Məhkəmə qərarları › İş №2(049)-7/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-7/2025

03.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-7/2025 03.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququndan istifadənin bərpası, cavabdehin torpaq çıxarılması və həmin torpaq sahəsindən istifadədə maneələrin aradan qaldırılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh onun mülkiyyətində olan və Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0,14 ha torpaq sahəsindən çıxarılması, onun həmin torpaq sahəsindən istifadə etmək hüququnun bərpasına, eyni zamanda mülkiyyətində olan həmin torpaq sahəsindən istifadədə ona yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının atası Bağırov Süleyman Yunus oğlu 1975-ci ildə rəhmətə getmişdir. Onun istifadəsindəki (61-invertar nömrəli sovet texniki pasportdakı) Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən torpaq sahəsindən 14 ha-nı anası X11 öz adına, 0,14 ha-nı qardaşı X2 adına köçürtmüşdür. Dövlət arxivinin Lənkəran filialının xx.xx.2021-ci il tarixli B/305-1, B/305-2; B/305-3 nömrəli arayışlarından da görünür ki, anası və qardaşı (subay ikən) ayrı-ayrılıqda təsərrüfat başçıları olmuşlar. 1983-1985-ci illərə aid təsərrüfatbaşı kitabında anası X7 təsərrüfatının şəxsi mülkündə 0,14 ha torpaq va 6 nəfər vərəsələrinin (onun və 5 bacısın) adları qeyd olunmuşdur. Qardaşının adı anasının vərəsəsi kimi qeyd olunmamışdır. Çünki anası, atasından miras qalmış (mülkdən) torpaqdan, (vərəsəlik payını 3 misli qədər) 0,14 ha torpağı qardaşına vermişdir. Həmin illərə aid təsərrüfat kitabında qardaşının şəxsi mülkü 0,14 ha qeyd olunur. Subay olduğu üçün vərəsələri olmamışdır. 1986-1990-cı illərə aid təsərrüfatbaşı kitabında qardaşı X2 şəxsi mülkündə 0,14 ha torpaq və 4 vərəsələrinin (arvadı və 3 övladının) adları qeyd olunur. X18 1985-ci ildə evlənmişdir. Qardaşı öz torpağından istifadə etməklə, anasının ona verdiyi 2 otaqlı evlərinin (onun torpağı tərəfindəki) 1 otağında yaşayırdılar. Onlar anasının təsərrüfatından (torpağından) istifadə etməklə, o mətbəxdə, anası və 4 subay bacısı isə o biri otaqda yaşamışlar. 1988-ci ildə Lənkəran rayon XDS-nin İcraiyyə Komitəsi qardaşına onun özünün torpağında ona, köhnə evi sökmək şərti ilə 2 otaqlı, 1 mərtəbəli, 40 kv.m sahəli ev tikmək icazəsini vermişdir. Həmin vaxtlar mülkiyyət xüsusi yox, dövlətin (sovet mülkiyyəti) olduğu üçün hamıya icazə bu formada verilirmişdir. Köhnə evin sökülməsi hazırda şərti mübahisəyə səbəb olmuşdur. Qardaşı ev tikməli olmamışdir (anası qoymamışdı). İddiaçı qardaşınının (onda 2 övladı var idi) ailəsinin və bacılarının xatirinə ordan çıxıb getməli olmuşdur. Bacılarının axırıncısı 1993-cü ildə ərə getmiş, qardaşı isə 1999-cu ildə ailəsi ilə birlikdə Moskva şəhərinə getmişdir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabar 1997-ci il 12 saylı qərarına əsasən, 2002-ci ildə qardaşına Kərgəlan kənd sovetliyinin təsərrüfatbaşı kitabında şəxsi mülkü olan 0,14 ha torpağa "5 vərəsələrinin" arvadı və 4 övladının adları qeyd olunmuş JN-126A nömrəli şəhadətnaməsi verilmişdir. Anası həmin təsərrüfatbaşı kitabında şəxsi mülkü olan 0.14 ha torpağa JN- 069A nömrəli şəhadətnaməsi verilmişdir. 2003-cü ildə böyük qızını köçürtdükləri üçün kəndə tez-tez gəlib-gedirdilər. Anası qardaşının nə vaxtsa qayıdacağını düşündüyü üçün özünə ev tikib şərait yaratsın deyə, şəhadətnaməsini ona vermişdir. Onlar isə moskvalı olmaq arzularında olduqları üçün torpaqlarında ev tikmək və həmişəlik qayıtmaq fikirləri yox idi. O, Moskvada işləyirdi Sumqayıtda evi olmadığı üçün, ailəsi öz atasının evində yaşayırdı. Ata ocağından çıxıb getdiyi üçün anası özünü bağışlaya bilmirdi. Onun torpağında ev tikmək qərarına gəlmiş və buna görə də tikintini qardaşına həvalə etmişdir. Tikinti 2006-2010-cu illər ərzində tam başa çatmışdır. Kəndə qayıtmağı problemə çevrilmişdir. Uşaqları oxuduqları və yoldaşı müəllimə işlədiyi üçün, kəndə köçmək istəməmişlər. 2011-ci ildə qardaşı arvadı və uşaqları gözlənilmədən kəndə qayıtmışlar. Noyabr ayında qardaşı kiçik qızı Nərgizi köçürtməkdən ötrü kəndə qayıtmışdır. Dekabr ayında arvadı özbaşına qızının nişanını qaytararaq (cehizlərini təzə evinə boşaldaraq) Bakı şəhərinə köçmüş və 2016-cı ilin avqustuna qədər uşaqları ilə orada kirayədə yaşamışlar. Oğulları isə hələ də hal-hazırda Bakıda işləyir və yaşayırlar. 2014-cü ildə anası rəhmətə getmişdir. 2016-cı ilin avqustunda qardaşı, arvadı Səidə Tagıyevanı boşamışdır. Cavabdeh boşanmış bir qadın kimi ərinə qarşı heç bir mülki iddia qaldırmamışdır. Ağsaqqallarının məsləhəti ilə, qardaşının mülkü vərəsəlik əsasında övladlarına çatacaq deyə, anasının mülkünü ələ keçirtməyi planlaşdırmış və onun mülkünü qəsb etmişdir. Anasının həyatda olmamasından, orada qeydiyyatda olmamağından və evinin sənədsiz olmasından istifadə edərək, hay-haray salmışdırı ki, guya anası öz mülkünü onlara vermişdir, evi də onlar tikib deyə onu həyətə buraxmamışlar. Halbuki oradakı evin tikintisinə o təşəbbüs göstərərək xərc çəkmiş, lakin bunu qardaşına həvalə etmişdir. Lənkəran Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2017-ci il tarixli 2(049)-257/2017 saylı qətnaməsi sayəsində DƏDRX-nin 10saylı Lənkəran ərazi idarəsinin mütəxəssisləri, ata ocağındakı anasına və qardaşına məxsus torpağlarda müayinə aparmağa nail ola bilmişlər. Müayinədən sonra (yazılı vəsiyyətnamə əsasında) anasın yeganə vərəsəsi olduğu üçün, həmən idarə anasın mülkünü adına dövlət qeydiyyatına alaraq, ona 17.05. 2017 ci il (22170025 88 qeydiyyat) RX- seriyalı ******* №-li çıxarış və xx.xx.2017-ci il 784 invertar nömrəli **********23- 10301 reystr nömrəli texniki posport verilmişdir. Üç ayrı ayrı yerlərdə ev tikdiyini iddia edən Cavabdeh bir ev belə tikməmişdir. Tikdiyi yalnız bir tövlə olmuşdur. Bütün mülklər isə onun öz hesabına tikilmişdir. Hal-hazırda qardaşı öz torpağından istifadə edərək öz evində, onun sabiq arvadı isə iddiaçının torpağından istifadə edərək əlindən aldığı evdə yaşayır. O, isə didərgin düşmüş kimi öz ata ocağına ayaq basa bilmir. Onun öz mülkündən istifadə etmə hüququ cavabdeh tərəfindən qanunsuz şəkildə məhdudlaşdırılmışdır. Məhkəmənin qərardadı ilə X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, həyat yoldaşı X2 mülkiyyətində olan torpaq sahəsində 20 ildir ki, özlərinə yaşayış evi tikərək, oğlu Raqib və onun ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Evi tikərkən və sonradan həmin torpaq sahəsindən istifadə edilməsi ilə əlaqadar İddiaçı heç bir icazə almamışdır və onunla aralarında bu barədə heç bir razılaşma olmamışdır. Onların yaşadıqları evin və həyətyanı torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, iddiaçının torpaq sahəsini zəbt etməmişlər. Əhmədəli Bağırovla aralarında olan rəsmi nikah qeydiyyatı ləğv edilmişdir. İddiaçı sözügedən mübahisəli torpaq sahəsində o, və oğlu Raqib tərəfindən inşa edilmiş sahəsi 126 kv.m. olan fərdi yaşayış evinin onun adına qeydə alınması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsnin qərarı ilə onun iddiası təmin edilmiş, sonradan onun apellyasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həmin qətnamə ləğv edilərək, İddiaçı iddiası rədd edilmişdir. Beləliklə müəyyən edilir ki, sözügedən fərdi yaşayış evinin İddiaçı heç bir aidiyyəti yoxdur. Məhkəmə qərarı əsasında həmin yaşayış evinin onlara məxsus olması təsdiq edilmişdir. Belə ki, İddiaçı ona qarşı iddiası tamamilə əsassızdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasında izahatında bildirdi ki, o, və anası Cavabdeh sözügedən mübahisəli torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin torpaq sahəsi nənəsi, yəni atasının anası Əminə Əhmədovun mülkiyyətində olmuşdur və nənəsinin vəfatından sonra ½ hissəsi atası Əhmədəli Bağırovun adına keçmişdir. Sözügedən fərdi yaşayış evini anası ilə birlikdə nənəsi Əminə Əhmədovanın razılığı ilə tikmişlər və orada yaşamağa başlamışlar. Evi tikərkən və sonradan həmin torpaq sahəsindən istifadə edilməsi ilə əlaqadar İddiaçı heç bir icazə almamışlar və onların arasında bu barədə heç bir razılaşma olmamışdır. Belə ki, İddiaçı həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. X27 Məhkəməsinin qərarı ilə də təsdiqlənmişir. Onun atası Əhmədəliyə məxsus digər tərəfdə də torpaq sahəsi vardır. Yaşadıqları evin torpaq sahəsinə dair sənədləşdirmə işləri aparılarkən torpaq sahələrinin qeydiyyatı səhv aparılmışdır. Hazırda İddiaçı onlara yaşadıqları evin torpaq sahəsi ilə atasına məxsus olan torpaq sahəsinin notarial qaydada dəyişdirilməsini təklif etmişdir, onlar isə bu təklifi qəbul etməmişlər. Anası Cavabdeh qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır. Məhkəmə iddiaçının, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tədqiq edilən : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0,14 ha ölçüdə “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 88,4 kv.m. ölçüdə fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, həmi fərdi yaşayış evinin ½ hissəsi isə X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 10 yanvar 2025-ci il tarixli, 10/8523 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki,:

1. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3161/2024 saylı mütəxəssis rəyinə əsasən, mülki iş üzrə mübahisə predmeti olan Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,14 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,075 ha torpaq sahələrinə yerində baxış keçirilməklə döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Cavabdeh və X6 faktiki İstifadəsində olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23- 10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsində yerləşən) mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,08 ha hissəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Cavabdeh və X6 faktiki istifadəsində olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,075 ha torpaq sahəsində yerləşən) 0,04 ha hissəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Cavabdeh və X6 yaşadıqları mübahisəli fərdi yaşayış evinin döngə nöqtələrinin koordinatları və ölçüləri müəyyən edilmişdir. Sözügedən fərdi yaşayış evinin tikintialtı sahəsinin 126 kv.m təşkil etməsi müəyyən olunmuşdur. Cavabdeh və X6 faktiki istifadə etdikləri 0,15 ha torpaq sahəsinin (yaşadıqları ev də daxil olmaqla) 0,12 ha hissəsinin İddiaçı mülkiyyətlərində olan torpaq sahəsi ilə, qalan 0,03 ha hissəsinin isə **********23-10301 reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmin bələdiyyə mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin yolla (küçə ilə) həmsərhəd olması müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 01 aprel 2024-cü il tarixli, 10/1120 saylı ekspert rəyinə dair ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-11024/2016 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, cavabdehlər Cavabdeh, X13 və X8 Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0,14 ha torpaq sahəsinə və həmin sahədə yerləşən yaşayış evinə Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssislərinin baxış keçirməsinə olan maneələrin aradan qaldırılması qət edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(086)-1555/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı iddiası təmin edilərək, Lənkəran rayonu, Lüvəsər kəndi ərazisində yerləşən, Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyətində olan 0,14 ha həyətyanı torpaq sahəsində inşa etdiyi sayca ikinci, tikintialtı sahəsi 126,3 kv.m., iki mərtəbəli, ümumi sahəsi 184,7 kv.m. və 3 otaqdan ibarət fərdi yaşayış evinin İddiaçı adına dövlət qeydiyyatına alınması öhdəliyi Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-581/2018 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə üçüncü şəxs Bağırova (Tağıyeva) Səidə Ağasən qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin 2-1(086)-1555/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməklə İddiaçı iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1685/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə sözügedən mülki iş üzrə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-581/2018 saylı, xx.xx.2019-cu il tarixli qərarı qüvvədə saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-498/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh Ağasan qızı, X14 və X5 qarşı “mülkiyyətində olan Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0,14 ha torpaq sahəsində yerləşən sayca ikinci, ümumi sahəsi 184,7 kv.m. olan, iki mərtəbəli və üç otaqdan ibarət fərdi yaşayış evinin, eyni zamanda yanında tikilmiş tövlənin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-126A, Kod: 80212028 saylı şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə X4 və onun ailə üzvləri olan: Cavabdeh, X15, X12, X9 və X10 Lənkəran rayonu, Lüvəsər kəndində ümumi sahəsi 0,14 ha olan torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülki Məcəllənin 11-ci fəslinin 2-ci abzasında özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququna dair müdəalar öz əksini tapmışdır. Həmin məcəllənin 255.1 maddəsinə əsasən, Servitut - daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin məcəllənin 255.2-ci maddəsinə əsasən, daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmin məcəllənin 256.1 maddəsinə əsasən, Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Həmin məcəllənin 256.2-ci maddəsinə əsasən, Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin məcəllənin 263.1-ci maddəsinə əsasən, Uzufrukt - əşyanın və ya hüquqların elə yüklülüyüdür ki, bu zaman xeyrinə yüklülük müəyyənləşdirilən şəxs (uzufruktuar) onlardan istifadə etmək və fayda götürmək hüququna malikdir, lakin mülkiyyətçidən fərqli olaraq bu əşyanı və hüquqları girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir. Uzufrukt ayrı-ayrı faydaların istisna edilməsi ilə məhdudlaşdırıla bilər. Həmin məcəllənin 264-cü maddəsinə əsasən, Uzufruktun verilməsi üçün daşınar əşyalar və ya hüquqlar ilə bağlı halda onların uzufruktuara keçməsi, daşınmaz əşyalarla bağlı halda isə onların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0,14 ha ölçüdə “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 88,4 kv.m. ölçüdə fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, həmin fərdi yaşayış evinin ½ hissəsi isə X2 xüsusi mülkiyyətindədir. İş üzrə Cavabdeh X1 həyat yoldaşıdır. Sözügedən torpaq sahəsi və üzərində yerləşən 88,4 kv.m. ölçüdə fərdi yaşayış evi əvvəllər iddiaçının anası X7 mülkiyyətində olmuşdur. Əminə Əhmədovanın vəfatından sonra həmin miras amlakdan 0,14 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin ½ hissəsi vərəsəlik hüququ əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh tərfindən sözügedən torpaq sahəsində, yəni iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində 126,3 kv.m. ölçüdə fərdi yaşayış evi inşa edilmişdir və həmin ev hazırda onun istifadəsindədir. İddiaçı, cavabdehin mülkiyyətində olan həmin torpaq sahəsindən çıxarılmasını tələb edir. Eyni zamanda cavabdehin keçmiş həyat yoldaşı X4 və onun ailə üzvlərinə (cavabdeh də daxil olmaqla) məxsus olan Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən ümumi sahəsi 0,14 ha olan torpaq sahəsi isə iddiaçının mülkiyyətində olan 0,14 ha olan torpaq sahəsi deyil, başqa sahədə yerləşir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, özgənin daşınmaz əşyasından məhdud istifadə hüququ ilə əlaqadar həmin daşınmaz əmlakın mülkiyyətçisi ilə notarial qaydada müqavilənin bağlanması və bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir (MM 256.1, 256.2, 264 m.). Lakin işin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında belə bir razılaşma olmamış və rəsmiləşdirilməmişdir. Cavabdeh hazırda iddiaçıya məxsus olan torpaq sahəsini faktiki olaraq istifadə etməkdə davam edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan sözügedən mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən fərdi yaşayış evinin inşa edilməsi və bu səbəbdən həmin tikilinin iddiaçının adına qeydiyyata alına bilməməsi cavabdehə həmin torpaq sahəsi üzərində istifadə ilə bağlı hüquq vermir və bu halın həmin daşınmaz əmlakın mülkiyyətçisinin qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırması yolverilməzdir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyinə görə Cavabdeh aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 150 (bir yüz əlli) manat pul vəsaiti X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənimişdir. Belə ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 0,14 ha ölçüdə “yaşayış məntəqələrinin torpaqları” təyinatlı torpaq sahəsindən çıxarılsın və iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququ bərpa edilməklə həmin torpaq sahəsindən istifadəyə dair iddiaçıya cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar