Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-739/2024 29.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Mümtaz qızına və üçüncü şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Mümtaz qızı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh Mümtaz qızının mülkiyyət hüququ ilə onun xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X5 küçəsi, ev 75/1 ünvanında yerləşən 16 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1988-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hal hazırda ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan, xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X5 küç., ev 75/1, mənzil 16 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdən hal-hazırki vaxtadək, xüsusi mülkiyyət hüququ ilə mülkiyyətində olan həmin mənzildə ondan və ailə üzvlərindən başqa heç kim yaşamır. O, Lənkəran şəhəri, X5 küç, ev 75/1 ünvanında yerləşən 16 saylı mənzili 02 mart 2022-ci il tarixdə vətəndaş X1 notariat qaydasında alqı-satqı yolu ilə əldə etmişdir. Həmin tarixdən qeyd olunan mənzil onun istifadəsinə təhvil verilmiş və faktiki olaraq hüquq müəyyənedici sənədlə onun xüsusi mülkiyyətindədir. Bu barədə onun adına Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 20 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmaqla tam pay hüququ ilə xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Hazırki mülki iş və ya mülki iddia tələbi üzrə cavabdeh xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh Mümtaz qızı ona məxsus yuxarıda qeyd etdiyi sözügedən mənzildə yaşamasa da o, ona məxsus mənzildə qeydiyyatdadır. Lənkəran şəhəri, X5 küçəsi ev 75/1 ünvanında yerləşən 16 saylı mənzili 02 mart 2022-ci il tarixdə hazırki mülki iddia tələbi üzrə Cavabdeh Mümtaz qızının anası X1 notariat qaydasında alqı-atqı yolu ilə əldə edərkən o, yəni, satıcı N.M.Talışlı sözü gedən AN-İ № ******* saylı müqavilənin 8-ci bəndinə müvafiq olaraq üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürdüyü halda, həmin öhdəliklərinə əməl etməmiş, hazırki anadək ona məxsus mənzildə hazırki mülki iddia tələbi üzrə cavabdeh olan Cavabdeh Mümtaz qızı qeydiyyatda saxlanılmaqla onun hüquqlarını pozmuşlar. Cavabdeh ona məxsus mənzildə yaşamamaqla yanaşı, hazırda onun hansı ünvanda yaşadığını belə bilmir. Cavabdehin onun mənzilindəki qeydiyyatı formal xarakter daşıyır. O, onun mənzilində qeydiyyatda olduğundan, bu hal onun mülkiyyət hüquqlarını həyata keçirilməsinə ciddi maneçilik törədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək ,iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Mümtaz qızı və üçüncü şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 4Ə- 367 saylı reyestr nömrəli, 2 mart 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, həmin müqavilə əsasında satıcı X2 mülkiyyətində olan Lənkəran şəhəri, X5 küç, ev 75/1 ünvanında yerləşən 16 saylı mənzili mənzilini alıcı İddiaçı satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən, satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, 13-cü bəndinə əsasən, bir ay müddətinə satdığı əmlakdan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş RX seriyalı ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, X5 küç, ev 75/1 ünvanında yerləşən 16 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İş materillarında olan "Asan-Masallı” orqanından təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, cavabdeh Talışlı X4 şəhəri. X5 küç., ev 75/1 ünvanında yerləşən 16 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında iş materialları ilə müəyyən olundu ki, iddiaçı Əbilov X3 şəhəri, X5 küç., ev 75/1 ünvanında yerləşən 16 saylı mənzilini tam mülkiyyət üzrə alqı-satqı müqavləsi əsasında almışdır. Cavabdeh Mümtaz qızı mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvüdür. Cavabdeh iddiaçının ailə üzvü deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdeh hüquqlarına xitam verilmiş, iddiaçı isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdeh mübahisəli mənzildən könüllü olaraq qeydiyyatdan çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Göründüyü kimi, cavabdehin mənzilə sahiblik etmək və mənzildən istifadə etmək hüquqları artıq mövcud deyildir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, sözügedən mənzilə dair İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehin hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Buna görə də, cavabdehin mübahisəli mənzildə istifadə hüquqları qala bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilindən cavabdeh istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Mümtaz qızının İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X5 küçəsində yerləşən 75/1 saylı evin 16 saylı mənzilindən istifadə hüququna xitam verilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Cavabdeh Mümtaz qızının Lənkəran şəhəri, X5 küçəsində yerləşən 75/1 saylı evin 16 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-739/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-739/2024
29.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver