Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-67/2023 19.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, həmçinin Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X9, X6, X4, X16 və X5 qarşı «zəbt olunmuş torpaq sahəsinin azad edilməsi və qanuni sahiblərinə qaytarılması, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon AİK-nın 06 iyul 1997-ci il tarixli 18 saylı qərarı ilə JN-0634 KOD 80214018 saylı torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnanməyə əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə Lənkəran rayonu Mamusta kəndində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş olan 0,15 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin onun öz hesabına sökülməklə və onun tərəfindən sökülmüş setka çəpərin bərpa edilməklə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, onun öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onun qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək, X9, X6, X4, X16 və X3 da cavbdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixdə Mamusta kənd sakini X7 (uzun illərdir itkin düşüb, hal-hazıradək heç bir məlumat yoxdur) ilə ailə həyatı qurmuş, buna görə də qızlıq soyadı ər soyadı ilə əvəz edilmişdir. Cavabdeh Dadaşov X13 rayonu Mamusta kəndində onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə qonşuluqda yerləşən həyətdə yaşayır. Lənkəran rayon AİK-nın 06 iyul 1997-ci il tarixli 18 saylı qərarına əsasən Lənkəran rayonu Mamusta kəndində onun, həyat yoldaşının və qızlarının birgə mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədilə 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş, onlara (4 nəfər ailə üzvünə) JN-0634 KOD-80214018 saylı torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə də verilmişdir. Onun və ailə üzvlərinin mülkiyyətində olan 0,15 ha torpaq sahəsi cavabdeh X10 məxsus torpaq sahəsi ilə yanbayan yerləşməkdədir. Təxminən 2019-cu ilin avqust ayında cavabdeh özü ilə onların mülkiyyətində olan torpaq sahələrinin arasında olan setka çəpəri sökərək onlara məxsus əraziyə kubik daşları töküb orada özü üçün ev (qanunsuz tikili) inşa etməyə başlamışdır. Bununla bağlı dəfələrlə cavabdehə və kənd icra nümayəndəliyinə, həmçinin kənd bələdiyyəsinə müraciətlər etsələr də, heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdeh mülkiyyətlərində olan torpaq sahəsindən qanunsuz istifadə etməkdə, eyni zamanda onun da öz mülkiyyətindən istədiyi kimi istifadə etməyinə maneçilik törətməkdə davam edir. Onun bu qanunsuz əməlləri nəticəsində o öz mülkiyyətindən məhrum olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində konkret olaraq tikilinin sökülməsini göstərilmişdir. Hazırda isə ekspert rəyinə əsasən tikilinin konkret olaraq daş hasar olması müəyyən edilmişdir. Odur ki, iddia tələbinə dəyişilik edərək həmin hissəsinin daş hasarın sökülməsi kimi qəbul edib ona münasibətdə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə Cavabdeh zəbt olunmuş torpaq sahəsinin boşaldıldığını və iddiaçıya təhvil verildiyini bildirsə də, iddiaçı bununla bağlı ona hər hansı məlumat verməmişdir. Halbuki, o iddiaçı ilə ötən gün ərzində əlaqə saxlamış və iddiasını müdafiə etdiyini bildirmişdir. Buna görə də iddianın tam təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmiş, əlavə olaraq göstərmişdir ki, mütəxəssislər ölçü işləri apardıqdan sonra onlara məlum olmuşdur ki, iddiaçının torpaq sahəsindən istifadə edirlər. Ona görə də həmin torpaq sahəsini boşaltmış və iddiaçıya təhvil vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı, həmçinin cavabdehlər X9, X6, X4, X16 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə İddiaçı, həmçinin cavabdehlər X9, X6, X4, X16 və X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia aşağıdakılara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0634 KOD 80214018 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayonu Mamusta kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,15 ha torpaq sahəsi X7, X8, X12 və X1 ümumi birgə mülkiyyətindədir. ƏMDX Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad Layihə- Tədqiqat İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsinin sərhədləri və koordinatları, Mamusta kəndinin yaşayış məntəqəsinin yerquruluşu planına əsasən müəyyən edildi. Həmçinin İddiaçı və ailə üzvlərinin faktiki olaraq istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada plana alındı. Məlum oldu ki, JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsinin fiziki ölçüləri və konfiqurasiyası, şimal, cənub, qərb və şərq tərəfdən faktiki istifadəyə uyğun gəlir, lakin cənub-şərq tərəfdən yəni mübahisə predmeti olan istiqamətdən faktiki istifadəyə uyğun gəlmir. Belə ki, JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsi 0,15 ha, faktiki olaraq isə istifadə etdikləri torpaq sahəsinin 0,135 ha olması müəyyən olundu. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (********** qeydiyyat nömrəli) **********58-10301 nömrəli çıxarış, «Texniki Pasport»a əsasən cavabdehlər Cavabdeh, X9, X4, X16 və X3 ümumi birgə mülkiyyətlərində olan 0,11 ha torpaq sahəsinin koordinatları müəyyən edildi. Həmçinin Cavabdeh və ailə üzvlərinin faktiki olaraq istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada plana alındı. Məlum oldu ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (********** qeydiyyat nömrəli) **********58-10301 nömrəli çıxarış, «Texniki Pasport»a əsasən cavabdehlər Cavabdeh, X9, X4, X16 və X3 ümumi birgə mülkiyyətlərində olan 0,11 ha torpaq sahəsinin fiziki ölçüləri və konfiqurasiyası, şimal, cənub, qərb və şərq tərəfdən faktiki istifadəyə uyğun gəlir, lakin şimal-qərb tərəfdən yəni mübahisə predmeti olan istiqamətdən faktiki istifadəyə uyğun gəlmir. Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (********** qeydiyyat nömrəli) **********58-10301 nömrəli çıxarış, «Texniki Pasport»a əsasən cavabdehlərin adına 0,11 ha torpaq sahəsi qeydə alınmış, lakin faktiki olaraq isə istifadə etdikləri torpaq sahəsinin 0,123 ha olması müəyyən olundu. JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (********** qeydiyyat nömrəli) **********58- 10301 nömrəli çıxarış, «Texniki Pasport»a əsasən cavabdehlər Cavabdeh, X9, X4, X16 və X3 ümumi birgə mülkiyyətlərində olan 0.11 ha torpaq sahəsi sənədlərə əsasən üst-üstə düşmür, qonşu torpaq sahələridir. Lakin JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə olan 0,15 ha torpaq sahəsinin 0,012 ha hissəsi cavabdehlər Cavabdeh, X9, X4, X16 və X11 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən istifadə olunan həmin 0,012 ha torpaq sahəsində tikililər mövcud deyildir, lakin torpaq sahəsinin şimal hissəsində, 3,6 m uzunluqda daş hasar mövcuddur. Mütəxəssis tədqiqatının dəyəri 406 manat təşkil edir. Təqdim edilmiş qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsi üçün ödənilməli olan 406 manat məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/593 №-li, 03 mart 2023-cü il tarixli rəyindən görünür ki, ƏMDX Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin mütəxəsis rəyinə əsasən, JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsinin sərhədləri və koordinatları, Mamusta kəndinin yaşayış məntəqəsinin planına əsasən müəyyən edilmişdir. Həmçinin İddiaçı və ailə üzvlərinin faktiki olaraq istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada plana alınmışdır. JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsinin fiziki ölçüləri və konfiqurasiyası, şimal, cənub, qərb və şərq tərəfdən faktiki istifadəyə uyğun gəlir, lakin cənub-şərq tərəfdən yəni mübahisə predmeti olan istiqamətdən faktiki istifadəyə uyğun gəlmir. Belə ki, JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsi 0,15 ha faktiki olaraq isə istifadə etdikləri torpaq sahəsinin 0.135 ha olması müəyyən olunmuşdur. ƏMDX Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin mütəxəsis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (********** qeydiyyat nömrəli) **********58-10301 nömrəli çıxarış, “Texniki Pasport”a əsasən cavabdehlər Cavabdeh, X9, X4, X16 və X3 ümumi birgə mülkiyyətlərində olan 0.11 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmçinin Cavabdeh və ailə üzvlərinin faktiki olaraq istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada plana alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (********** qeydiyyat nömrəli) **********58- 10301 nömrəli çıxarış, “Texniki Pasport”a əsasən cavabdehlər Cavabdeh, X9, X4, X16 və X3 ümumi birgə mülkiyyətlərində olan 0.11 ha torpaq sahəsinin fiziki ölçüləri və konfiqurasiyası, şimal, cənub, qərb və şərq tərəfdən faktiki istifadəyə uyğun gəlir, lakin şimal-qərb tərəfdən yəni mübahisə predmeti olan istiqamətdən faktiki istifadəyə uyğun gəlmir. Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (********** qeydiyyat nömrəli) **********58-10301 nömrəli çıxarış, “Texniki Pasport”a əsasən cavabdehlərin adlarına 0.11 ha torpaq sahəsi qeydə alınmış, lakin faktiki olaraq isə istifadə etdikləri torpaq sahəsinin 0.123 ha olması müəyyən olunmuşdur. ƏMDX Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin mütəxəsis rəyinə əsasən, JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (********** qeydiyyat nömrəli) **********58-10301 nömrəli çıxarış, “Texniki Pasport”a əsasən cavabdehlər Cavabdeh, X9, X4, X16 və X3 ümumi birgə mülkiyyətlərində olan 0.11 ha torpaq sahəsinin sənədlərə əsasən üst-üstə düşmədiyi, qonşu torpaq sahələri olduğu müəyyən edilir. Lakin JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsinin 0.012 ha hissəsinin cavabdehlər Cavabdeh, X9, X4, X16 və X11 tərəfindən istifadə edildiyi müəyyən edilir. Cavabdehlər tərəfindən istifadə olunan həmin 0.012 ha torpaq sahəsində tikililər mövcud deyildir, lakin torpaq sahəsinin şimal hissəsində, 3.6 m uzunluqda daş hasar mövcuddur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlərin mülkiyyətində olan torpaq sahələri Lənkəran rayonu Mamusta kəndində yerləşməklə qonşu torpaq sahələridir. İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0,15 ha, cavabdehlərin mülkiyyətində isə 0,11 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan hallar işin tərəflərcə mübahisələndirilməyən hallarıdır. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini, torpaq sahələrinin sərhədləri arasında yerləşən çəpərin cavabdehlər tərəfindən söküldüyünü və onun torpaq sahəsində cavabdehlər tərəfindən daş hasar inşa edildiyini, onun öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən maneələr yaradıldığını bildirərək, həmin halların məhkəmə qaydasında aradan qaldırılmasını tələb edir. Cavabdeh isə belə halların mövcud olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Qeyd olunan hüquq normasının tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtinə görə:
1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı
2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli
3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli
4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı
5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı
6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı
7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı İddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. İddia tələbindən görünür ki, iddia tələbi qeyd olunan hüquq normasının dispozisiya şərtlərinə uyğun gəlir. Belə ki, məhkəmənin təşəbbüsü ilə təqdim edilmiş ƏMDX Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Cəlilabad Layihə- Tədqiqat İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/593 №-li, 03 mart 2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, iddia və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin 0,012 ha hissəsi cavabdehlər tərəfindən istifadə olunur, habelə həmin 0,012 ha torpaq sahəsində 3,6 m uzunluqda daş hasar mövcuddur. Geri tələb edilən torpaq sahəsi fərdi müəyyən əşyadır və naturada saxlanılır. Tərəflər arasında hər hansı öhdəlik hüquq münasibətləri yoxdur. Göründüyü kimi iddia tələbi MM-nin 157.2-ci maddəsinin 1,2,4,5,6,7-ci bəndlərdə göstərilən dispozisiya şərtlərinə uyğundur. Digər tərəfdən iddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edən kifayət qədər sübut məhkəməyə təqdim edilsə də, cavadehlər iddianın əsassızlığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, Lənkəran rayon AİK-nın 06 iyul 1997-ci il tarixli 18 saylı qərarı ilə JN-0634 KOD 80214018 saylı torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnanməyə əsasən Lənkəran rayonu, Mamusta kəndində yerləşən İddiaçı məxsus 0,15 ha torpaq sahəsinin 0,012 ha hissəsi cavabdehlər Cavabdeh, X9, X6, X4, X16 və X3 qanunsuz sahibliyində olduğundan iddia təmin edilməli, həmin torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək iddiaçıya təhvil verilməli, həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz hasar sonuncunun hesabına sökülməli, JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (********** qeydiyyat nömrəli) **********58-10301 nömrəli çıxarış, «Texniki Pasport»a əsasən cavabdehlər Cavabdeh, X9, X4, X16 və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsi arasında olan və cavabdehlər tərəfindən sökülmüş setka çəpərin bərpa edilməklə əvvəlki vəziyyətinə gətirilməli, iddiaçıya öz mülkiyyətində olan Lənkəran rayonu Mamusta kəndində yerləşən 0,15 ha torpaq sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərdən tutularaq dövlət büdcəsinə, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 406 manat isə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Lənkəran rayon AİK-nın 06 iyul 1997-ci il tarixli 18 saylı qərarı ilə JN-0634 KOD 80214018 saylı torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnanməyə əsasən Lənkəran rayonu, Mamusta kəndində yerləşən İddiaçı məxsus 0,15 ha torpaq sahəsinin 0,012 ha hissəsindən cavabdehlər Cavabdeh, X9, X6, X4, X16 və X11 çıxarılaraq həmin torpaq sahəsi İddiaçı ya təhvil verilsin. Lənkəran rayonu, Mamusta kəndində yerləşən İddiaçı məxsus 0,15 ha torpaq sahəsinin 0,012 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş 3,6 metr uzunluğunda daş hasar Cavabdeh hesabına sökülsün. JN 0634 saylı «Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə»yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (********** qeydiyyat nömrəli) **********58-10301 nömrəli çıxarış, «Texniki Pasport»a əsasən cavabdehlər Cavabdeh, X9, X4, X16 və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsi arasında olan və cavabdehlər tərəfindən sökülmüş setka çəpər bərpa edilməklə əvvəlki vəziyyətinə gətirilsin. İddiaçı mülkiyyətində olan Lənkəran rayonu Mamusta kəndində yerləşən 0,15 ha torpaq sahəsindən istifadə etməsinə cavabdehlər Cavabdeh, X9, X4, X16 və X11 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdehlər Cavabdeh, X9, X4, X16 və X2 tutularaq dövlət büdcəsinə, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 406 manat isə cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Rəşad Məmmədov