Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-752/2025 03.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması, qanunsuz çəkilmiş çəpərin sökülməsi və əkilmiş ağacların cavabdehin hesabına çıxarılaraq torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması, qanunsuz çəkilmiş çəpərin sökülməsi və əkilmiş ağacların cavabdehin hesabına çıxarılaraq torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşməklə ona məxsus olan torpaq sahəsindən çıxarılması, ona təhvil veriməsi, cavabdeh tərəfindən çəkilmiş çəpərin sökülməsi və əkilmiş ağacların cavabdehin hesabına çıxarılaraq torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 vəkili Vəkil məhkəməyə ərizə göndərərək bildirib ki, İddiaçı Cavabdeh Mikayıl oğluna qarşı iddia tələbi üzrə iddia ərizəsinin baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin onlara geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edib. Cavabdeh X2 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı ona qarşı torpaq sahəsinin boşaldılmasına dair mülki işin baxılmamış saxlanılmasına etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və tərəflərin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı «qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması, qanunsuz çəkilmiş çəpərin sökülməsi və əkilmiş ağacların cavabdehin hesabına çıxarılaraq torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-752/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-752/2025
03.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver