Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-71/2023 11.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikililərin sökülməsi və onun sahibliyinə qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, reyestr nömrəsi **********48, № AA 006009 saylı və xx.xx.2010-cu il tarixdə tərtib edilmiş Torpaq sahəsinin Planı və Ölçülərində göstərilən koordinatlar nəzərə alınmaqla Lənkəran rayonu, Narbağı kənd ərazisində yerləşən xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən, qeyri-qanuni olaraq tutulmuş-zəbt olunmuş cə orada inşa edilmiş tikililərin onlarına hesabına sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz sahibliyindən götürülərək ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, cavabdehlər ilə ümumi razılığa gələrək barışıblar və hal-hazırda da, onlar barəsində məhkəməyə verdiyi “mülkiyyətində olan, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, üzərində olan tikililərin cavabdehlərin hesabına sökülməsi və sahibliyinə qaytarılması” iddia ərizəsinə dair heç bir tələbi və şikayəti yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının ərizəsini araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında hər hansı mübahisə mövcud olmadığından və yaranmış mübahisə aradan qalxdığından və bu hal hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından iddiaçının ərizəsi mülki işin icraatına xitam verilməsi kimi qəbul edilərək məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin həmin iddia ilə əlaqədar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməzliyi iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikililərin sökülməsi və onun sahibliyinə qaytarılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-71/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-71/2023
11.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver