Məhkəmə qərarları › İş №2(049)-625/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-625/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-625/2025 08.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X29 Əhmədağa oğlunun sədrliyi, məhkəmənin iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, sonuncunun tərcüməçisi X6, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər - Lənkəran “ASAN xidmət” regional mərkəzində notariat ofisinin nümyəndəsi X27 və X7 iştirakı ilə Lənkəran rayon 1 saylı Notariat ofisini müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməklə İddiaçı cavabdehlər Cavabdeh1 qarşı Lənkəran “ASAN xidmət” regional mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ 512376 nömrəli etibarnamənin etibarsız hesab edilməsi, onun əsasında Lənkəran “ASAN xidmət” regional mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********21 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakınm dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 arasında xx.xx.2024cü il tarixdə Lənkəran regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş «bağışlanma miiqaviləsi»nin və onun əsasında Cavabdeh1 adına verilmiş **********21 daşınmaz əmlakın reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1930-cu il tarixdə Lənkəran rayonu Narbağı kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətlərinə Lənkəran rayonu, Narbağı kəndi ərazisində 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına JN-0048 Kod nömrəsi 80217038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı da verilmişdir. Yaşlı adam olmaqla 94 yaşı vardır. Bu yaxınlarda qardaşı qızları olan Cavabdeh1 və onun doğma bacısı olan X11 onun yanına gələrək demişilər ki, yuxarıda qeyd etdiyi torpaq sahəsinə dair Çıxarış almaq lazımdır və o, yaşlı adamdır, get-gəl edə bilməz, o, onların adlarına etibarnamə versin, onlar da həmin torpaq sahəsinə dair Çıxarış alsınlar. O, onlara inanmış, çünki, həmin dövlət aktında Cavabdeh1 da adı vardır. Xanımnaz əvvəllər oğlu X8 arvadı olmuş və oğlu Firudin 20 ildən artıqdır ki, ondan ayrı yaşayır. Cavabdeh1 və onun doğma bacısı X11 29 oktyabr 2024cü il tarixdə onu avtomaşınla Lənkəran rayonu, Qurunba kəndində yerləşən Lənkəran regional "ASAN xidmət" mərkəzinə aparıb əl arabasında yuxarı qaldırıb, şəklini çəkdirmiş və etibarnaməyə görə onun əvəzinə imza etmişlər. Yaşlı adam olduğu üçün bilməmişdir ki, nəyə görə onun şəklini çəkmişlər. Lakin sonradan bilmişdir ki, onlar onu aldadıb etibarnamə almışlar. Həmin etibarnamədən də istifadə edib, Cavabdeh1 doğma bacısı X11 onun və ailə üzvlərinin birgə mülkiyyətində olan Lənkəran rayonu, Narbağı kəndi ərazisində 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona düşən hissəsini bağışlama yolu ilə Cavabdeh1 adına rəsmiləşdirmişdir. Notarius onun şəklini çəkəndə ona izah etməmişdir ki, nəyə görə onun şəklini çəkir. Əgər qardaşı qızları ona torpaq sahəsinin özünə düşən hissəsinin bağışlmasına görə notariusa getmək olduğunu desəydilər, o, razı olmazdı. Belə olan halda hesab edir ki, yuxarıda qeyd olunan bağışlama müqaviləsi və onun əsasında verilmiş Çıxarış etibarsız hesab edilməlidir. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsini cavabdehlər sırasından xaric etməklə Lənkəran “ASAN xidmət” regional mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ 512376 nömrəli etibarnamənin, onun əsasında Lənkəran “ASAN xidmət” regional mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********21 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında tərcüməçi X17 vasitəsilə izahatı alınmış İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, Çernobıl əlilidir, gözləri zəif görür, qulaqları zəif eşidir. İddiaçı onun anasıdır. Anası əl arabası ilə hərəkət etdiyindən, məhkəmə iclasına gələ bilməmişdir. Cavabdeh Xanımnaz anasını notariat ofisinə aparmış, orada kamera qarşısında onun anasına bildirmişdir ki, anası ilə birgə mülkiyyətlərində olan torpaq sahəsini almaq istəyən şəxs var, anası ona etibarnamə versin ki, o da DƏDRX-nə gedib mülkiyyət hüquqlarını təsdiqləyən Çıxarış alsın. Anası Xanımnaza inanaraq ona etibarnamə vermiş, lakin sonuncu onun anasının verdiyi etibarnamədən istifadə edərək anasının torpağını öz adına keçirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında isə əlavə olaraq bildirmişdir ki, cavabdeh Xanımnazla 3-cü şəxs doğma Gülnar bacılar olmaqla bərabər, həm də qudadırlar. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasına gətirilmiş və tərcüməçisi X15 vasitəsilə izahatı alınmış İddiaçı iddiasını müdafiə edərək göstərmişdir ki, 3-cü şəxs X11 və cavabdeh Xanımnaz onun qardaşı qızlarıdır. Bununla yanaşı, sonuncu onun gəlini olmuşdur. O, hazırki mübahisənin predmeti ilə bağlı notariat ofisində olmamışdır. Bir cavan yaşlı kişi onun evinə gəlmiş və həmin şəxs orada ona bildirmişdir ki, birgə mülkiyyətdə olan torpaqla bağlı sənəd hazırlayıblar, onu imzalamaq lazımdır. O da həmin şəxsə inanaraq bilmədiyi həmin sənədi imzalamışdır. Əslində indi başa düşür ki, onu aldatmışlar. O, torpaq sahəsini Xanımnaza bağışlamamışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, onun yerinə kimsə imza atıb. O, Gülnara deməmişdir ki, onun torpağını bacısı Xanımnaza bağışlasın. O, öz torpaq sahəsini və həmin torpaq sahəsinə dair alınmış sənədlərini onlardan tələb edir. Özü sərbəst olaraq imza ata bilir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh1 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların gəlməmələrinin səbəbini üzürsüz sayaraq, iş materiallarında olan sənədlər əsasında qərar qəbul edilməsini və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Lənkəran “ASAN xidmət” regional mərkəzində notariat ofisinin nümayəndəsi X27 iddianı qəbul etməyib göstərmişdir ki, İddiaçı notariat ofisində etibarnamə verdiyi zaman, orada 3-cü şəxslər Gülnar Məmmədova və Roman Babazadə də olmuşlar. Bu barədə müvafiq çəkiliş aparılmış və onların videogörüntüləri də vardır. Həmin görüntüləri notariat ofisi deyil, “ASAN xidmət” təqdim edə bilər. Yəqin ki, X24 Yəhyayevanın “adamı” olmuşdur. Balabəgim savadsız olduğu üçün Roman onun yerinə etibarnaməni imzalamışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, etibarnamə verilən zaman sistemdə iştirak etmiş bütün şəxslərin şəkilləri görünür. Lakin etibarnamədə yalnız etibar edilənin şəkili yerləşdirilir. İddiaçı notariat ofisində görmüş, həmin şəxs yaşlı olmaqla tam sərbəst hərəkət edə bilməmişdir. Etibarnamə verməmişdən əvvəl İddiaçı savadsız olduğu üçün soruşmuşlar ki, niyə etibarnamə verir, həmin etibarnamənin verilməsi nə ilə bağlıdır və s. Balabəgim notariat ofisinə gəldiyi zaman artıq bilmişdir ki, nə məqsədlə ora gəlmişdir. Əvvələr notariuslar evlərə gedərək bir sıra notariat əməliyyatlarını həyata keçirsələr də, “ASAN xidmət”də bunu etmək mümkün deyildir. İddianın təmin edilməməsini xahiş edir. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X18 iddianı qəbul etməyib göstərmişdir ki, Lənkəran “ASAN xidmət” regional mərkəzində işləyir. xx.xx.2024-cü il tarixdə notariat ofisinin operatoru Aydan xanım məlumat verərək bildirmişdir ki, bir xanım sənədi imzalaya bilmir. Buna görə də o, notarius Səfər İsmayılova yaxınlaşmış, sonuncu ona bildirmişdir ki, vətəndaş kordursa və savadsızdırsa, onun yerinə o, imza ata bilər. Buna görə də o, “Notariat əməliyyatlarının aparılması haqqında” Təlimatın 34-cü maddəsini əldə rəhbər tutub, xanımın gözləri görmədiyi üçün onun yerinə etibarnaməni imzalamışdır. Etibarnamə bir tərəfli mülki sənəd olduğundan, etibarnamədə yalnız etibar edənin şəkili göstərilir. Həmin etibarnaməni özü imzaladığı üçün, etibarnamədə onun şəkili əks olunmuşdur. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, İddiaçı görmə qabiliyyətinin olub-olmadığını araşdırmaq onun səlahiyyətində olmamışdır. Onu notarius araşdırmalıdır. O, etibarnaməni imzalamamışdan əvvəl onun mətnini İddiaçı oxumuşdur. İddianın təmin edilməməsini xahiş edir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı X9 1930-cu ildə doğulmuşdur. xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış JN-0048 saylı, 80217038 kodlu “Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”nın surətindən görünür ki, Lənkəran rayonu, Narbağı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,39 hektar torpaq sahəsi X10, X19, X4, X12, X13 və X16 olmaqla 06 nəfərin adına xüsusi mülkiyyət hüququ əsasında rəsmiləşdirlimişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********21 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Narbağı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,3865 hektar torpaq sahəsi X16, X13, X12, Cavabdeh1, İddiaçı və X19 olmaqla 06 nəfərin adına xüsusi mülkiyyət hüququ əsasında rəsmiləşdirlimişdir. Qeydiyyat tarixi xx.xx.2024-cü il olan “Elektron notariat” X1 edilmiş Çıxarışdan görünür ki, etibar edən (mülkiyyətçi) İddiaçı etibar edilən X5 reyestrdə 7E-13592 nömrə ilə qeyd olunmuş etibarnamə verərək Azərbaycan Respublikasının ərazisində yerləşən özünə məxsus olan bütün daşınar və daşınmaz dair sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamağı etibar etmişdr. Etibarnaməni cismani qüsurlu olan şəxsin əvəzinə imza edən şəxs X18 imzalamışdır. Həmin etibarnamənin fotoşəkillər bölməsində etibar edən və etibar edillən şəxslərin adları yazılsa da, yalnız etibar edənin əvəzinə imza atmış X7 şəkili əks olunmuşdur. Reyestrdə 7E-13592 nömrə ilə qeyd olunmuş xx.xx.2024-cü il tarixdə verilmiş AR-İİİ 512376 nörəli etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı etibar edilən X5 özünə məxsus olan bütün daşınar və daşınmaz dair sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamağı etibar etmişdr. Etibarnaməni əlləri əsməsi səbəbindən İddiaçı tapşırığı ilə X18 notariusun yanında imzalamışdır. Qeydiyyat tarixi xx.xx.2024-cü il olan “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təqsdiq olunmuş surətindən görünür ki, mülkiyyətçi İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 rayonu, Narbağı kəndində yerləşən 0,3865 hektar torpaq sahəsinin birgə mülkiyyət üzrə İddiaçı məxsus hissəsini hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Həmin müqaviləni İddiaçı əvəzinə X11 və Cavabdeh1 imzalamışlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********21 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Narbağı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,3865 hektar torpaq sahəsi X16, X13, X12, X19 və Cavabdeh1 olmaqla 05 nəfərin adına xüsusi mülkiyyət hüququ əsasında rəsmiləşdirlimişdir. Qeydiyyat tarixi xx.xx.2024-cü il olan “Elektron notariat” X1 edilmiş Çıxarışdan görünür ki, İddiaçı notariat ofisinə müraciət edərək göstərmişdir ki, xx.xx.2024 tarixdə Lənkəran regional "ASAN xidmət" mərkəzində notariat ofisində Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan X5 reyestrdə 7E-13592 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. O, həmin etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini təmin edilməsini xahiş etmişdir. Lənkəran Regional "ASAN xidmət" mərkəzinin Lənkəran regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusuna ünvanladığı 2 aprel 2025-ci il tarixli cavabdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 25 mart 2025-ci il tarixli, 159 nömrəli sorğusunda qeyd etdiyi xx.xx.2024-cü il tarixdə vətəndaşlar İddiaçı və Cavabdeh1 arasında Lənkəran regional “ASAN xidmət” mərkəzində bağlanmış bağışlama müqaviləsi ilə bağlı qeydə alınmış videogörüntülər müəyyən edilmiş müddət bitdiyi üçün sistemdən silindiyindən təqdim edilməsi mümkün deyildir. “ASAN xidmət” mərkəzlərində audio səs yazılarının qeydiyyatı həyata keçirilmir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iclasına gəlmiş proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hesab edir ki, ilk növbədə mübahisələndirlən etibarnamənin qanini əsaslarla verilib verilməməsinə qiymət verilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı adından sonuncuya məxsus daşınmaz əmlaka dair sərəncam verilməsinə dair xx.xx.2024-cü il tarixli AR-İİİ 512376 nömrəli etibarnaməni onun əvəzinə Lənkəran regional “ASAN xidmət” mərkəzində işləyən X18 imzalamışdır. Bu zaman “Elektron notariat” X1 edilmiş Çıxarışda İddiaçı cismani qüsurlu olan şəxs kimi, həmin tarixli etibarnamədə isə, bundan fərqli olaraq, əlləri əsən şəxs kimi göstərilmişdir. Göründüyü kimi, cismani qüsurlu şəxslə, əlləri əsən şəxs anlayışı fərqli-fəqli anlayışlardır. Bundan əlavə məhkəmə iclasında notariat ofisinin nümayəndəsi bildirmişdir ki, həmin etibarnamə verildiyi zaman etibar edən, etibar edilən və etibar edənin əvəzinə imza etmiş Roman Babazadə notariat ofisində olmuşlar. Lakin, hər üç şəxsin etibarnamə verildiyi zaman notariat ofisində olduqları bildirilsə də, etibarnamənin arxasında yalnız etibar edənin əvəzinə imza amış Roman Babazadənin şəkili əks olunmuş, etibar edənin və etibar edilənin isə şəkilləri əks olunmamış, şəkil yerləşdirilməli pəncərələr boş qalmışdır. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının özünün də məhkəmə iclasında etiraf etdiyi kimi, o, ümumiyyətlə notariat ofisində olmamış, onun yerinə, onun iradəsinə zidd olaraq Roman Babazadə etibarnaməni imzalayaraq, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka dair sərəncam vermək hüququnu Gülnar Məmmədovaya ötürmüş, sonuncu da öz növbəsində həmin etibarnamə əsasında iddiaçının, cavabdehin və digər şəxslərin birgə mülkiyyətlərində olan torpaq sahəsinin ona düşən hissəsini doğma bacısı olan Cavabdeh1 bağışlamışdır. Məhkəmə qeyd edir ki, hətta 95 yaşlı iddiaçı notariat ofisində olmuş olsaydı belə, yuxarıda göstərilmiş iki əsasla, yəni cismani qüsurla və əllərin əsməsi ilə bağlı, eləcə də notariat ofisinin nümayəndəsinin göstərdiyi savadsızlığı ilə bağlı imzanın İddiaçı əvəzinə Roman Babazadə tərəfindən icra edilməsi üçün qanuni əsaslar olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs görmə qabiliyyəti tam məhdud və savadsızdırsa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş eşitmə, görmə və eşitmə-nitq qabiliyyəti tam məhdud olan şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən eşitmə, görmə və eşitmə-nitq qabiliyyəti tam məhdud olan şəxsin iradəsinə uyğundur. Göründüyü kimi, savadsız şəxsə deyil, görmə qabiliyyəti tam məhdud və savadsız şəxsə sənədin mətni oxunmalı və onun əvəzinə onu başqa şəxs imzalamalıdır. Lakin məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı tam görmə qabiliyyətlidir, 5-ci sinifi bitirmiş və sərbəst olaraq imza atmaq iqtidarındadır. Hazırda, onun iradəsinə zidd olaraq, onun yerinə etibarnaməni başqa şəxs imzalamış, həmin etibarnamə əsasında iddiaçıya məxsus Konstitusion hüquq olan mülkiyyət hüququ pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, həmin hüquq bərpa edilməli, iddiaçının adından imzalanmış etibarnamə, həmin etibarnamə əsasında rəsmiləşdirlmiş bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə torpaq sahəsini hədiyyə olaraq qəbul etmiş Cavabdeh1 vicdanlılıq məsələsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, əşyanı əldə edənlər vicdanlı və vicdansız əldə edənlər kimi fərqləndirilirlər. Əşyanı əldə edərkən onu özgəninkiləşdirənin həmin əşyanın mülkiyyətçisi olmadığını bilməyən və bilməli olmayan şəxs əşyanı vicdanlı əldə edən sayılır. Bir qayda olaraq vicdanlı əldə edənlərdən əşya tələb oluna bilməz. Lakin bu ümumi qaydadan belə bir istisna vardır ki, əşya əvəzsiz əldə edildikdə, eləcə də əşya qanuni mülkiyyətçi tərəfindən itirilmişsə, ondan oğurlanmışsa və ya onun sahibliyindən çıxmışsa, onu əldə edən bunu bilməmiş olsa da vicdanlı əldə edən sayılmır. Bu halda mülkiyyətçi həmin əmlakı əldə edəndən geri tələb edə bilər. Beləliklə qeyd olunan maddənin təhlilindən vicdanlılıq faktının yaranması üçün aşağıdakı nəticələrə gəlinir:

1. Özgəninkiləşdirən şəxsin mülkiyyətçi olmadığını bilməməli və bilməli olmamalıdır;

2. Əvəzli qaydada əldə edilməlidir;

3. Əşya mülkiyyətçinin iradəsinə zidd onun idarəsindən çıxmamalıdır;

4. Vicdanlılıq əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 iddiaçının həm qardaşı qızı, həm də sabiq gəlinidir. Cavabdeh1 bilirdi ki, özünün də mülkiyyətçisi olduğu və Lənkəran rayonu, Narbağı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,39 hektar torpaq sahəsinin mülkiyyətçilərindən biri də məhz 95 yaşlı bibisi, eyni zamanda da sabiq qayınanası olmuş X3r. İddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsində özünə düşən hissəsini birbaşa öz sabiq gəlininə bağışlamaq hüququ və imkanı olmuşdur. Lakin o, bu hüququndan və imkanından istifadə etməmişdir. Çünki onun torpaq sahəsini bağışlamaq kimi bir niyyəti olmamışdır. Buna baxmayaraq dolayı yolla onun Gülnar Məmmədovaya etibarnamə verməklə torpaq sahəsini sonuncunun vasitəsilə sabiq gəlininə bağışlamaq istəməsini məhkəmə inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının 95 yaşında olmaqla, qismən savadsızlığından istifadə edən cavabdeh, 3-cü şəxs Gülnar Məmmədova ilə əlbir olaraq JN-0048 saylı, 80217038 kodlu “Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı” əsasında “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın alınmalı olduğunu bildirib iddiaçıdan bunun üçün imza etməli olduqlarını ona bildirmiş, bunun üçün onlar “ASAN xidmət”də çalışan Roman Babazadənin yardımından istifadə etmiş, sonuncu iddiaçının qüsurlu və savadsız olmadığına baxmayaraq, onun qüsurlu və savadsız olduğunu qeyd etməklə adından etibarnaməni imzalayaraq Gülnar Məmmədovaya vermiş, Gülnar Məmmədova da öz növbəsində iddiaçının ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini əlbir olan bacısı Cavabdeh1 bağışlamaqla, iddiaçının iradəsinə zidd hərəkətlər etmişdir. Bunun əksini sübut etmə yükü cavabdeh və üçüncü şəxs Gülnar Məmmədovanın üzərilərinə düşsə də, onlar dəfələrlə məhkəmə iclaslarına dəvət olunmalarına baxmayaraq, gəlməmiş, öz sübutlarını məhkəməyə təqdim etməmiş və ya, iddiaya qarşı hər hansı bir etiraz verməmişlər. Bundan da əlavə yuxarıda qeyd olundu ki, əşya əvəzsiz əldə edildikdə, onu əldə edən vicdanlı əldə edən sayılmır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, bağışlanma müqaviləsi əvəzsiz əqd olduğundan, həmin müqavilə etibarsız hesab edilsə belə, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri tətbiq edilməməlidir. Beləliklə məhkəmə Cavabdeh1 vicdansız əldə edən hesab edərək hesab edir ki, İddiaçı adından X5 verilmiş və Lənkəran “ASAN xidmət” regional mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ 512376 nömrəli etibarnamə və onun əsasında Lənkəran “ASAN xidmət” regional mərkəzində notariat ofisində təsdiq edilmiş İddiaçı adından Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********21 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

NƏTİCƏ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı adından X5 verilmiş və Lənkəran “ASAN xidmət” regional mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ 512376 nömrəli etibarnamə və onun əsasında Lənkəran “ASAN xidmət” regional mərkəzində notariat ofisində təsdiq edilmiş İddiaçı adından Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********21 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X33

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar