Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-623/2023 13.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və «Azəriqaz» İstehsalat Birliyinə qarşı «ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş çəpərin, habelə qaz borusunun sökülməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən zəbt edilmiş Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşməklə onun mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun zəbtdən azad edilməsi, Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan həmin torpaq sahəsinin özü üçün gediş-gəliş yolu kimi zəbt edərək istifadə etdiyi hissəsindən çıxarılması, Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan həmin torpaq sahəsində qanunsuz inşa edilmiş dəmir setkanın cavabdehin hesabına sökülməsi və cavabdehlər Cavabdeh1 və «Azəriqaz» İB tərəfindən onun mülkiyyətində olan həmin torpaq sahəsində çəkdikləri qaz xəttinin onların hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Lənkəran rayon Aqrar islahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərar ilə onun və ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonu, Şağlaküçə kənd ərazisində 0,67 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin döngə nöqtələrini yerində ölçülərək onlara tanıdılmışdır. Sonradan həmin torpaq sahəsi qardaş və baclarının razılığı ilə paylara bölünmüş və o həmin torpaq sahəsinin öz payına düşən hissəsinə dair adına çıxarış almışdır. Həmin torpaq sahəsində eyni zamanda fərdi yaşayış evi vardır. Həmin ev onun mərhum atası tərəfindən inşa edilmişdir. Həmin fərdi yaşayış evində mən və ailə üzvləri birgə yaşayır. Onun mülkiyyətinə verilmiş torpaq sahəsi iş üzrə cavabdeh olan qardaşı zəbt etdiyi üçün o bununla əlaqədar məhkəmədə ona qarşı iddia qaldırdı. Onun iddia tələbinə məhkəmədə baxılarkən məhkəmə tərəfindən texniki-tikinti ekspertizası təyin edilmiş, ekspert tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilərkən cavabdeh tərəfindən onunm mülkiyyətində olan torpaq sahəsinin zəbt olunduğu müəyyən olundu. Bundan sonra məhkəmə onun iddia tələbini təmin edərək onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunan hissəsindən çıxarılması barədə qətnamə qəbul etmişdir. Həmin qətnamə icra məmurları tərəfindən icra edilərkən müəyyən olundu ki, cavabdeh onun mülkiyyətində olan həmin torpaq sahəsindən özü üçün gediş-gəliş yolu düzəltmiş, həmin gediş-gəliş yolunu çəpərə almış və eyni zamanda oradan öz evinə qaz xətti çəkdirmişdir. Buna görə də icra məmurları tərəfindən qətnamə icra edilsə də, onun maneələr olduğu kimi qalmışdır. Cavabdeh tərəfindən qeyd etdiyi işlər o məhkəmədə iddia qaldırdıqdan və məhkəmənin qətnaməsindən sonra görülmüşdür. Beləliklə də, cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsindən özü üçün gediş-gəliş yolu düzəltdiyi üçün, həmin gediş-gəliş yolunu çəpərə aldığı üçün və eyni zamanda oradan öz evinə qaz xətti çəkdirdiyi üçün o öz mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə istifadə edə bilmir. Eyni zamanda onun mülkiyyətində olan torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə qanunla gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Onlar həmişə əvvəllər həmin gediş-gəliş yolundan tam saydada istifadə etmişlər, iş üzrə cavabdeh isə əvvəllər ümumi yol kimi istifadə etdiyləri gediş-gəliş yolunu da bağlayaraq oan həmin yoldan istifadə etməyə imkan vermir. Vəziyyət o hala gəlib çıxmışdır ki, indi həmin yoldan o özünə məxsus avtomobillə keçə bilmir. Bu barədə ona iradını bildirdikdə cavabdeh onun ünvanına nalayiq söyüşlər söyür, hətta onun üstünə hücum çəkir. O bu barədə dəfələrlə polis şöbəsinə şikayət etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh öz qanunsuz hərəkətlərindən əl çəkmir. İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi Nümayəndə1 iddia ərizsəinə etiraz verərək bildirib ki, iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. X6 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin Şağlaküçə kəndi «Azəriqaz» İstehsalat Birliyinin baş direktorunun 06 mart 2013-cü il tarixli 122 nömrəli əmri ilə yaradılmış və tərkibində Qəbul komissiyasının üzvləri, sifarişçinin nümayəndəsi, Tikinti Departamentinin, Əsaslı Tikinti şöbəsinin, Qaz təsərrüfatının İstismarı şöbəsinin, Yeni qazlaşma və inkişaf şöbəsinin, Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin, Layihə konstruktor bürosunun, Həmkarlar İttifaqı Komitəsinin, Podratçının nümayəndəsi "xxxx" MMC-nin, Lənkəran rayonu QİS-nin, Azərbaycan Respublikası FHN Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən nəzarəti Agentliyinin, Sənaye və Energetika Nazirliyinin DQN-nin, "xxxx" MMC-nin nümayəndələrinin tərkibində olan Qəbul komissiyası Az.DTN1.6-1 tikinti normalarının tələblərini rəhbər tutaraq istismara qəbul edilmişdir. Obyektin tikintisi 01 noyabr 2012-ci il tarixdə başlanmış və 30 may 2013-cü il tarixdə başa çatdırılmışdır. Belə ki, iddiaçı Əliyev X3 rayonu, Şağlaküçə kəndində yaşamaqla X6 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində 2013-cü ilim dekabr ayından **********04900 saylı kodla abonent qeydiyyatındadır. Cavabdeh Əliyev X4 rayonu, Şağlaküçə kəndində yaşamaqla X6 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində 18 sentyabr 2013-cü il tarixdən **********04860 saylı kodla abonent qeydiyyatındadır. Sözügedən obyektin tikintisi zamanı İddiaçı tərəfindən hər-hansı bir torpaq sahəsinin zəbt edilməsi ilə bağlı heç bir şikayət daxil olmamışdır. Artıq on bir ilə yaxındır ki, Lənkəran rayonu Şağlaküçə kəndində olan qaz xətləri istismardadır. Həmin qaz xəttləri göründüyü kimi yerli İcra hakimiyyəti və bələdiyyənin sifarişi əsasında Azərbaycan Respublikası FHN Sənayedə işlərinin təhlükəsizlik görülməsi və Dağ-mədən nəzarəti Agentliyinin, Sənaye və Energetika Nazirliyinin DQN-nin ilə razılaşdırılmaqla xüsusi razılığı (lisenziyası) olan podratçı təşkilat tərəfindən tikilmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X2 iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı və cavabdeh onun övladlarıdır. Əri mərhum Ramazan Əliyev vəfat etdikdən sonra ona məxsus torpaq sahəsi oğlanları Dilqəm və Qüdrət arasında bölünmüşdür. 2011-ci ildən etibarən torpaq sahələri arasında çəpər və həmin çəpər boyu təbii qaz xətti çəkilmişdir. Hər iki oğlunun adına 2018-ci ildə çıxarış verilmişdir. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndə ilə təmsil olunmasını nəzərə alıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** reyestr nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışdan və «Texniki Pasport»dan görünür ki, Lənkəran rayonu Şağlaküçə kəndində 0,14586 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 167,7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** reyestr nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışdan və «Texniki Pasport»dan görünür ki, Lənkəran rayonu Şağlaküçə kəndində 0,22548 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 80,0 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** reyestr nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndi ərazisində yerləşən 0,14586 ha torpaq sahəsinə və torpaq saəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yoluna Cavabdeh1 tərəfindən hər hansı maneə yaradılması müəyyən olunmadı (yolun hərəkət istiqaməti üzrə əvvəl iddiaçıya, sonra isə cavabdehə məxsus torpaq sahəsi və fərdi yaşayış evi yerləşir). Sözügedən gediş-gəliş yolunun faktiki olaraq tərəflərin istifadələrində olması müəyyən olundu. Tərəflərin ümumi istifadələrində olan həmin gediş-gəliş yolu üzərində hər hansı tikilinin olması aşkar olunmadı. Cavabdeh1 tərəfindən inşa edilmiş dəmir setka və cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən çəkilmiş qaz xətti İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən həmin 0,14586 ha torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olundu. Əlavə araşdırma zamanı müəyyən olundu ki, ərazidə mübahisə predmeti olan və faktiki olaraq tərəflərin ümumi istifadələrində olan gediş-gəliş yolu Torpaqların elektron kadastr uçotu informasiya sistemində gediş-gəliş yolu kimi öz əksini tapmışdır. Digər tərəfdən araşdırma zamanı müəyyən olundu ki, tərəflərin faktiki istifadələrində olan sözügedən gediş-gəliş yolunun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0.14586 ha torpaq sahəsinin sərhəd hüdudlarının daxilində yerləşməsi müəyyən olundu. Lakin faktiki vəziyyətdə isə təmin gediş-gəliş yolunun İddiaçı faktiki istifadəsində olan həmin torpaq sahəsnin sərhəd hüdudlarından kənarda yerləşməsi və sözügedən torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə vəziyyətinin üst-üstə düşməməsi müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4943 №-li, 26 iyul 2023-cü il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 1064/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndi ərazisində yerləşən 0,14586 ha torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 1064/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndi ərazisində yerləşən 0,14586 ha torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yoluna Cavabdeh1 tərəfindən hər hansı maneə yaradılması müəyyən olunmamışdır, (yolun hərəkət istiqaməti üzrə əvvəl iddiaçıya, sonra isə cavabdehə məxsus torpaq sahəsi və fərdi yaşayış evi yerləşir). Sözügedən gediş-gəliş yolunun faktiki olaraq tərəflərin istifadələrində olması müəyyən olunmuşdur. Tərəflərin ümumi istifadələrində olan həmin gediş-gəliş yolu üzərində hər hansı tikilinin olması aşkar olunmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəXsİ şəxsisaylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1064/2023 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh1 tərəfindən inşa edilmiş dəmir setka və cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən çəkilmiş qaz xəttinin İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən həmin 0,14586 ha torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Qaz Kəmərinin texniki Pasportundan görünür ki, Lənkəran rayonu, Şağlaküçə kəndinin qazlaşdırma işləri xx.xx.2012-ci ildə başlamış xx.xx.2013-cü il tarixdə başa çatmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** reyestr nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Lənkəran rayonu Şağlaküçə kəndində 0,14586 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 167,7 kv.m olan fərdi yaşayış evi İddiaçı, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** reyestr nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən isə həmin kənddə 0,22548 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 80,0 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İddiaçı qeyd olunan torpaq sahələri arasında onun və cavabdehin ümumi istifadəsində olan gediş-gəliş yolunun cavabdehin qanunsuz istifadəsində azad olunmasını, cavabdeh tərəfindən onun mülkiyyətində olan həmin torpaq sahəsinə qanunsuz inşa edilmiş dəmir setkanın və «Azəriqaz» İstehsalat Birliyi tərəfindən çəkilmiş qaz xəttinin sökülməsini tələb edir. Cavabdehlər isə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. İşin faktiki halları ilə əlaqədar məhkəmə qeyd edir ki, Cavabdeh1 onunla iddiaçıya məxsus Lənkəran rayon Şağlaküçə kəndində yerləşən gediş-gəliş yolunun tutulması ilə bağlı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsinə DƏDRX-in 10 saylı Ərazi İdarəsinin mütəxəssisləri cəlb olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4943 №-li, 26 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, mübahisəli gediş-gəliş yolu cavabdeh tərəfindən zəbt edilməməklə yanaşı, həmin gediş gəliş yolunun istiqaməti əvvəlcə iddiaçıya məxsus torpaq sahəsindən keçməklə daha sonra cavabdehə məxsus torpaq sahəsinə doğru istiqamətlənir. Göründüyü kimi cavabdehin iddaçıya məxsus torpaq sahəsinə gediş-dəliş yolunu zəbt etməsi məntiqən mümkün deyildir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, iddianın «iddiaçıya məxsus torpaq sahəsinə gedən gediş-gəliş yolunun cavabdehin qanunsuz zəbtindən azad edilməsinə» dair hissəsi əsassızdır və rədd edilməlidir. Məhkəmə iddianın «iddiaçıya məxsus torpaq sahəsində Cavabdeh1 tərəfindən çəkilmiş çəpərin və «Azəriqaz» İstehsalat Birliyi tərəfindən çəkilmiş qaz xəttinin sökülməsi» hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də rədd olunmalıdır. Belə ki, Lənkəran rayonu Şağlaküçə kəndində 0,14586 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 167,7 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə İddiaçı mülkiyyəti kimi qeydə alınmış, lakin qeyd olunan çəpər və qaz boru xətti (boru xətti 2013cü ildə çəkilib bitirilmişdir) qeyd olunan torpaq sahəsi iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl çəkilmişdir. Yəni iddiaçı torpaq sahəsini mülkiyyətinə qəbul edərkən artıq qaz boru xətti və mübahisəli dəmir setka möcu olmuş və iddiaçı torpaq sahəsini bur formada qəbul etmişdir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, hazırki iş üzrə təqdim edilən və məhkəmənin sorğusu əsasında əldə edilən sübutlar isə iddianın əsaslılığını təsdiq etmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və «Azəriqaz» İstehsalat Birliyinə qarşı «ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş çəpərin, habelə qaz borusunun sökülməsi» tələbinə dair iddiası rədd edilməli və iş üzrə ekspertiza xərci təşkil edən 50 manat İddiaçı aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və «Azəriqaz» İstehsalat Birliyinə qarşı «ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş çəpərin, habelə qaz borusunun sökülməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ekspertiza xərci təşkil edən 50 manat İddiaçı aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-623/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-623/2023
13.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver