Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-67/2024 15.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə mülkiyyət olan ev və torpaq sahəsində paın müəyyən edilməklə payının natura qaydasında bölünməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququna dair ümumi birgə mülkiyətdə olan xx.xx.2022-ci il tarixli ********** nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 156.9 kv.m ümumi sahəsi olan bir mərtəbəli fərdi yaşayış evinin mülkiyətçilər arasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələblərini onunla əsaslandırmışdır ki, onun Cavabdeh mərhum əri X3 ilə ünvan 1 ünvanında yerləşən və 0.06 ha torpaq üzərində tikilmiş, ümumi sahəsi 159.6 kv.m olan fərdi yaşayış evinə ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışla hər biri ümumi birgə paylı mülkiyyət hüququ əldə etmişdir. Həmin əmlak mərhum əri Vəliyev Akifin mülkiyyətində olduğu zaman onun adına ümumi birgə pay hissəsini rəsmiləşdirmişdir. Əri rəhmətə getdikdən sonra X3 və ailəsi həmin evin digər hissəsində yaşayırdı. Evin komunal xətləri (Elektrik enerjisi, su, qaz) birgə istifadələrində idi. X1 rəhmətə getdikdən sonra yoldaşı X2 ilə ümumi istifadədə olan elektrik enerjisi, su və qaz xəttindən birgə istifadə mümkünsüz olmuşdur. Komunal xətlərin sayğacları cavabdehin yaşadığı hissədə yerləşdiyindən o, həmin xətlərdən istifadə edə bilmir və bu səbəbdən evin öz payı olan hissəsində komunal xətlərin çəkilməsini istəyir. Lakin həmin əmlakdan ona çatan pay hissəsi naturada ayrılmadığından ona əlavə olaraq komunal xətlərin çəkilərək sayğacların quraşdırılması mümkünsüzdür. Qanunvericiliyə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilər arasında razılaşmaya əsasən, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada onlar arasında bölünə bilər. Lakin hazırda həmin razılıq yoxdur və nəticədə onun mülkiyyət hüququ pozulur. Ona görə də, Mülkiyyət hüququna dair ümumi birgə mülkiyətdə olan xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 156.9 kv.m ümumi sahəsi olan bir mərtəbəli fərdi yaşayış evinin mülkiyətçilər arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ümumi birgə mülkiyətdə olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 156.9 kv.m ümumi sahəsi olan bir mərtəbəli fərdi yaşayış evində payının müəyyən edilməsi və həmin payın naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxış iclasında iddiaçı iddia tələbini müdafiə edib, ekspert rəyi ilə razılaşaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar ünvan 1 ünvanında yerləşən mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsinin tərəflərin hər birinin payı ½ hissədə olmaqla texniki cəhətdən bölünməsinin mümkün olub-olmaması barədə məhkəməyə ekspert rəyi verilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8598 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mübahisəli 0,06 ha həyətyanı torpaq sahəsinin eni boyunca bir tərəfdən yol ilə sərhəd olmasını, torpaq sahəsinə əlavə giriş-çıxış qapısının quraşdırılmasının mümkünlüyünü, torpaq sahəsi üzərindəki tikililərin planlı yerləşməsini nəzərə alaraq həmin torpaq sahəsinin tərəflərin hər birinin payı ½ hissədə olmaqla təcrid şəklində bölünməsi texniki cəhətdən mümkündür. Bölgü zamanı torpaq sahəsinə əlavə giriş-çıxış qapısı quraşdırılmalıdır. ünvan 2 ünvanında yerləşən mübahisəli 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış sahəsi 77,5m2, köməkçi sahəsi 82,1 m2 olan yaşayış evinin faktiki vəziyyətdə təcrid şəkildə bölünməsini, tərəflərin hər birinin istifadəsində ayrı-ayrılıqda yaşayış və yardımçı tikililərin (sanitar qovşağı, mətbəx) mövcud olmasını, ayrıca giriş-çıxışların mövcud olmasını nəzərə alaraq, faktiki istifadə vəziyyətinə uyğun şəkildə (yaşayış sahəsi üzrə 14 hissəyə uyğun, köməkçi sahə üzrə paylardan kənar) təcrid şəkildə bölünməsinin AzDTN 2.7-2 “Yaşayış Binaları. Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). Həmin ekspert rəyində mübahisəli evlə torpaq sahəsinin bölgü planı aşağıdakı sxemdəki kimi göstərilmişdir: Məhkəmə araşdırması zamanı işdə iştirak edən iddiaçının izahatı, həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə 09 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeyd edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış, xx.xx.2022-ci il tarixli, inventar nömrəsi 4767 olan “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu, “Daşınmnaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirlməsinə dair” və nikahın qeydə alınmasına dair arayış, ölüm haqqında şəhadətnamə, evin və torpaq sahəsinin sxemi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 159.6 kv.m, o cümlədən yaşayış sahəsi 77.5 kv.m olan yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha. həyətyanı torpaq sahəsi Cavabdeh mərhum əri X3 ilə iddiaçının birgə mülkiyyətidir. Qeyd olunan fərdi yaşayış evinə və torpaq sahəsinə dair müvafiq orqan tərəfindən mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. Torpaq sahəsi və ev faktiki olaraq bölünsə də, rəsmi bölünməmişdir. Hazırda iddiaçı həmin evi və torpaq sahəsində payının müəyyən edilməsi və onun payına düşən ½ hissəsinin natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi evin və torpaq sahəsinin onunla cavabdehin mərhum ərinin birgə mülkiyyətlərində olduğunu bildirir, bununla bağlı onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədə istinad edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və iddia tələbinə qarşı etiraz verməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, ekspertiza rəyini və rəydə göstərilmiş bölgü planını nəzərə alaraq, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə iclasında müəyyən olundu ki, evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququn olmasını təsdiqləyən xx.xx.2022-ci il tarixdə 09 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeyd edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış mübahisələndirlməyib və qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, birgə mülkiyyətçilər arasında payların müəyyənləşdirlməsi ilə bağlı razılaşma əldə olunmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-ci maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, mübahisə predmetinə aid, birgə mülkiyyətində olan ev və torpaq sahəsində iddiaçının payı müəyyən edilməklə, həmin pay məhkəmə qaydasında naturada bölünərək ayrılmalıdır. Həmin ev və torpaq sahəsində cavabdehin mərhum ərinin və iddiaçının hər birinin ½ hissədə paylarının olması nəzərə alınmaqla, tərəflərin faktiki istifadələrində olan və ekspert rəyindəki sxemdə (bölgü planında) göstərilmiş varianta, sxemdə ştrixlənməmiş hissənin iddiaçının, şrixlənmiş hissəsinin isə cavabdehin ərinin payları olaraq naturada ayrılmalıdır. Qeyd olunan paylar faktiki olaraq iş üzrə tərəflərin hər birinin ayrı-ayrılıqda istifadələrində olduğundan, habelə məhkəmə ekspertizasının rəyinin nəticələri nəzərə alınmaqla mübahisəli evin və həyətyanı torpaq sahəsinin onlar arasında bölünməsinin ən münasib və əlverişli variantı kimi həmin sxemdə ştrixlənməmiş hissəsi kimi göstərilmiş payın naturada bölünərək ayrılmaqla iddiaçıya verilməsi qanunauyğun hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ekspert rəyi verilməsi zərurətinin mübahisə predmetinə aid olan evin və torpaq sahəsinin naturada bölünərək ayrılmasının mümkünlüyü ilə əlaqədar yarandığını, iddia tələbinin təmin edildiyini, habelə işin digər faktiki hallarını nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərcinin cavabdehə aid edilməsini və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini qanunamüvafiq hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 159.6 kv.m, o cümlədən yaşayış sahəsi 77.5 kv.m olan, Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə 09 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeyd edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışında göstərilən fərdi yaşayış ev və həyətyanı torpaq sahəsində İddiaçı payı ½ hissədə müəyyən edilsin və ona düşən ½ hissə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8598 nömrəli ekspert rəyində göstərilmiş bölgü planındakı sxemdə ştrixlənməmiş hissəyə, eləcə də aralarındakı faktiki istifadələrinə uyğun olaraq naturada təcrid şəkildə bölünərək ayrılsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(049)-67/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-67/2024
15.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver