindən həmin əmlakın yaşayış evinə münasibətdə 14/15 hissə onun, 1/15 hissə X1, torpaq sahəsinə münasibətdə isə 73/75 hissə onun, 2/73 hissə isə X1 mülkiyyətinə verilmişdir. Hazırda o, öz payını naturada ayırıb, ondan təkbaşına istifadə etmək istəyir. Lakin cavabdehlər buna maneçilik törədirlər və bununla əlaqədar mübahisə mövcuddur. Məhkəməyə müraciət etməmişdən əvvəl həmin evin və torpaq sahəsinin naturada bölgüsünün mümkünlüyü barədə Daşınmaz Əmlakın Dövlət Radastr və Reyestri Xidməti Publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə müraciət etməklə mütəxəssis rəyinin verilməsini xahiş etsə də, həmin idarə tərəfindən 30 noyabr 2023-cü il tarixli 3-21-3-43/2-B- 003735/2023 saylı məktubla cavab verərək paylı mülkiyyətdə olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin naturada bölgüsünün mümkün olub-olmaması məhkəmənin müvafiq qərarı əsasında mütəxəssis rəyinin verilməsinin mümkünlüyü izah edilməklə məhkəməyə mnüraciət etməyi tövsiyə edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddiaanın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən 273.3 kvm daşınmaz əmlakın fərdi yaşayış evinin 114/15 hissəsi və 0.23 ha yaşayış məntəqələri torpağının isə 73/75 hissəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 2022-ci il tarixli JN-065A KOD 80204028 nömrəli Torpağın mülkiyyıtı verilməsinə dair Şəhadətnamədən görünür ki, Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən torpaq sahəsi X2, Cavabdeh1, Cavabdeh3 Hacı qızı və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 08 may 2024-cü il tarixli, 10/1610 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********445-10301 reyestr nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrinin 98 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydə alınmış İddiaçı və X1 paylı mülkiyyətinə verilmiş ümumi sahəsi 273.3 kv.m olan fərdi yaşayış evlrindən A1 literli iki mərtəbəli yaşayış evinin faktiki olaraq iddiaçının istifadəsində olmasını, “A” literli yaşayış evindən isə cavabdehin (18,2 kv.m) payına uyğun olan otaqın ayrılması yolu ilə digər sahələrin iddiaçıya verilməsinin texniki cəhətdən mümkün olmasını, eyni zamanda evlərin yerləşdiyi 0.23 ha torpaq sahəsinin “A” literli yaşayış evinin 18,2 kv.m-lik yaşayış otağının yerləşdiyi sahə ilə birlikdə 61,3 kv.m torpaq sahəsinin digər sahələrdən ayrılmasının texniki cəhətdən mümkün olmasını nəzərə aldıqda həmin 273.3 kv.m olan fərdi yaşayış evlərindən və evlərin yerləşdiyi 0.23 ha torpaq sahəsindən İddiaçı torpaq sahəsinə münasibətdə 73/75 hissə, fərdi yaşayış evlərinə münasibətdə 14/15 hissənin təsərrüfat təyinatı pozulmadan naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Sxem rəyin tədqiqat hisəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1. maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2. maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3. maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5. maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümum əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004cü il tarixli və Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı,nda göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddia ilə bağlı qeyd edir ki, yuxarıda şərh olunan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu, Seydəkəran kəndində yerləşən 273.3 kvm daşınmaz əmlakın fərdi yaşayış evinin 114/15 hissəsi və 0.23 ha yaşayış məntəqələri torpağının isə 73/75 hissəsi İddiaçı mülkiyyətindədir. Mülkiyyətçi kimi İddiaçı mülkiyyətində olan əmlaka dair sərbəst sərəncam vermək, ondan istifafə etmə və sahiblik etmək hüquqlarının sərbəst həyata keçirmək üçün əmlakın naturada bölünməsini xahiş etmiş və bu hal məhkəmə ekspertizası rəyi ilə tam təsdiq edilmişdir. Buna görə də, məhkəmə əmlakın naturada bölünməsini məhkəmə ekspertiza rəyində göstərildiyi kimi həyata keçirilməsini qanuni və əsaslı sayır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən X5 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı X3 ödənilməlidir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********445-10301 reystr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydə alınmış İddiaçı və X1 paylı mülkiyyətinə verilmiş ümumi sahəsi 273.3 kv.m olan fərdi yaşayış evlərindən və evlərin yerləşdiyi 0.23 ha torpaq sahəsindən İddiaçı torpaq sahəsinə münasibətdə 73/75 hissə, fərdi yaşayış evərinə münasibətdə 14/15 hissə payı naturada ayrılaraq məhkəmə eksperitza mərkəzinin 08 may 2024-cü il tarixli, 10/1610 nömrəli rəyində müəyyən edildiyi kimi bölünsün. İş üzrə X5 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı X3 ödənilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-589/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-589/2024
12.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver