Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-612/2025 05.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X5, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayon AİK-nın 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə JN-147 KOD- 80217018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu Narbağı kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçının və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,36 ha paybəlli torpaq sahəsinin cavabdeh X2 qanunsuz sahibliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, Lənkəran rayon AİK-nın 30 may 1998-ci il tarixli 10 saylı qərarına əsasən Lənkəran rayonu RVO kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçının və digər ailə üzvlərinin birgə mülkiyyətinə 0,36 ha paybəlli torpaq sahəsi verilmiş, həmçinin buna dair (05 nəfər ailə üzvünə) JN-147 KOD-80217018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da təqdim edilmişdir. Xeyli müddətdir ki, JN-147 KOD-80217018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilən həmin torpaq sahəsinin müəyyən hissəsi cavabdeh tərəfindən qanunsuz istifadə olunmaqdadır. Bununla bağlı dəfələrlə cavabdehin özlərinə və kənd rəhbərliyinə müraciətlər etsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Son olaraq JN-147 KOD- 80217018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətiə verilən həmin torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi və göstərilməsindən ötrü Azərbaycan Respublikası ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Müvafiq ölçü işləri aparıldıqdan sonra birgə mülkiyyətdə olan 0,36 ha paybəlli torpaq sahəsinin koordinatları müəyyən edilərək rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməkdə, eyni zamanda iddiaçının öz mülkiyyətindən istədiyi kimi istifadə etməyinə maneçilik törətməkdə davam edir. Onun bu qanunsuz əməlləri nəticəsində maddi ziyan da dəyir. Bu səbəbdən də cavabdehin öz qanunsuz əməllərindən əl çəkmədiyini görüb mülkiyyətçi kimi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, həmin torpaq sahəsini bələdiyyədən almış, lakin torpaq sahəsinə dair sənədi yoxdur. Ona bələdiyyə tərəfindən satılan torpaq sahəsi ilə bağlı bələdiyyəyə müraciət edəcəkdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış JN-147 KOD- 80217018 nömrəli dövlət aktından görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə Lənkəran rayonun Narbağı kəndində yerləşən 0.36 ha torpaq sahəsi X8, X3, İddiaçı Vəhəb qızı, X4 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 12915 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 20 iyun 2025-cü il tarixli, 10/3490 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-147 nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və qeyrilərinin ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Rvo kəndi ərazisində yerləşən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin koordinatlarının faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi, xüsusilə də iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərin mövcud olması) müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalan”na uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək, həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin İddiaçı və qeydlərinin mülkiyyətlərində olan sözügedən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının həmin torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan koordinatlarına tam həcmdə uyğun olmaması müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-147 nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və qeydlərinin ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Rvo kəndi ərazisində yerləşən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən həmin torpaq sahəsinin cənub istiqamətindən nəzərdə tutulması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı və qeydlərinin mülkiyyətlərində olan sözügedən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki vəziyyətə uyğun ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur.Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına və eləcə də faktiki vəziyyətə əsasən sözügedən torpaq sahəsinə gediş-gəliş yolunun şimal və cənub istiqamətlərindən mövcud olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin yolların təsərrüfatdaxili yollar olmaqla bələdiyyə mülkiyyətinə aid və hamının istifadəsi üçün açıq torpaq sahəsi olması müəyyən olunmuşdur. Araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN-147 nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və qeydlərinin ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Rvo kəndi ərazisində yerləşən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin koordinatlarının faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi, xüsusilə də iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərin mövcud olması) müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı və qeydlərinin mülkiyyətlərində olan sözügedən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki vəziyyətə uyğun ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən JN-147 nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və qeydlərinin ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Rvo kəndi ərazisində yerləşən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən 0,36 ha torpaq sahəsinin koordinatlarının həm həmin JN-147 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin koordinatlarına və həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinatlara uyğun olmaması müəyyən olunmuşdur. Araşdırma zamanı iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən 0,36 ha torpaq sahəsinin 0,28 ha hissəsinin həmin torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinatları ilə üst-üstə düşməsi, qalan 0,08 ha hissəsinin isə Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qeyd olunan bələdiyyə mülkiyyətinə aid 0,08 ha torpaq sahəsinin 0,053 ha hissəsinin faktiki vəziyyətdə Cavabdeh istifadəsində olması müəyyən edilmiş və iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən 0,36 ha torpaq sahəsinin 0,053 ha hissəsinin koordinatlarının Cavabdeh faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında JN- 147 nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və qeyrilərinin ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Rvo kəndi ərazisində yerləşən 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Ekspertiza xərci 50 manat təşkil etmişdir. Məhkəmə, izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırkı işin hallarından da görünür ki, iddiaçı ona məxsus olan mülkiyyətdən tam istifadə edə bilmir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edilir. Belə ki, iş materialları ilə sübuta yetirilir ki, iddiaçı özün məxsus 0.36 ha torpaq sahəsinin 0.28 hissəsindən istifaə edə bilsə də, qalan 0.08 hissəsindən istifadə edə bilmir və həmin 0.08 hissənin 0.053 ha hissəsi fatktiki vəziyyətə cavabdeh tərəfindən istifadə edilir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Lənkəran rayon AİK-nın 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə JN-147 KOD- 80217018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu Narbağı kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,36 ha paybəlli torpaq sahəsinin cavabdeh X2 qanunsuz sahibliyindən azad edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat cavabdeh X1 alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-612/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-612/2025
05.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver